Məhkəmə qərarları › İş №2(055)-147/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-147/2023

05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-147/2023 05.07.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi Məhkəmə iclasının katibi X6, İddiaçı, İddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 1400 manat pulun, 100 manat vəkil xidmət haqqının və 35 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, iş üzrə Cavabdeh 2022-ci ilin yanvar ayında ona məxsus olan evdə fəhlə kimi çalışmışdır.05 yanvar 2022ci il tarixdə cavabdeh ondan bir neçə aya qaytarmaq şərti ilə 1400 manat borc pul almışdır. Cavabdehə borc pulu həmin vaxt həyətində usta işləyən İslam Rüstəmovun, digər fəhlə Emin Abbasovun və oğlu Elçin Mehtiyevin şahidliyi ilə vermiş, cavabdeh ondan borc pulu alarkən 05 yanvar 2022-ci il tarixli qəbz yazılmış və sonuncu tərəfindən imzalanmışdır. Cavabdehdən dəfələrlə pulu tələb etsə də, cavabdeh pulu qaytarmaqdan imtina etmişdir.Cavabdehin 1400 manat pulu faizlə onun oğlu Elçin Mehdiyevdən alması və əvəzində özünə məxsus plastik kartı verməsi barədə dedikləri yalandır. Cavabdeh və digər fəhlələr həyətlərində işlədiyi dövrdə plastik kartdan pul məxaric edə bilmədiklərindən oğlu Elçin cavabdeh və digər fəhlələrlə birlikdə özünə məxsus avtomobillə bir-neçə dəfə Saatlı şəhərinə gedib bankomatdan pul məxaric edib cavabdehə və digər fəhlələrə vermişdir.Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X9 iddianı müdafiə edərək izahatında göstərdi ki, iddaçı doğma anasıdır və onlar birlikdə yaşayırlar.Cavabdeh 2022-ci ilin yanvar ayında onlara məxsus olan evdə fəhlə kimi çalışmışdır.05 yanvar 2022-ci il tarixdə cavabdeh iddiaçıdan bir neçə aya qaytarmaq şərti ilə 1400 manat borc pul almışdır. Cavabdehə borc pulu həmin vaxt onun və həyətdə usta işləyən İslam Rüstəmov və fəhlə Emin Abbasovun yanında verilmiş, həmin pul ona deyil, iddiaçıya məxsus olmuş, cavabdeh borc pulu alarkən 05 yanvar 2022-ci il tarixli qəbz yazılmış və imzalanmışdır. Cavabdehin "xxxx" ASC-yə məxsus plastik kartı onda olmamış, cavabdehə hər hansı şərtlə pul verməmişdir. Cavabdeh və digər fəhlələr həyətlərində işlədiyi dövrdə plastik kartdan pul məxaric edə bilmədiklərindən cavabdeh və digər fəhlələrlə birlikdə ona məxsus avtomobillə bir-neçə dəfə Saatlı şəhərinə gedib bankomatdan pul məxaric edib cavabdehə və digər fəhlələrə vermişdir.Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı qeyd etdiyi məbləğdə, yəni 1400 manat pulu borc olaraq 2022-ci ilin yanvar ayında deyil, 2021-ci ilin mart ayında iddiaçının oğlu Elçin Mehdiyevdən faizlə almış və sonuncu qarşısında öhdəlik götürmüşdür.Həmin vaxt iddiaçının oğlu Elçin Mehdiyevə hər ay balansına təxminən 300 manat pul mədaxil olunan plastik kart verərək Elçin Mehdiyev tərəfindən yazılan qəbzi imzalamış və1400 manat pulu almışdır. Həmin plastik kartın bir il etibarlılıq müddəti olmuş, həmin müddətdə 4 ay özü, qalan müddətdə isə iddiaçının oğlu Elçin Mehdiyev qeyd edilən plastik kartdan pul məxaric etmiş və ona verdiyi borc pulu götürmüşdür. Bir daha bildirir ki, o, aldığı 1400 manat pul əvəzində təxminən 2400 manat pulu Elçin Mehdiyevə qaytarmışdır. X12 kartdan məxaric etdiyi pul təxminən 2400 manat olmuşdur. Belə olan halda da aldığı pulu qaytarmış hesab olunur. O, Elçin Mehdiyev və adçəkilən şəxslərlə birlikdə plastik kartdan pul məxaric etmək üçün bankomat olan ünvana getməmiş, o cümlədən adları sadalanan şəxslərlə birlikdə Elçin və Şərqiyyənin həyətində iş görməmişdir.Ona görə də göstərdiklərinin nəzərə alınaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, iş üzrə Cavabdeh İddiaçı həyətində işlədikləri vaxt tanımışdır. Həmin vaxt Valeh Şərqiyyəyə 1400 manat pul lazım olduğunu bildirmiş, Şərqiyyə də Valehə 1400 pul verərək bu barədə qəbz tərtib etmişdir. Qeyd edilən qəbzi onunla eyni vaxtda orada işləyən İslam və Əlikram, iş üzrə Cavabdeh və iddiaçının oğlu Elçin Mehdiyev imzalayaraq təsdiq etmişdir. Ailə üzvlərinə məxsus plastik karta pul mədaxil olunanda o, həmin pulu bankomatdan təkbaşına məxaric edə bilmədiyi üçün Elçin Mehdiyevdən ona köməklik göstərilməsini xahiş etmiş, Elçin də öz növbəsində onu və digər şəxsləri öz avtomobili ilə bankomat olan ünvana aparmış və onlara plastik kartda olan pulun məxaric olunmasına köməklik göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X7 və X8 digər şahid X5 ifadəsinə uyğun ifadə verdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş X10, X11, Cavabdeh, X9 və İddiaçı imzaları ilə təsdiq edilmiş 05 yanvar 2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 05 yanvar 2022-ci il tarixdə 1400 manat borc pul almışdır. İşdə olan və məhkəmə iclasında elan edimiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 may 2023-cü il tarixli, 4/616 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 23-cü vərəqində olan Cavabdeh oğlunun İddiaçı 1400 manat məbləğində borc pul alması barədə xx.xx.2022-ci il tarixli qəbzdə “İmzalar:” hissəsində “1. Cavabdeh Ə.” yazıları qarşısındakı imza və həmin qəbzin sonunda “Pulu təhvil aldım: Cavabdeh Ə.” yazılarının qarşısındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon İcra Hakimiyyəti başçısının Məmmədabad kənd İƏDN-nin 03 mart 2023-cü il tarixli arayışından görünür ki, X10, X7, X8 və Cavabdeh 2021-ci ildə X3 həyətində işləmişlər. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon İcra Hakimiyyəti başçısının Məmmədabad kənd İƏDN-nin və Məmmədabad bələdiyyəsinin möhürü ilə təsdiq edilmiş aktdan görünür ki, Cavabdeh, X10, X7 və X8 pul vəsaitini plastik kartdan məxaric edə bilmədiklərindən Elçin Mehdiyevə məxsus avtomobillə bir-neçə dəfə Saatlı şəhərinə getmişlər və sonuncu bankomatdan pul məxaric edib adıçəkilən şəxslərə vermişdir. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadəsini dinləyib, işdə olan materialları hərtərəfli araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, işin yuxarıda göstərilən halları 2022-ci ildə tərəflər arasında borc münasibətlərinin yaranmasını təsdiq edir. Cavabdeh qəbzdəki imzanın ona məxsus olmadığını bildirdiyi üçün iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 15 may 2023-cü il tarixli, 4/616 nömrəli ekspert rəyi ilə qəbzdəki imzaların Cavabdeh tərəfindən icra olunduğu müəyyən olunmuşdur. Məhkəmə diqqətə çatdırır ki, MPM-in 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və cavabdeh tərəfindən ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim təqdim olunmamışdır. Digər tərəfdən, işə baxılarkən ekspert rəyi ətraflı şəkildə tədqiq olunmuş, aydın olmayan, habelə qiymət verilməsi mümkün olmayan xüsusat müəyyən edilmədiyindən, həmçinin cavabdeh tərəfindən bu barədə vəsatət də verilmədiyindən məhkəmə əlavə və ya təkrar ekspertiza təyin olunmasına da zərurət bilməmişdir. Odur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 may 2023-cü il tarixli, 4/616 nömrəli rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. Cavabdeh məhkəmə baxışı zamanı verdiyi izahatında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, İddiaçı qeyd etdiyi məbləğdə pulu borc olaraq 2022-ci ilin yanvar ayında deyil, 2021-ci ilin mart ayında iddiaçının oğlu Elçin Mehdiyevdən faizlə almışdır. Həmin vaxt iddiaçının oğlu Elçin Mehdiyevə hər ay balansına təxminən 300 manat pul mədaxil olunan plastik kart verərək Elçin Mehdiyev tərəfindən yazılan qəbzi imzalamış və pulu almışdır.Elçin Mehdiyevlə razılaşmaları belə olmuşdur ki, sonuncu hər ay karta köçən pulu mədaxil etməklə borcunu çıxacaqdır. Həmin plastik kartın bir il etibarlılıq müddəti olmuş, həmin müddətdə karta yüklənmiş pulu 4 ay özü, qalan müddətdə isə iddiaçının oğlu Elçin Mehdiyev məxaric etmişdir. Elçin Mehdiyevin kartdan məxaric etdiyi pul təxminən 2400 manat olmuşdur. Belə olan halda da aldığı pulu qaytarmış hesab olunur. Həmçinin Elçin və Şərqiyyənin həyətində iş görməmişdir. Məhkəmə cavabdehin qeyd olunan dəlilləri ilə bağlı qeyd edir ki, birincisi, cavabdehin adına olan "xxxx" ASC-yə məxsus olan plastik kart 2021-ci ildə aktiv olmuş, 2022-ci ildə istifadə edilməmişdir. Halbuki cavabdeh 1400 manat pul alması barədə qəbzi 2022-ci ildə imzalamışdır. İkincisi, 05 yanvar 2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh X1 deyil, İddiaçı 05 yanvar 2022-ci il tarixdə 1400 manat borc pul almışdır. Bu hal, həmçinin cavabdehin iddiaçının həyətində işləməsi şahidlərin ifadələri ilə də təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Digər tərəfdən də, məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zaman əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Cavabdeh isə göstərdiyi halları məhkəmədə sübuta yetirə bilməmişdir. Odur ki, məhkəmə cavabdeh tərəfindən irəli sürülən dəlilləri tələbdən yayınmaq üçün özünü müdafiə halı kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməklə Cavabdeh 1400 manat pul alınaraq İddiaçı verilməlidir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı 35 manat dövlət rüsumu və 100 manat vəkil xidmət haqqı ödəmişdir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 125 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 35 manat dövlət rüsumu və 100 manat vəkil xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə-xətşünaslıq ekspertizasının tədqiqinin dəyəri olan 125 manat ekspertiza xərci cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 1400 manat borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 35 manat dövlət rüsumu və 100 manat vəkil xidmət haqqı, cəmi 1535 (bir min beş yüz otuz beş) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh 125 (bir yüz iyirmi beş) manat ekspertiza xərci alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar