Məhkəmə qərarları › İş №2(055)-158/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-158/2023

28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-158/2023 28.02.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, İddiaçı, cavabdeh X2 iştirakı ilə İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X3 qarşı 1000 manat borcun, 100 manat vəkil xidmət haqqının və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1130 manat pulun alınaraq ona verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdeh X4 və qeyriləri Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 05 nömrəli qərarına əsasən onların ümumbirgə mülkiyyətlərinə verilmiş 3.50 hektar pay torpaq sahəsinin 21984 kv.m. hissəsini satmaq istədiklərini bildirmişlər.Cavabdeh X4 və qeyriləri ilə aralarında olan razılaşmaya əsasən o, 21984 kv.m. torpaq sahəsi üçün onlara həmin dövrün valyutası ilə 5.000000 (beş milyon) dəyərində ev alıb vermişdir. Torpaq sahəsi alınan zaman alqı-satqı notarial qaydada rəsmiləşdirilməmişdir.Bir müddət sonra həmin torpağın mülkiyyətçilərindən olan X6 21984 kv.m. torpaq sahəsindən onun qanunsuz istifadəsinin dayandırılması və oradan çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Saatlı Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə iddia təmin olunmuş, onun qeyd edilən torpaqdan qanunsuz istifadəsinin dayandırılması və həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Lakin buna baxmayaraq həmin torpaq sahəsini cavabdeh X4 və qeyrilərindən alarkən ev üçün ödədiyi həmin dövrün valyutası ilə 5.000000 manat (hazırki valyuta ilə 1000 manat) pul ona qaytarılmamışdır. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdeh X4 iddianın etiraf edilməsi barədə ərizə təqdim edərək izahatında göstərdi ki, İddiaçı ona qarşı pul tələbi barədə iddiasını tam şəkildə qəbul edir və təmin edilməsinə etirazı yoxdur. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə baxışı zamanı cavabdeh iddianı etiraf etdiyindən və bu etiraf məhkəmə tərəfindən təsdiq olunduğundan iddiaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş 05 yanvar 2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən 100 manat vəkil xidmət haqqıvə məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək cavabdeh X1 1000 manat borc, 100 manat vəkil xidmət haqqı və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1130 manat pul alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh X1 1000 manat borc, 100 manat vəkil xidmət haqqı və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1130 (bir min yüz otuzbeş) manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar