Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1421/2024 06.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçı "xxxx" Mməhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 527 manat əsas borc, 90 manat faiz borcu, 381,89 manat cərimə borcu olmaqla cəmi 998,89 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC ərizəni onunla əsaslandırmışdır ki, Kreditor "xxxx" Kredit İttfaqı MMC ilə Cavabdeh1 arasında bağlanmış 30 12 2023-ci il tarixli 54/30 saylı kredit müqaviləsinə əsasən cavabdeh Malikova Əpruz Əligüşad qızı 7 ay müddətinə aylıq 3% olmaqla 600 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə digər zaminlər X1 və Cavabdeh2 ilə "xxxx" MMC arasında 30 12 2023-ci il tarixli 54/30 saylı zaminlik müqaviləsi bağlanmışdır və həmin müqaviləyə əsasən cavabdeh Malikova Əpruz Əligüşad qızı kredit öhdəliklərini tam yerinə yetirənədək zamin borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. cavabdeh Malikova Əpruz Əligüşad qızı götürdüyü 600 manat kreditə görə 105 manat faiz ödəməklə, cəmi 705 manat kredit öhdəliyini yerinə yetirməli olduğu halda, götürdüyü kreditdən yalnız 88 manat ödəniş etmişdir Bundan sonra xx.xx.2024-ci ildən ödəniş ödəmədiyindənp kredit müqaviləsinin şərtləri pozulmuş və borclular kredit və zaminlik müqavilələri üzrə götürdükləri öhdəliyi yerinə yetirməkdən imtina etmişlər. Beləliklə, Cavabdeh1 "xxxx" MMC-yə 25 10.2024-ci il tarixinə əsas borc 527 manat, faiz borcu 90 manat hesabına cərimə 381.89 manat cəmi 998.89 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. İşə əlavə edilmiş xəbərnamədən görünür ki, məhkəmə bildirişini Cavabdeh2 xx.xx.2024-cü il tarixdə Cavabdeh1 isə xx.xx.2024-cü il tarixdə xəbərnaməyə imza edərək təhvil alsalar da ərizəyə dair etirazları daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 54/30 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 aylıq 3% dərəcəsi olmaqla 07 ay müddətinə 600 manat kredit verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən kredit alan (Cavabdeh1) müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. İşdə olan 25 oktyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" MMC-nə 527 manat əsas borcu, 90 manat faiz borcu, 381,89 manat cərimə borcu olmaqla, cəmi 998,89 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Kreditor "xxxx" Kredit İttfaqı MMC ilə Cavabdeh1 arasında bağlanmış 30 12 2023-ci il tarixli 54/30 saylı kredit müqaviləsinə əsasən cavabdeh Malikova Əpruz Əligüşad qızı 7 ay müddətinə aylıq 3% olmaqla 600 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə digər zaminlər X1 və Cavabdeh2 ilə "xxxx" MMC arasında 30 12 2023-ci il tarixli 54/30 saylı zaminlik müqaviləsi bağlanmışdır və həmin müqaviləyə əsasən cavabdeh Malikova Əpruz Əligüşad qızı kredit öhdəliklərini tam yerinə yetirənədək zamin borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. cavabdeh Malikova Əpruz Əligüşad qızı götürdüyü 600 manat kreditə görə 105 manat faiz ödəməklə, cəmi 705 manat kredit öhdəliyini yerinə yetirməli olduğu halda, götürdüyü kreditdən yalnız 88 manat ödəniş etmişdir Bundan sonra xx.xx.2024-ci ildən ödəniş ödəmədiyindənp kredit müqaviləsinin şərtləri pozulmuş və borclular kredit və zaminlik müqavilələri üzrə götürdükləri öhdəliyi yerinə yetirməkdən imtina etmişlər. Beləliklə, cavabdeh X1 "xxxx" MMC-yə 25 10.2024-ci il tarixinə əsas borc 527 manat, faiz borcu 90 manat hesabına cərimə 381.89 manat cəmi 998.89 manat borcu vardır. Ona görə də iddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada həmin borcu tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borcu, faiz borcu, cərimə borcunu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 30 dekabr 2023-cü il tarixli müqavilə üzrə tələb olunan 381,89 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 52 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 527 manat əsas borc, 90 manat faiz borcu, 52 manat cərimə borcu olmaqla, cəmi 669 manat pul alınıb iddiaçı "xxxx" MMC-nın xeyrinə ödənilməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraaq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 527 manat əsas borc, 90 manat faiz borcu, 52 manat cərimə borcu olmaqla cəmi 669 (altı yüz altmış doqquz) manat borc alınıb iddiaçı "xxxx" MMC-nın xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30 (otuz) manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC-nın xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-1421/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1421/2024
06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver