Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-155/2025 27.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 6000 manat pulun və 80 manat ödənilmiş dövlət rüsumunun, cəmi 6080 manat pulun alınaraq ona verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxış iclası zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh 30 may 2024-cü ildə qaytarmaq şərti ilə 10 yanvar 2024-cü ildə ondan 6000 manat borc pul almışdır. Cavabdeh həmin pulu ondan qəbul etməsi barədə yazılı qəbzi imzası ilə təsdiq edərək ona vermişdir. Lakin cavabdeh ona olan ümumilikdə 6000 manat borcunu qaytarmamışdır. Cavabdehdən həmin borcu dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmış, bu səbəbdən də cavabdehə qarşı pul tələbi barədə məhkəmədə iddia qaldırmışdır. Odur ki, göstərdiklərinin nəzərə alınaraq Cavabdeh 6000 manat pulun və 80 manat ödənilmiş dövlət rüsumunun, cəmi 6080 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı etiraf edilməsi barədə ərizə təqdim edərək izahatında göstərdi ki, 30 may 2024-cü ildə qaytarmaq şərti ilə 10 may 2024-cü ildə İddiaçı 6000 manat borc pul almışdır. Lakin maddi vəziyyətində çətinlik yarandığı üçün həmin borcu iddiaçıya qaytara bilməmişdir. Ona görə də iddianın təmin edilməsinə heç bir etirazı yoxdur. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə baxışı zamanı cavabdeh iddianı etiraf etdiyindən və bu etiraf məhkəmə tərəfindən təsdiq olunduğundan iddiaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarılmalıdır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 6000 manat borc alınaraq İddiaçı ödənilməlidir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 80 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 80 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 6000 manat borc və 80 manat ödənilmiş dövlət rüsumu, cəmi 6080 (altı min səksən) manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. İş № 2(055)-155/2025 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 27 yanvar 2025-ci il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 6000 manat borc və 80 manat ödənilmiş dövlət rüsumu, cəmi 6080 (altı min səksən) manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-155/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-155/2025
27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver