Məhkəmə qərarları › İş №2(055)-1455/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1455/2025

21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1455/2025 21.10.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 iştirakı ilə, İddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin (bundan sonra - "xxxx" KB ASC) Cavabdeh qarşı kredit borcunun alınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı 12598,20 manat əsas, 1788,85 manat faiz, 102,75 manat cərimə borcu olmaqla, cəmi 14489,80 manat pulun və 133,47 manat ödənilmiş dövlət rüsumunun alınması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı "xxxx" KB ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 49 ay müddətinə illik 25% ödəmək şərtilə 13077 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh müqaviləsinin şərtlərini pozmuş və üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Cavabdehə kreditin ödənilməsinə dair şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməkdən imtina etmişdir. Ona görə də, cavabdeh X2 12598,20 manat əsas, 1788,85 manat faiz, 102,75 manat cərimə borcu olmaqla, cəmi 14489,80 manat pulun və 133,47 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etdiyindən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, iddianı qəbul edir. 2024-cü il tarixində kredit götürüb. Sonra maddi imkanı olmadığından krediti ödəyə bilməyib. İddianın təmin olunmasına etirazı yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 izahatında göstərdi ki, iddianı qəbul etmir. Həyat yoldaşı həmin pulu evə gətirməmişdir. Ona görə kreditdən məlumatı olmamışdır. Cavabdeh ikinci qurup əlilldir ona kredit verilməsi qanunsuzdur. Ona görə “X5” Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh 49 ay müddətinə illik 25% ödəmək şərtilə 13077 manat məbləğində kredit verilməsi ilə bağlı kreditor "xxxx" KB ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. İşdə olan 09 sentyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh "xxxx" KB ASC-yə 12598,20 manat əsas, 1788,85 manat faiz, 102,75 manat cərimə borcu olmaqla, cəmi 14489,80 manat borcu vardır. Məhkəmə, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə "xxxx" KB ASC arasında xx.xx.2024-cü il tarixdə kredit müqavilə bağlanılaraq Cavabdeh 49 ay müddətinə illik 25% ödəmək şərtilə 13077 manat kredit verilmişdir. Ödəniş qrafikinə uyğun olaraq borclu Cavabdeh götürdüyü kreditə görə öhdəliyini vaxtında və lazimi qaydada icra etməmiş və nəticədə müqavilə şərtlərini pozmuşdur. Cavabdehə kreditin ödənilməsinə dair şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməkdən imtina etmişdir. Ona görə də, iddiaçı "xxxx" KB ASC Cavabdeh 12598,20 manat əsas, 1788,85 manat faiz, 102,75 manat cərimə borcu olmaqla, cəmi 14489,80 manat borcun ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı kredit müqaviləsi üzrə 12598,20 manat əsas, 1788,85 manat faiz, 102,75 manat cərimə borcu olmaqla, cəmi 14489,80 manat borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iclasında cavabdehin nümyəndəsi izahatında bildirmişdir ki, Cavabdeh psixi xəstədir və ikinci qurup əlilldir, ona kredit verilməsi qanunsuzdur. Bununla bağlı məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxsin bağladığı müqavilə etibarsız hesab olunur. Hazırki halda isə Cavabdeh fəaliyyət qabiliyyəti olmaması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə iddiaçının nümayəndəsinin yuxarıda qeyd edilən arqumentini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, kredit müqaviləsi üzrə Cavabdeh 12598,20 manat əsas, 1788,85 manat faiz, 102,75 manat cərimə borcu olmaqla, cəmi 14489,80 manat borc alınaraq iddiaçıya ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" KB ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 133,47 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 133,47 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh 12598,20 manat əsas, 1788,85 manat faiz, 102,75 manat cərimə borcu olmaqla, cəmi 14489,80 manat borc və 133,47 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 14623,27 (on dörd min altı yüz iyirmi üç manat iyirmi yeddi qəpik) manat pul alınaraq iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyəti xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar