Məhkəmə qərarları › İş №2(055)-1440/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1440/2025

03.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1440/2025 03.11.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə məhkəmə müraciət edərək, Cavabdehdan 2540 manat pulun və ödədiyi 46 manat dövlət rüsumunun, cəmi 2586 manat pulun alınıb ona verilməsi barədə qətnamə qǝt edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, mərhum dayısı X7 xx.xx.2025-ci il tarixdə «ÜŞX QDÇ İİİ f/s ikitərəfli eksudadiv plevrit» diaqnozu ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasında vəfat etmişdir. Mərhum dayısı X10 Respublikasında yaşayan oğlu X5 dayısının hüzr və yas mərasimini keçirmək üçün ona çatası olan 1500 Avro, yəni 2540 (iki min beş yüz qırx) manat pulu 09 mart 2025-ci il tarixdə Saatlı rayonu Qarağlı kənd sakini Cavabdeh oğunun şəxsi bank hesabına göndərmiş və həmin pulu ona verilməsini xahiş etmişdir. 11 mart 2025-ci il tarixdə Cavabdeh 2540 manat pulu şəxsi kart hesabından çıxarmış, ona verməmiş və mənimsəmişdir. Bununla bağlı o, ilk öncə Saatlı rayon Polis Şöbəsinə rəsmi ərizə ilə şikayət etmişdir. Saatlı Rayon Polis X4 təhqiqatçısı, polis mayoru X8 tərəfindən 31 avqust 2025-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul edilmişdir. Həmin qərarın şərhindən və məzmunundan görünür ki, Cavabdeh mərhum dayısı Əzizağa Mirzəyevin xəstənaxalara aparması, müayinə və müalicə xərclərini təşkil etdiyini qeyd etəmklə yalan ifadələr vermişdir. Belə ki, iddia ərizəsinə əlavə etdiyi Saatlı və Sabirabad Rayon Mərkəzi Xəstəxanasının arayışlarından görünür ki, mərhum dayısı uzun müddət dövlət xəstəxanalarında müalicə almışdır. Həmin xəstəxanalarda icbari sığorta sistemi tətbiq olunduğu üçün müayinə və müalicə pulsuzdur. Nəzərə alınsa ki, mərhum dayısı ümumi xəstəlik səbəbindən İİ (ikinci) dərəcəli əlil olmuşdur. Cavabdeh isə müalicə xərclərini təsdiq edə biləcək bir sübut belə təqdim edə bilməmişdir. Qeyd etmək istəyir ki, mərhum dayısı X3 Mirzəyev Latviya Respublikası Riqa dairəvi məhkəməsi tərəfindən təsdiq olunmuş onun adına Beynəlxalq etibarnamə vemişdir. Bundan əlavə Valeh Mirzəyevin canlı video çıxışını iddia ərizəsinə əlavə edir. Həmin video çıxışda dayısı oğlu Valeh Mirzəyev tələbi olan pul vəsatini ona göndərdiyini təsdiq edir. Odur ki, iddiasının təmin olunmasını xahiş edirəm. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı həmkəndlisidir. İddiaçı ögey dayısı, rəhmətlik X7 ilə 2014-cü ildən münasibəti olmuşdur. Belə ki, kənddə olduğu müddətdə mütəmadi olaraq görüşmüş, söhbət etmişlər. 2024-cü ilin oktyabr ayından sonra Əzizağanın səhətində problemlər yaranmağa başlamışdır. Əzizağanın iki oğlu və arvadı Latviya Respublikasında qaldıqları özü rayonun Qırağlı kəndindəki evində tək qalmışdır. Bu səbəbdən Əzizağanın xəstəxanalara aparılması, müalicə və müayinəsinə o, özü təşkil etmişdir. Hətta Əzizağanın müalicəsi üçün öz şəxsi vəsaitindən istifadə etmişdir. Əzizağanın oğlu Valehlə münasibəti olmasa da, digər oğlu Əzizlə münasibəti olmuşdur. Dəqiq tarix yadında qalmasa da, 2025ci ilin yanvar ayında Əziz onun hesabına təxminən 900 Avro pul göndərmişdir. O, da həmin pulu Əzizağanın müalicəsinə xərcləmiş, digər hissəsini isə Əziağanın özünə vermişdir. 09 mart 2025-ci il tarixdə Əzizağa rəhmətə getdiyi üçün həmkəndlisi Səbuhi ona, Əzizağanın digər oğlu Valehin onun hesabına 1500 Avro pul göndərdiyini, Əzizağanın dəfn və hüzr mərasiminə xərcləməsini demişdir. Həmin pulu hesabdan çıxarıb Əzizağanın hüzr mərasimində xərcləməyə başlamışdır. Hüzr vaxtı Səbuhi ilə söhbət etmiş, ona puldan nə qədər xərclədiyini demiş və özündə qalan təxminən 600-700 manat pulu Səbuhiyə vermək istəmişdir ki, digər xərcləri özü qarşılasın. Səbuhi isə xərclərin çox olmasını hesabladığı üçün pulu götürməkdən imtina etmişdir. 13 mart 2025-ci il tarixdə Valehin votsap nömrəsi ilə əlaqə saxlayıb hüzr mərasiminə çəkilən xərclərin siyahısını göndərmiş, Valeh isə razılıq əlaməti olaraq ona sağol bildirmişdir. O, Səbuhinin dediyi, Valeh tərəfindən göndərilən 1500 Avro pulu mənimsəyərək şəxsi ehtiyacları üçün xərcləməmişdir. Səbuhinin onun barəsində dedikləri yalan və böhtandır. Odur ki iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinin tələbinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. İşin hallarından da göründüyü kimi, iddiaçının dayısı oğlu X9 cavabdehin bank hesabına 1500 Avro pul göndərmişdir. Bu hal işin mübhisəsiz halıdır, çünki cavabdeh özü də iddiaçının dayısı oğlu X2 onun bank hesabına 1500 Avro pul göndərdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçının dayısı oğlu X2 Cavabdeh bank hesabına hər hansı məqsədlə (İddiaçı verilməsi və ya hüzr xərclərinin çəkilməsi) 1500 Avro pul göndərilməsi ilə iddiaçının dayısı oğlu X9 ilə Cavabdeh arasında şifahi tapşırıq müqaviləsi bağlanmışdır. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən də, tapşırıq müqaviləsinin iki tərəfi olur - vəkalət alan və vəkalət verən. Məhkəmə hesab edir ki, hazırki baxılan mübahisənin iki tərəfi vəkalət alan qismində Cavabdeh, vəkalət verən qismində X9 çıxış edir. Məhkəmə hesab edir ki, əgər, Cavabdeh tapşırıq müqaviləsinin şərtlərini pozmuşdursa, müqavilədən irəli gələn hüquqlardan çıxış edərək tələb etmə hüququ X1r. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavadehin bu pozuntunu edib-etməməsi araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının mövcud olmasını, daha sonra isə onların pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki mübahisənin tərəfləri Cavabdeh və X9 olduğundan hazırki iş üzrə iddiaçının iddianın predmeti olan pula münasibətdə subyektiv hüququ yoxdur və belə olan halda iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməməlidir\ İşdə olan mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən 45 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin olunmadığından dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 45 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar