Məhkəmə qərarları › İş №2(055)-153/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-153/2025

30.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-153/2025 30.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı qət edilmiş alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli 2(055)-121/2017 saylı qətnaməsi ilə 24 iyul 2013cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan 100 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay 235 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi-anası X3 iddianı müdafiə edərək izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli 2(055)- 121/2017 qətnaməsi ilə Cavabdeh tələbi əsasında İddiaçı ilə aralarında olan nikah qeydi pozulmuş, onların birgə nikahlarından 24 iyul 2013-cü il tarixdə anadan olmuş X1 Mədinə Asəf qızının yanında qalması müəyyən edilmiş və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 05 yanvar 2017-ci il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda həmin aliment məbləği uşağın saxlanması üçün kifayət etmir. Belə ki, iddiaçının oğlu, onun nəvəsi Asəf artıq 12 yaşındadır və uşağın saxlanması üçün məsrəfləri iddiaçı təkbaşına qarşılaya bilmir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Bu səbəbdən İddiaçı ölkə üzrə yaşayış minimumunu nəzərə alaraq Saatlı Rayon Məhkəməsinin 09 mart 2017ci il tarixli 2(055)-121/2017 saylı qətnaməsi ilə 24 iyul 2013-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutulan 100 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli 2(055)-121/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X10 ilə Cavabdeh arasında 31 avqust 2012-ci il tarixdə Saatlı rayon Əlisoltanlı KİN-də bağlanmış 16 saylı nikah qeydinin pozulması, tərəflərin birgə nikahdan 24 iyul 2013-cü ildə anadan olmuş X5 anası X6 yanında qalmasının müəyyən edilməsi və Cavabdeh 24 iyul 2013-cü ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin 05 yanvar 2017-ci il tarixdən tutularaq iddiaçı X6 xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqedən görünür ki, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş alimentin artırılması tələbi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması ilə, habelə 110-cu maddəsində nəzərdə tutulmuş alimentin indeksasiyası isə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyindən, minimum dolanacaq xərclərinin (uşaqlar üçün yaşayış minimumunun) artması bu əsasla verilmiş iddia tələblərinin və ərizələrin təmin edilməsinə yol vermir. İddiaçının nümayəndəsinin izahatı və iş materialları ilə müəyyən edilmişdir ki, alimentin artırılmasına dair hazırki iddia tələbi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması ilə əlaqədar deyildir. Habelə, iddia tələbi alimentin indeksasiyasını nəzərdə tutan ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilməmişdir. İddia ərizəsindən və işin araşdırılan hallarından görünür ki, hazırki iddia tələbinin əsası minimum dolanacaq xərclərinin (uşaqlar üçün yaşayış minimumunun) artmasıdır. Məhkəmə hazırki iddia tələbinin əsasının minimum dolanacaq xərclərinin (uşaqlar üçün yaşayış minimumunun) artması ilə bağlı olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin oluna bilməz. İddiaçı cavabdehin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmiş və məhkəmə baxışı zamanı işin araşdırılan halları ilə cavabdehin ailə və maddi vəziyyətinin dəyişməsi (artması) müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Ankerin» işində qeyd etmişdir ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarların qanunliyi və əsaslılığını təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Saatlı Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli 2(055)-121/2017 saylı qətnaməsi ilə 24 iyul 2013-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan 100 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı Cavabdeh qarşı Saatlı Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli 2(055)-121/2017 saylı qətnaməsi ilə 24 iyul 2013-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan 100 (bir yüz) manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. çıxarış İş № 2(055)-153/2025 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 26 sentyabr 2022-ci il Saatlı şəhəri Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı qət edilmiş alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı Cavabdeh qarşı Saatlı Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli 2(055)-121/2017 saylı qətnaməsi ilə 24 iyul 2013-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan 100 (bir yüz) manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar