Məhkəmə qərarları › İş №2(055)-148/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-148/2023

06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-148/2023 06.02.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 386,47 manat əsas borc, 20,31 manat faiz borcu, 14,65 manat cərimə, cəmi 421,43 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, 25 aprel 2022-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 12 ay müddətinə illik 16%-lə istehlak yönümlü 500 manat məbləğində pul ayrılmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh həmin kredit müqaviləsi ilə nəzərdə tutulmuş öhdəlikləri üzərinə götürərək kreditin əsas məbləğini və ona hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və nəticədə cavabdehin banka 386,47 manat əsas borcu, 20,31 manat faiz borcu, 14,65 manat cərimə, cəmi 421,43 manat borcu yaranmışdır. Ona görə də, Cavabdeh 386,47 manat əsas borc, 20,31 manat faiz borcu, 14,65 manat cərimə, cəmi 421,43 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 25 aprel 2022-ci il tarixli 281816 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə 12 ay müddətinə illik 16% dərəcəsi ilə 500 manat məbləğində kreditin verilməsi ilə əlaqədar «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 28 dekabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinə 25 aprel 2022-ci il tarixli kredit müqaviləsi üzrə 386,47 manat əsas borcu, 20,31 manat faiz borcu, 14,65 manat cərimə, cəmi 421,43 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə iddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 25 aprel 2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 12 ay müddətinə ödəmək şərti ilə illik 16% dərəcəsi ilə 500 manat məbləğində kredit götürmüş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq kredit üzrə borcunu vaxtında və lazımi qaydada ödəməyərək üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən 28 dekabr 2022-ci il tarixə iddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinə 386,47 manat əsas borc, 20,31 manat faiz borcu, 14,65 manat cərimə, cəmi 421,43 manat borcu yaranmışdır. Ona görə də, iddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh 386,47 manat əsas borc, 20,31 manat faiz borcu, 14,65 manat cərimə, cəmi 421,43 manat pulun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh 386,47 manat əsas borc, 20,31 manat faiz borcu, 14,65 manat cərimə, cəmi 421,43 manat borcu tələb etməkdə haqlıdır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 386,47 manat əsas borc, 20,31 manat faiz borcu, 14,65 manat cərimə, cəmi 421,43 manat alınıb iddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşdə olan 09 yanvar 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 386,47 manat əsas borc, 20,31 manat faiz borcu, 14,65 manat cərimə, cəmi 421 (dörd yüz iyirmi bir) manat 43 (qırx üç) qəpik alınıb iddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: İxtiyar Abuşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar