Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1566/2025 19.11.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2154 manat pulun, ödəmiş olduğu 42 manat dövlət rüsumunun və 55 manat hüquqi xidmət haqqının alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə münasibəti yaxşı olmuşdur. 05 dekabr 2019-cu ildə cavabdehin "xxxx" QSCdən götürmüş olduğu 3139,64 manat kredit boruna zamin durmuşdur. Cavabdeh həmin kredit borcunu ödəmədiyi üçün "xxxx" QSC ona və cavabdehə qarşı Saatlı Rayon Məhkəməsində iddia qaldırmış və məhkəmənin 10 yanvar 2022-ci il tarixli, 2(055)-43/2022 saylı qətnaməsi ilə ondan və cavabdehdən ümumilikdə 3375,29 manat borcun tutulub "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. Bundan sonra həmin qətnamənin icrası onun almış olduğu pensiyaya yönəldilmiş və hazırda 3375,29 manat onun pensiyasından tutulmaqla tam icra olunub qurtarmışdır. Cavabdeh 3375,29 manat puldan 1221 manat pulu ona qaytarmış, qalan 2154 manat pulu müxtəlif bəhanələr gətirərək qaytarmamışdır. Ona görə də göstərdiklərinin nəzərə alınaraq Cavabdeh 2154 manat pulun, ödəmiş olduğu 42 manat dövlət rüsumunun və 55 manat vəkil xidmət haqqının alınaraq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı etiraf edərək izahatında göstərdi ki, o, həqiqətən də, İddiaçı 2154 manat borcu var, lakin hazırki vaxtadək həmin borcu maddi imkanı olmadığından iddiaçıya qaytara bilməmişdir. Bundan sonra həmin 2154 manat borcu tam ödəyə bilməsə də, hissə-hissə iddiaçıya qaytarmağa söz verir. Ona görə də 2154 manat borcun ondan alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasına heç bir etirazı yoxdur. Məhkəmə iddiaçı və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə baxışı zamanı cavabdeh iddianı etiraf etdiyindən və bu etiraf məhkəmə tərəfindən təsdiq olunduğundan iddiaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarılmalıdır. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 2154 manat pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 2154 manat alınaraq İddiaçı verilməlidir. İş materiallarına əlavə edilmiş 07 oktyabr 2025-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 42 manat məbləğində dövlət rüsumu və 55 manat məbləğində Saatlı rayon Vəkil Bürosuna hüquqi xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 42 manat dövlət rüsumu və 55 manat vəkil xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2154 (iki min yüz əlli dörd) manat alınaraq İddiaçı verilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumu və 55 (əlli beş) manat vəkil xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(055)-1566/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1566/2025
19.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver