Məhkəmə qərarları › İş №2(055)-145/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-145/2023

23.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-145/2023 23.02.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdeh Şıxəliyev Cavabdeh iştirakı ilə İddiaçı cavabdeh Şıxəliyev Cavabdeh qarşı qət edilmiş alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı Rayon Məhkəməsinin 18 noyabr 2015-ci il tarixli, 2(055)-1066/2015 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarını artıraraq 15 aprel 2012-ci il tarixdə anadan olmuş Şıxəliyeva Dərya Cavabdeh qızı adlı uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin cavabdeh Şıxəliyev Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdeh Şıxəliyev Cavabdeh ilə evlənib ailə həyatı qurmuşlar və birgə nikahlarından 15 aprel 2012-ci il tarixdə Şıxəliyeva Dərya Cavabdeh qızı adlı bir nəfər uşaqları anadan olmuşdur. Saatlı Rayon Məhkəməsinin 18 noyabr 2015-ci il tarixli, 2(055)-1066/2015 saylı qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuş, 15 aprel 2012-ci il tarixdə anadan olmuş Şıxəliyeva Dərya Cavabdeh qızının onun yanında qalmasının müəyyən edilməsi və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 90 manat sabit pul məbləğində alimentin cavabdeh Şıxəliyev Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Uşağın saxlanması üçün tələb olunan xərclər günbəgün artdığından o, həmin xərclərin qarşılanmasında, uşağın təhsili üçün lazım olan əşyaların alınmasında çətinlik çəkir və məhkəmə qətnaməsi ilə təyin edilmiş 90 manat aliment həmin xərclərin ödənilməsi üçün yetərli deyildir. Ona görə də, göstərdiklərini nəzərə alaraq Saatlı Rayon Məhkəməsinin 18 noyabr 2015-ci il tarixli, 2(055)-1066/2015 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq 15 aprel 2012-ci il tarixdə anadan olmuş Şıxəliyeva Dərya Cavabdeh qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin cavabdeh Şıxəliyev Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Şıxəliyev Cavabdeh məhkəmə baxışı zamanı iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı ilə evlənib ailə həyatı qurmuşlar və birgə nikahlarından 15 aprel 2012-ci il tarixdə Şıxəliyeva Dərya Cavabdeh qızı adlı bir nəfər uşaqları anadan olmuşdur. Saatlı Rayon Məhkəməsinin 18 noyabr 2015-ci il tarixli, 2(055)- 1066/2015 saylı qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuş, 15 aprel 2012-ci il tarixdə anadan olmuş Şıxəliyeva Dərya Cavabdeh qızının iddiaçının yanında qalmasının müəyyən edilməsi və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 90 manat sabit pul məbləğində alimentin ondan tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. O, uşağının saxlanması üçün hər ay 90 manat məbləğində alimenti iddiaçıya ödəyir. O, üçüncü dərəcə əlildir, əlilliyinə görə aylıq 150 manat müavinət alır və xəstə olduğu üçün səhhəti normal iş fəaliyyətinə imkan vermir. Hazırda bərbər işləyir və aylıq qazancı az olur. İddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə imkanı yoxdur. İddia təmin olunacağı təqdirdə hər ay 100 manat məbləğində aliment ödəyə bilər. Ona görə də, göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 18 noyabr 2015-ci il tarixli 2(055)-1066/2015 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə cavabdeh Şıxəliyev Cavabdeh arasında olan 31 may 2011-ci il tarixdə Saatlı rayon Hacıqasımlı kənd İƏD üzrə nümayəndəlikdə bağlanmış 13 saylı nikah qeydinin pozulması, tərəflərin birgə nikahından 15 aprel 2012-ci il tarixdə anadan olmuş Şıxəliyeva Dərya Cavabdeh qızının İddiaçı yanında qalmasının müəyyən edilməsi və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 90 manat sabit pul məbləğində alimentin cavabdeh Şıxəliyev Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, bu arayış ilkin mediasiya sessiyasının tarixi və saatı barədə əvvəlcədən məlumatlandırılmasına baxmayaraq, Şıxəliyev Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməməsi ilə bağlı İddiaçı verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş əlillik haqqında arayışdan və Saatlı Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin arayışından görünür ki, Şıxəliyev Cavabdeh Saatlı RMX-nın poliklinika şöbəsində “Kəskin ifadəli şəxsiyyətin isterik tipli pozuntusu (üzvi mənşəli) davamlı psixotik əlamətləri, ifadəli davranış pozuntuları tez-tez baş verən dekompensasiyaları və sui-qəsd fikirləri ilə” diaqnozu ilə 27 mart 2017-ci il tarixdən dispanser qeydiyyatdadır. İş qabiliyyətinin azalması müşahidə olunur. Şıxəliyev Cavabdeh ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcə əlildir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, Saatlı Rayon Məhkəməsinin 18 noyabr 2015-ci il tarixli 2(055)-1066/2015 saylı qətnaməsinə əsasən İddiaçı ilə cavabdeh Şıxəliyev Cavabdeh arasında olan 31 may 2011-ci il tarixdə Saatlı rayon Hacıqasımlı kənd İƏD üzrə nümayəndəlikdə bağlanmış 13 saylı nikah qeydinin pozulması, tərəflərin birgə nikahından 15 aprel 2012-ci il tarixdə anadan olmuş Şıxəliyeva Dərya Cavabdeh qızının İddiaçı yanında qalmasının müəyyən edilməsi və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 90 manat sabit pul məbləğində alimentin cavabdeh Şıxəliyev Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı uşağın saxlanmasında çətinlik çəkdiyi və həmin məbləğ uşağın xərcləri üçün kifayət etmədiyindən alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə əlil olduğunu, səhhətinə görə normal işləmə qabiliyyətinə malik olmadığını, buna görə də tələb olunan məbləğdə aliment ödəmək imkanının olmadığını, aliment artırılarsa, bu zaman ən çox 100 manat sabit pul məbləğində aliment ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə qeyd olunanlarla əlaqədar hesab edir ki, cavabdehin əlil olmasının və xəstəlikdən əziyyət çəkməsinin onun işləmə qabiliyyətini tamamilə məhdudlaşdırmaması hazırki iddia tələbi üzrə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq alimentin artırılmaması üçün əsas deyildir. Lakin alimentin məbləği artırılarkən cavabdehin əlilliyi və xəstəlikdən əziyyət çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. Saatlı Rayon Məhkəməsinin 18 noyabr 2015-ci il tarixli 2(055)-1066/2015 saylı qətnaməsi ilə 15 aprel 2012-ci il tarixdə anadan olmuş Şıxəliyeva Dərya Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş alimentin miqdarı artırılarkən məhkəmə alimentin məbləğini tərəflərin maddi və ailə vəziyyətini, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq müəyyən etməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Saatlı Rayon Məhkəməsinin 18 noyabr 2015-ci il tarixli 2(055)-1066/2015 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq 15 aprel 2012-ci il tarixdə anadan olmuş Şıxəliyeva Dərya Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanması üçün atası-cavabdeh Şıxəliyev Cavabdeh hər ay 120 manat sabit pul məbləğində aliment alınıb anası-İddiaçı xeyrinə ödənilməli, artırılmış alimentin alınmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalı və iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Şərh olunan maddələrin tələbinə uyğun olaraq məhkəmə həmçinin hesab edir ki, cavabdeh Şıxəliyev Cavabdeh əlavə olaraq 34,40 manat dövlət rüsumu alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 18 noyabr 2015-ci il tarixli 2(055)-1066/2015 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq 15 aprel 2012-ci il tarixdə anadan olmuş Şıxəliyeva Dərya Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanması üçün atası-cavabdeh Şıxəliyev Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment alınıb anası-İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Artırılmış alimentin alınmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Əlavə olaraq cavabdeh Şıxəliyev Cavabdeh 34 (otuz dörd) manat 40 (qırx) qəpik dövlət rüsumu alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İxtiyar Abuşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar