Məhkəmə qərarları › İş №2(055)-159/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-159/2024

22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-159/2024 22.02.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8000 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun, cəmi 8100 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh pula ehtiyacı olduğu üçün 30 dekabr 2020-ci il tarixdə qaytarmaq şərti ilə 20 avqust 2020-ci il tarixdə ondan 8000 manat borc pul almışdır. Həmin vaxt cavabdeh borc almasını təsdiq edən qəbz yazaraq ona vermişdir. Borcun qaytarılması üçün müəyyən edilmiş müddət tamam olduqdan sonra o, cavabdehdən 8000 manat pulu tələb etmiş, lakin cavabdeh pulu qaytarmayacağını bildirmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq, Cavabdeh ondan aldığı 8000 manat borcu indiyədək qaytarmamışdır. Ona görə də göstərdiklərini nəzərə alaraq Cavabdeh 8000 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun, cəmi 8100 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməsə də məhkəmə hazırlıq iclası zamanı vermiş olduğu izahatından və məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, pula ehtiyacı olduğu üçün İddiaçı 3 dəfəyə, yəni 4000 manat, 2000 manat və yenə 2000 manat olmaqla, ümumilikdə 8000 manat borc pul almışdır. Maddi imkanı yaxşı olmadığı üçün həmin pulu İddiaçı qaytara bilməmişdir və İddiaçı ona qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddianı etiraf edir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 20 avqust 2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh pula çox ehtiyacı olduğu üçün 30 dekabr 2020-ci il tarixdə qaytarmaq şərti ilə İddiaçı 8000 manat borc alması, İddiaçı 8000 manat borcu olması ilə bağlı qəbz yazmış və onu öz imzası ilə təsdiqləyərək həmin qəbzi İddiaçı vermişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdeh hazırlıq iclası zamanı verdiyi izahatı və məhkəməyə təqdim etdiyi ərizəsi ilə iddianı etiraf etdiyindən və bu etiraf məhkəmə tərəfindən təsdiq olunduğundan iddiaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarılmalıdır. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 8000 manat pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 8000 manat alınaraq İddiaçı verilməlidir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 18 dekabr 2023-cü il tarixli qəbzdən görünür ki, məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 8000 (səkkiz min) manat alınaraq İddiaçı verilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar