Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-165/2024 29.01.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 261,44 manat əsas borc, 50,41 manat faiz borcu, 11,03 manat cərimə, cəmi 322,88 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış 04 iyun 2022-ci il tarixli kredit müqaviləsinə və onun tərkib hissəsi olan ümumi oferta müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 35 ay müddətinə illik 29%-lə 300 manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə kredit xətti ayrırır və ssuda hesabı açır və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və iddiaçıya 27 noyabr 2023-cü il tarixə 261,44 manat əsas borcu, 50,41 manat faiz borcu, 11,03 manat cərimə, cəmi 322,88 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Ona görə də, Cavabdeh 261,44 manat əsas borc, 50,41 manat faiz borcu, 11,03 manat cərimə, cəmi 322,88 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb "xxxx" X3 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 04 iyun 2022-ci il tarixli 982sFİL8b/22 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə "xxxx" X3 Səhmdar Cəmiyyətininin rəsmi internet səhifəsində yerləşdirilmiş və borcalanın qəbul etdiyi 28 dekabr 2021-ci il tarixli ümumi oferta müqaviləsi çərçivəsində bağlanılmış və həmin kredit müqaviləsi əsasında iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 35 ay müddətinə illik 29% dərəcəsi ilə 300 manat məbləğində kredit xətti ayrılmışdır. İşdə olan 28 dekabr 2021-ci il tarixli ümumi oferta müqaviləsindən və 04 iyun 2022ci il tarixli ərizədən görünür ki, Cavabdeh "xxxx" X3 Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsində yerləşdirilmiş 28 dekabr 2021-ci il tarixli ümumi oferta müqaviləsinin bütün şərtləri ilə razı olduğunu bildirmiş, bank hesabları və müqavilə ilə bağlı bütün yazışmaların yazılı qaydada və ya ofertanın şərtlərinə uyğun olaraq bankın mülahizəsi ilə sms və ya digər məsafədən istifadə olunan kanallar vasitəsi ilə edilməsini xahiş etmişdir. İşdə olan 27 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh "xxxx" X3 Səhmdar Cəmiyyətinə 261,44 manat əsas borc, 50,41 manat faiz borcu, 11,03 manat cərimə, cəmi 322,88 manat borcu vardır. İşdə olan 18 avqust 2023-cü il tarixli bildirişdən və onun cavabdeh tərəfindən qəbul edilməsi ilə bağlı xəbərnamədən görünür ki, iddiaçı tərəfindən cavabdehdən 04 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 261,44 manat əsas borcun, 28,85 manat faiz borcunun, 1,33 manat cərimə borcunun, cəmi 291,62 manat borcun iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinə qaytarılması tələb edilməklə üç iş günü müddətində kredit müqaviləsini ləğv edilməsi təklif edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərimişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin arasında 28 dekabr 2021-ci il tarixli ümumi oferta müqaviləsi və cavabdehin 04 iyun 2022-ci il tarixli ərizəsi əsasında 04 iyun 2022-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh "xxxx" X3 Səhmdar Cəmiyyəti tərəfindən 35 ay müddətinə illik 29% dərəcəsi ilə 300 manat məbləğində kredit xətti açılmışdır. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq kredit üzrə borcunu vaxtında və lazımi qaydada ödəməyərək üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinə 261,44 manat əsas borc, 50,41 manat faiz borcu, 11,03 manat cərimə, cəmi 322,88 manat borcu yaranmışdır. Ona görə də iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti cavabdehdən 261,44 manat əsas borc, 50,41 manat faiz borcu, 11,03 manat cərimə, cəmi 322,88 manat borcu tələb edir. Məhkəmə iclasında işin araşdırılan halları ilə həmçinin müəyyən olundu ki, 04 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən iddiaçı tərəfindən cavabdehə 18 avqust 2023-cü il tarixdə bildiriş ünvanlanmış və həmin bildirişdə Cavabdeh kredit müqaviləsi üzrə 18 avqust 2023-cü il tarixə olan 261,44 manat əsas borcun, 28,85 manat faiz borcunun, 1,33 manat cərimə borcunun, cəmi 291,62 manat borcun qaytarılması tələb edilməklə üç iş günü müddətində kredit müqaviləsinin ləğv edilməsi təklif edilmişdir. Buradan görünür ki, iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti cavabdeh X1 qarşı faiz borcunun hesablanmasını məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək deyil, tərəflər arasındakı müqaviləyə xitam verildiyi tarixədək hesablanmalıdır. Digər tərəfdən "xxxx" X3 Səhmdar Cəmiyyətinin X1 qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi 18 avqust 2023-cü il tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi mövcud deyildir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti Cavabdeh 261,44 manat əsas borc, 28,85 manat faiz borcu, 1,33 manat cərimə borcu, cəmi 291,62 manat borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 261,44 manat əsas borcun, 28,85 manat faiz borcunun, 1,33 manat cərimə borcunun, cəmi 291,62 manat borc alınıb iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 27 noyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" X3 Səhmdar Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 261,44 manat əsas borc, 28,85 manat faiz borcu, 1,33 manat cərimə, cəmi 291 (iki yüz doxsan bir) manat 62 (altmış iki) qəpik alınıb iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-165/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-165/2024
29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver