Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-151/2025 24.02.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona dəymiş zərərin əvəzində 400 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, mülkiyyətində Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 0,06 hektar yaşayış məntəqələrinə aid torpaq sahəsi vardır. Bu barədə ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarış da verilmişdir. Cavabdehlər 01 dekabr 2024-cü il və 04 dekabr 2024-cü il tarixlərdə həmin torpaq sahəsinin kənarına çəkilmiş daş hasara ziyan vurmuşlar. Belə ki, 01 dekabr 2024cü il tarixdə cavabdehlər daş hasarı təpiklə vuraraq sökmüşlər. Həmin vaxt cavabdehlərdən hasarı nə üçün uçurtduqlarını soruşsa da, onlar məhəl qoymamış, əksinə onu söyüb-təhqir etmişlər. O da baş vermiş hadisə barədə Saatlı RPŞ-yə şikayət etmiş, uçurulmuş hasarıı isə usta çağıraraq bərpa etdirmişdir. 04 dekabr 2024-cü il tarixdə cavabdehlər yenidən həmin yerə gələrək bərpa etdirdiyi hasarıı lom və böyük çəkiclə (qvaltla) uçurmuşlar. Hazırda uçurulmuş hasarı bərpa etdirməmişdir. Baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə etdiyi şikayət əsasında Saatlı RPŞ-nin TB-də araşdırma aparılmış və 11 dekabr 2024-cü il tarixdə cinayət işi başlanmasının rədd olunması haqqında qərar qəbul edilmişdir. Həmin qərardan da görünür ki, cavabdehlərin ona məxsus olan hasarı uçurtması və nəticədə ona ziyan dəyməsi öz təsdiqini tapmışdır. Hasarının cavabdehlər tərəfindən uçurulmasına görə ona 400 manat ziyan dəymişdir.Cavabdehlərin guya həmin hasarı da onların öz evlərinə girişçıxışa mane olması barədə dedikləri də yalandır. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən torpaq sahəsində hasar tikdiyindən və həmin hasar da onların öz evlərinə giriş-çıxışa mane olduğundan qardaşı Cavabdeh2la birlikdə əvvəlcə 01 dekabr 2024-cü il, daha sonra isə 04 dekabr 2024-cü il tarixdə İddiaçı tikdirdiyi hasarı sökmüşlər. İddiaçıya dəymiş ziyanın 149 manat təşkil etməsi ilə razıdır.Lakin bir daha bildirir ki, hasarın sökülməsinə səbəb hasarın onlara öz evlərindən sərbəst istifadəyə maneə yaratması olmasıdır. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh2 digər Cavabdeh1 ilə eyniməzmunlu izahat verdi. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışa əsasən Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 0,06 hektar yaşayış məntəqələrinə aid torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan 11 dekabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh1 və Cavabdeh2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı rayon Polis Şöbəsinin İTByə verilməsi qərara alınmışdır. İşdə olan 11 dekabr 2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, mütəxəssis rəyinə əsasən 4 metr uzunluğunda, 13 mişar daşı hündürlüyündə hörgünün xx.xx.2024-cü il tarixə ərsəyə gəlməsi üçün orta bazar qiyməti ilə 279 manat pul xərclənə bilər. Tikinti ləvazimatı kimi istifadə olunmuş mişar daşları həyətyanı sahədə qaldıqlarından 130 ədəd dəyəri 130 manat olan mişar daşlarının qiyməti mütəxəssis rəyində nəzərdə tutulmuş 279 manat qiymətdən çxılmalı və İddiaçı dəymiş ziyanın məbləği 149 manat qəbul edilməlidir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 3(055)-159/2025 saylı qərarından görünür ki, Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib vurulmuş ziyanın bir mislinədək, yəni 149 manat məbləğində cərimə edilmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 3(055)-160/2025 saylı qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib vurulmuş ziyanın bir mislinədək, yəni 149 manat məbləğində cərimə edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı mülkiyyətində olan, Saatlı şəhəri, M.F.Axundov küçəsində yerləşən 0,06 hektar torpaq sahəsinin kənarına çəkdiyi daş hasar 01 dekabr 2024-cü il və 04 dekabr 2024-cü il tarixlərdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən uçurularaq sökülmuş, nəticədə iddiaçıya 149 manat maddi ziyan dəydiyi müəyyən edilmişdir. Cavabdehlərin mülki hüquq pozuntusu törədərək iddiaçıya 149 manat ziyan vurmaları cavabdehlərin özlərinin etirafedici izahatları, Saatlı rayon polis şöbəsinin 11 dekabr 2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarı, Saatlı Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 3(055)-159/2025 saylı və 10 fevral 2025-ci il tarixli, 3(055)-160/2025 saylı qərarları və digər iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiçı İddiaçı tikdirdiyi daş hasarı həmin hasarın onların öz evlərinə giriş-çıxışa maneə yaratması səbəbindən uçurtduqlarını göstərərək iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə diqqətə çatdırır ki, birincisi, cavabdeh tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallar barədə sübut təqdim edə bilməmişdir. İkincisi, hətta cavabdehlərin göstərdiyi kimi, yəni İddiaçı tikdirdiyi daş hasar cavabdehlərin öz evlərinə sərbəst giriş-çıxışa maneə yaradırdısa belə, bu halda cavabdehlər öz hüquqlarını mülki hüquq pozuntusu törədib başqa şəxsə ziyan vurmaqla deyil, qanuni üsul və vasitələrlə müdafiə etməli idilər. Odur ki, məhkəmə cavabdeh tərəfin məhkəmə iclasında iddia ilə bağlı etmiş olduğu etirazını tələbdən yayınmaq üçün özünü müdafiə halı kimi qiymətləndiririr. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş zərərin əvəzi olaraq 149 manat pul müştərək qaydada alınaraq İddiaçı verilməli, iddianın qalan hisssəsi təmin edilməməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci, 227-ci, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş zərərin əvəzi olaraq 149 manat və ödənilmiş dövlət rüsumu olaraq 30 manat, cəmi 179 (bir yüz yetmiş doqquz) manat pul müştərək qaydada alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. İş № 2(055)-151/2025 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 24 fevral 2025-ci il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğlunun iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş zərərin əvəzi olaraq 149 manat və ödənilmiş dövlət rüsumu olaraq 30 manat, cəmi 179 (bir yüz yetmiş doqquz) manat pul müştərək qaydada alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-151/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-151/2025
24.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver