Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1451/2025 29.10.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iştirakı ilə İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin cavabdeh Qafarova (Erdoğan) Zöhrə Xəlil qızına qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyəti cavabdeh Qafarova (Erdoğan) Zöhrə Xəlil qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 4408 manat əsas borc, 678,12 manat faiz borcu və 38,84 manat cərimə, cəmi 5124,96 manat borcun və 71,25 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyəti ilə cavabdeh Qafarova (Erdoğan) Zöhrə Xəlil qızı arasında bağlanmış 27 yanvar 2025-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 52 ay müddətinə illik 25% dərəcəsi ilə 4408 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin, kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və iddiaçıya 09 sentyabr 2025-ci il tarixə 4408 manat əsas borcu, 678,12 manat faiz borcu, 38,84 manat cərimə, cəmi 5124,96 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir nəticə verməmişdir. Ona görə də, cavabdeh Qafarova (Erdoğan) Zöhrə Xəlil qızından 4408 manat əsas borc, 678,12 manat faiz borcu və 38,84 manat cərimə, cəmi 5124,96 manat borcun və 71,25 ödənilmiş dövlət rüsumunun alınıb iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsi X3 məhkəməyə ərizə ünvanlayaraq iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin cavabdeh Qafarova (Erdoğan) Zöhrə Xəlil qızına qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə təyin olunmuş məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.Məhkəmə iddiaçı tərəfin nümayəndəsinin xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclası zamanı cavabdeh Qafarova (Erdoğan) Zöhrə Xəlil qızı məhkəməyə ərizə təqdim edərək məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini xahiş məhkəmədən etmişdir. Məhkəmə cavabdehin ərizəsini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 27 yanvar 2025-ci il tarixli kredit müqaviləsindən görünür ki, bu müqavilə əsasında iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh Qafarova (Erdoğan) Zöhrə Xəlil qızına 52 ay müddətinə illik 25% dərəcəsi ilə 4408 manat məbləğində kredit verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 05 iyun 2025-ci il tarixli bildirişdən və onun cavabdeh tərəfindən qəbul edilməsi ilə bağlı xəbərnamədən görünür ki, iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyəti cavabdeh Qafarova (Erdoğan) Zöhrə Xəlil qızının yaşadığı ünvana bildiriş göndərərək 27 yanvar 2025-ci il tarixli kredit müqaviləsi üzrə 4408 manat əsas borcun, 389,43 manat faiz borcu, 10,89 manat cərimənin, cəmi 40808,32 manat borcun iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinə qaytarılmasını tələb edilməklə üç iş günü müddətində kredit müqaviləsini ləğv etməyi təklif etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 09 sentyabr 2025-ci il tarixli arayışdan görünür ki, Qafarova (Erdoğan) Zöhrə Xəlil qızının "xxxx" X4 Səhmdar Cəmiyyətinə 4408 manat əsas borc, 678,12 manat faiz borcu və 38,84 manat cərimə, cəmi 5124,96 manat borcu vardır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 27 yanvar 2025-ci il tarixli “Azərbaycan Respublikası Vətəndaşının X1” sorğusundan görünür ki, Qafarova (Erdoğan) Zöhrə Xəlil qızı xx xxxxxxx 1998-ci ildə Sabirabad rayonunda doğulmuşdur. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərimişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyəti ilə cavabdeh Qafarova (Erdoğan) Zöhrə Xəlil qızı arasında bağlanmış 27 yanvar 2025-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 52 ay müddətinə illik 25% dərəcəsində 4408 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin, kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və iddiaçıya 09 sentyabr 2025-ci il tarixə 4408 manat əsas borcu, 678,12 manat faiz borcu, 38,84 manat cərimə, cəmi 5124,96 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir nəticə verməmişdir. Ona görə də, cavabdeh Qafarova (Erdoğan) Zöhrə Xəlil qızından 4408 manat əsas borc, 678,12 manat faiz borcu və 38,84 manat cərimə, cəmi 5124,96 manat borcun cavabdeh Qafarova (Erdoğan) Zöhrə Xəlil qızından tutulub iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsini tələb edir. Məhkəmə iclasında işin araşdırılan halları ilə həmçinin müəyyən olundu ki, iddaçı tərəfindən cavabdehə 27 yanvar 2025-ci il tarixdə bildiriş ünvanlanmış və həmin bildirişdə Qafarova (Erdoğan) Zöhrə Xəlil qızından kredit müqaviləsi üzrə 4408 manat əsas borcun və 389,43 manat faiz borcunun qaytarılması tələb edilməklə üç iş günü müddətində kredit müqaviləsinin ləğv edilməsi təklif edilmişdir. Buradan görünür ki, iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyəti cavabdeh Qafarova (Erdoğan) Zöhrə Xəlil qızına qarşı faiz borcunun hesablanmasını məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək deyil, tərəflər arasındakı müqaviləyə xitam verildiyi tarixədək hesablanmalıdır. Digər tərəfdən "xxxx" X4 Səhmdar Cəmiyyətinin Qafarova (Erdoğan) Zöhrə Xəlil qızına qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi 27 yanvar 2025-ci il tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi mövcud deyildir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyəti cavabdeh Qafarova (Erdoğan) Zöhrə Xəlil qızından 4408 manat əsas borcun, 389,43 manat faiz borcun, 38,84 manat cərimənin, cəmi 4836,27 manat borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək cavabdeh Qafarova (Erdoğan) Zöhrə Xəlil qızından 4408 manat əsas borcun, 389,43 manat faiz borcu və 38,84 manat cərimənin, cəmi 4836,27 manat alınıb iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 09 sentyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" X4 Səhmdar Cəmiyyəti tərəfindən 71,25 ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 71,25 dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh Qafarova (Erdoğan) Zöhrə Xəlil qızından 4408 manat əsas borcun, 389,43 manat faiz borcu və 38,84 manat cərimənin, cəmi 4836 (dörd min səkkiz yüz otuz altı) manat 27 (iyirmi yeddi) qəpik alınıb iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 71 (yetmiş bir) manat 25 (iyirmi beş) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(055)-1451/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1451/2025
29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver