Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1488/2025 17.10.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 515 manat əsas borc, 100 manat faiz borcu, 185 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 830 manat məbləğində pulun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2025-ci il tarixli 1802 saylı kredit müqaviləsi bağlanılaraq ona 2 ay müddətinə aylıq 10% olmaqla bərabər miqdarda qaytarmaq şərti ilə 1000 manat məbləğində kredit verilmişdir. Ödəniş qrafikinə uyğun olaraq borclu Cavabdeh götürdüyü kreditə görə 1200 manat ödəniş etməklə qaytarmalı olduğu halda, 585 manat ödəniş etmiş, lakin qalan aylarda ödəmə etməyərək kredit müqaviləsinin şərtlərini pozmuş və üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Cavabdehə kreditin ödənilməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməkdən imtina etmiş. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. İşə əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, məhkəmə bildirişi Cavabdeh elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilsə də ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2025-ci il tarixli 1802 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bu müqavilə istehlak fəaliyyəti məqsədi ilə 2 ay müddətinə aylıq 10% olmaqla 1000 manat məbləğində kredit verilməsi ilə bağlı kreditor "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 17 sentyabr iyul 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə 515 manat əsas borc, 100 manat faiz borcu, 185 manat cərimə borcu, cəmi 800 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2025-ci il tarixli 1802 saylı kredit müqaviləsi bağlanılaraq ona istehlak fəaliyyəti məqsədi ilə 2 ay müddətinə illik 10% olmaqla bərabər miqdarda qaytarmaq şərti ilə 1000 manat məbləğində kredit verilmişdir. Ödəniş qrafikinə uyğun olaraq borclu Cavabdeh götürdüyü kreditə görə 1200 manat ödəniş etməklə qaytarmalı olduğu halda, 585 manat ödəniş etmiş, lakin qalan aylarda ödəmə etməyərək kredit müqaviləsinin şərtlərini pozmuş və üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Ona görə də iddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 515 manat əsas borcun, 100 manat faiz borcun, 185 manat cərimə borcun, cəmi 800 manat borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh əsas borcu, faiz borcunu və cərimə borcunu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərdən tələb olunan 185 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 52 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 515 manat əsas borc, 100 manat faiz borcu, 52 manat cərimə borcu, cəmi 667 manat alınaraq iddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan ödəniş qəbzindən görünür ki, "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 515 manat əsas borc, 100 manat faiz borcu, 52 manat cərimə borcu, cəmi 667 (altı yüz altmış yeddi) manat alınaraq iddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(055)-1488/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1488/2025
17.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver