Məhkəmə qərarları › İş №2(055)-1643/2025

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №2(055)-1643/2025

17.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 2(055)-1643/2025 17.10.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçı cavabdeh Saatlı Rayon İcra Şöbəsinə qarşı icraata xitam verilməsi barədə qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, Müəyyənetdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh icra məmuru X1 xx.xx.2025-ci il tarixli icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsi, icraatın təzələnərək icradan geri dönüş edilməsi, icra sənədinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. “İcra haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən bu Qanunun 20.1-ci maddəsi ilə müəyyən edilən hallar aşkar edildiyi gündən 3 iş günü müddətində həmin hallara istinad edilməklə əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən 1 iş günü müddətində yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə həmin qərardan bu Qanunun 20.5-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti keçdikdən sonra icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh icra məmuru X1 xx.xx.2025-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından şikayət verməli olduğu halda, həmin qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müracitə etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən icra məmurunun qərarından məhkəməyə vermiş şikayətə icra icraatı qaydasında baxılmalıdır. Hazırda isə, İddiaçı mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək icra məmurunun qərarının ləğv edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Saatlı Rayon İcra Şöbəsinə qarşı icraata xitam verilməsi barədə qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi, mülki mühakimə icraatı qaydasında baxıla bilinmədi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İş materiallarından görünür ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(055)-133/2025 saylı qərardadı ilə, İddiaçı Cavabdeh icra məmuru X1 xx.xx.2025-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından verdiyi şikayət təmin edilməmiş və qərar qanuni hesab edilmişdir. Göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiyi məsələyə ərtiq bir dəfə məhkəmədə baxılmış və hüquqi qiymət verilmişdir. Həmin məsələ üzrə məhkəmənin qərarı qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh Saatlı Rayon İcra Şöbəsinə qarşı icraata xitam verilməsi barədə qərarın ləğv edilməsi tələbinə dair ərizəsinin qəbul edilməsindən yolverilməzliyə görə imtina olunsun. Ərizə və ərizəyə əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar