Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1431/2024 25.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən sərbəst istifadəyə törədilən maneələrin cavabdehə qadağan olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Saatlı rayon AİK-nin 10 iyun 1998-ci il tarixli 06 saylı qərarı ilə JN 138A, KOD 90800088 saylı şəhadətnaməyə əsasən, onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0.45 ha torpaq sahəsindən sərbəst istifadəsinə müdaxilənin cavabdehə qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh qardaşı oğludur. Saatlı rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli 06 saylı qərarı ilə JN 138A, KOD 90800088 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0.45 ha torpaq sahəsi verilmişdir. Lakin Cavabdeh həmin torpaq sahəsindən istifadə etməyə imkan vermir. Yeri şumlatdırmaq istəyərkən traktorçunu da söyüb ərazidən uzaqlaşdırmışdır. Cavabdeh hazırda da onun həmin torpaq sahəsinə buraxmır. Dəfələrlə torpaqdan istifadəyə maneə törətməməyi cavabdehdən tələb etsə də, nəticə olmamışdır.O da məcbur qalıb hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonda iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirəm. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli 06 saylı qərarı ilə JN 138A, KOD 90800088 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0.45 ha torpaq sahəsi verilmişdir. Lakin həmin torpaq sahəsi onun baba yurdudur və ona görə də həmin sahəni özü əkib-becərmək istəyir. Bundan sonra da həmin torpaq sahəsindən iddiaçı və ailə üzvlərinə istifadə etməyə imkan verməyəcəkdir.Odur ki, iddianın rədd edilməsini xahiş edir. İşdə olan JN 138A, KOD 90800088 saylı şəhadətnamədən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli 06 saylı qərarı ilə 0.45 ha torpaq sahəsi iddiaçının və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli 06 saylı qərarı ilə JN-138A, KOD 90800088 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.45 ha torpaq sahəsi iddiaçının və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Cavabdehin yaratdığı maneələr səbəbindən iddiaçı həmin torpaq sahəsindən sərbəst şəkildə istifadə edə bilmir. İddiaçının torpaq sahəsindən sərbəst şəkildə iştifadə edə bilməməsi tərəflərin izahatları və iş materialları ilə tam təsdiq olunur. Buradan da görünür ki, iddia tələbi əsaslı olduğundan iddiaçının pozulmuş hüquqları məhkəmə qaydasında müdafiə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Saatlı rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə JN-138A, KOD 90800088 saylı şəhadətnamə əsasında ümumi birgə mülkiyyətə verilmiş 0.45 ha həyətyanı torpaq sahəsindən İddiaçı sərbəst istifadəsinə müdaxilə Cavabdeh qadağan olunmalıdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı tərəfindən 100 manat vəkil xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat rüsumu ödənilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, dövlət rüsumu əvəzində 100 manat cavabdehdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə, ödənilmiş 100 manat vəkil xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia təmin edilsin. Saatlı rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə JN-138A, KOD 90800088 saylı şəhadətnamə əsasında ümumi birgə mülkiyyətə verilmiş 0.45 ha həyətyanı torpaq sahəsindən İddiaçı sərbəst istifadəsinə müdaxilə Cavabdeh qadağan olunsun. Cavabdeh 100(bir yüz) manat vəkil xidmət haqqı tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 100(bir yüz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. çıxarış İş № 2(055)-1431/2024 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 25 dekabr 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən sərbəst istifadəyə törədilən maneələrin cavabdehə qadağan olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Saatlı rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə JN-138A, KOD 90800088 saylı şəhadətnamə əsasında ümumi birgə mülkiyyətə verilmiş 0.45 ha həyətyanı torpaq sahəsindən İddiaçı sərbəst istifadəsinə müdaxilə Cavabdeh qadağan olunsun. Cavabdeh 100(bir yüz) manat vəkil xidmət haqqı tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 100(bir yüz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-1431/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1431/2024
25.12.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver