Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-167/2023 20.02.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli, ********* saylı, xx.xx.2021-ci il tarixli, ********* saylı, xx.xx.2021-ci il tarixli, ********* saylı və xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilələri üzrə ümumilikdə 228.70 manat əsas borcun, 34 manat cərimə, cəmi 262.70 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Xiaomi” markalı mobil telefona görə 12 ay müddətinə hər ay 72 manat ödəməklə, ümumilikdə 859.90 manat, xx.xx.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən “Baseus” markalı naqilsiz qulaqcığa görə 7 ay müddətinə hər ay 10 manat, ümumilikdə 69.90 manat, xx.xx.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən “Baseus” markalı naqilsiz qulaqcığa görə 7 ay müddətinə hər ay 10 manat, ümumilikdə 69.90 manat və xx.xx.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən “Baseus” markalı naqilsiz qulaqcığa görə 7 ay müddətinə hər ay 10 manat, ümumilikdə 69.90 manat, dörd müqavilə üzrə ümumilikdə 1069.60 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona müqavilələr üzrə gecikdirdiyi hər bir günə görə cəmi 340 manat cərimə hesablanmışdır. Lakin iddiaçı tərəfindən həmin cərimə məbləğinin 90%-i cavabdehə güzəşt olunmuş və müqavilələr üzrə cərimə məbləği cəmi 34 manat hesablanmışdır. Ona görə də, Cavabdeh xx.xx.2021-ci il tarixli, ********* saylı, xx.xx.2021-ci il tarixli, ********* saylı, xx.xx.2021-ci il tarixli, ********* saylı və xx.xx.2021-ci il tarixli, ********* saylımüddətli (nisyə) alqı-satqı müqavilələri üzrə ümumilikdə 228.70 manat əsas borcun, 34 manat cərimə, cəmi 262.70 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı ““Xiaomi” markalı mobil telefona görə 12 ay müddətinə hər ay 72 manat ödəməklə, ümumilikdə 859.90 manat, xx.xx.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən “Baseus” markalı naqilsiz qulaqcığa görə 7 ay müddətinə hər ay 10 manat, ümumilikdə 69.90 manat, xx.xx.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən “Baseus” markalı naqilsiz qulaqcığa görə 7 ay müddətinə hər ay 10 manat, ümumilikdə 69.90 manat və xx.xx.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən “Baseus” markalı naqilsiz qulaqcığa görə 7 ay müddətinə hər ay 10 manat, ümumilikdə 69.90 manat, dörd müqavilə üzrə ümumilikdə 1069.60 manat ödəmək şərti ilə qeyd olunan məhsulların alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdehnın xx.xx.2021-ci il tarixli, ********* saylı, xx.xx.2021-ci il tarixli, ********* saylı, xx.xx.2021-ci il tarixli, ********* saylı və xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilələri üzrə ümumilikdə 228.70 manat əsas borc, 340 manat cərimə, ümumilikdə ödənilməmiş 568.70 manat borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı ““Xiaomi” markalı mobil telefona görə 12 ay müddətinə hər ay 72 manat ödəməklə, ümumilikdə 859.90 manat, xx.xx.2021ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən “Baseus” markalı naqilsiz qulaqcığa görə 7 ay müddətinə hər ay 10 manat, ümumilikdə 69.90 manat, xx.xx.2021-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən “Baseus” markalı naqilsiz qulaqcığa görə 7 ay müddətinə hər ay 10 manat, ümumilikdə 69.90 manat və xx.xx.2021ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən “Baseus” markalı naqilsiz qulaqcığa görə 7 ay müddətinə hər ay 10 manat, ümumilikdə 69.90 manat, dörd müqavilə üzrə ümumilikdə 1069.60 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona müqavilə üzrə müvafiq olaraq 340 manat cərimə hesablanmış, lakin iddiaçı tərəfindən həmin cərimə məbləğinin 90%-i güzəşt olunaraq cavabdehə müqavilə üzrə 34 manat cərimə hesablanmışdır. Ona görə də, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh xx.xx.2021-ci il tarixli, ********* saylı, xx.xx.2021-ci il tarixli, ********* saylı, xx.xx.2021-ci il tarixli, ********* saylı və xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilələri üzrə ümumilikdə 228.70 manat əsas borcun, 34 manat cərimə, cəmi 262.70 manat borcun tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh xx.xx.2021-ci il tarixli, ********* saylı, xx.xx.2021-ci il tarixli, ********* saylı, xx.xx.2021-ci il tarixli, ********* saylı və xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilələri üzrə ümumilikdə 228.70 manat əsas borcu, 34 manat cərimə, cəmi 262.70 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşdə olan 27 dekabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, ********* saylı, xx.xx.2021-ci il tarixli, ********* saylı, xx.xx.2021-ci il tarixli, ********* saylı və xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilələri üzrə ümumilikdə 228.70 manat əsas borc, 34 manat cərimə, cəmi 262.70 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, ********* saylı, xx.xx.2021-ci il tarixli, ********* saylı, xx.xx.2021-ci il tarixli, ********* saylı və xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilələri üzrə ümumilikdə 228.70 manat əsas borc, 34 manat cərimə, cəmi 262.70 (iki yüz altmış iki) manat 70 (yetmiş) qəpik pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №2(055)-167/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-167/2023
20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver