Məhkəmə qərarları › İş №2(055)-171/2024

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №2(055)-171/2024

18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 2(055)-171/2024 18.01.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Saatlı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14500 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə dostu vasitəsi ilə tanış olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçisi olduğunu və bu nazirliyə aid olan işlərin həll edilməsində pul müqabilində köməklik göstərə biləcəyini ona demişdir. O da, tanışlarının sosial məsələləri ilə əlaqədar olan problemlərinin həll edilməsi, yəni dayandırılmış əlilliyin bərpası, pensiya təyin edilməsi, müharibə veteranına ev verilməsi üçün cavabdehə müxtəlif vaxtlarda 14500 manat məbləğində pul vermişdir. Lakin cavabdeh hazırki vaxtadək nə həmin problemləri həll etməmiş, nə də ki verdiyi pulları ona qaytamamışdır. Ona görə də, bir müddət gözlədikdən sonra Cavabdeh verdiyi pulları tələb etmiş, lakin cavabdeh ondan aldığı pulları müxtəlif bəhanələr gətirərək qaytarmamışdır. Ona görə də, 14500 manat pulun Cavabdeh alınaraq ona verilməsində köməklik olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh izahatında göstərdi ki, həqiqətən də, İddiaçı müxtəlif vaxtlarda iddiaçının tanışlarının sosial problemlərini həll etmək, yəni dayandırılmış əlilliyin bərpası, pensiya təyin edilməsi, müharibə veteranına ev verilməsi üçün ümumilikdə 14500 manat pul almış, həmin pulları özü mənimsəmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı izahatında tanışlarının sosial problemlərini həll etmək, yəni dayandırılmış əlilliyin bərpası, pensiya təyin edilməsi, müharibə veteranına ev verilməsi üçün cavabdehə 14500 manat pul verdiyini, cavabdehin həmin problemləri aradan qaldırmadığını və verdiyi pulları tələb etməsinə baxmayaraq ona qaytarmadığını göstərmişdir. Cavabdeh isə məhkəmə iclasında iddiaçının dediklərini təsdiq edərək həmin pulları aldığını və mənimsədiyini göstərmişdir. Göründüyü kimi, cavabdehin iddiaçının etibarından sui-istifadə edərək və onu aldadaraq aldığı pulu iddiaçı mülki qaydada geri tələb edir. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddələrində nəzərdə tutulan cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 7.0.1-ci maddəsinə əsasən cinayət hadisəsi - cinayətin əlamətlərini özündə əks etdirən hadisədir. Həmin Məcəllənin 7.0.4-cü maddəsinə əsasən cinayət təqibi - cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədi ilə həyata keçirilən cinayət-prosessual fəaliyyətdir. Həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən bu Məcəllənin 37.2 və 37.3-cü maddələrində göstərilməyən digər cinayətlər üzrə cinayət təqibi ictimai ittiham qaydasında həyata keçirilir. Qeyd olunanlardan göründüyü kimi hazırkı işə mülki icraat qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. İddiaçı izah edilməlidir ki, məhkəmə baxışı zamanı vermiş olduğu izahatında göstərdiyi xüsusatlar üzrə rayon polis şöbəsinə müraciət etməli, iddiaçının cavabdehə qarşı dələduzluq edib-etməməsi cinayət təqibi qaydasında araşdırılmalıdır. İddiaçı verdiyi pulu həm cinayət işinin istintaqı zamanı, həm də, bundan sonra mülki qaydada tələb edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170, 261-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərarverdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı izah edilsin ki, məhkəmə baxışı zamanı vermiş olduğu izahatında göstərdiyi xüsusatlar üzrə rayon polis şöbəsinə müraciət etməli, cavabdehin iddiaçıya qarşı dələduzluq edib-etməməsi cinayət təqibi qaydasında araşdırılmalı və iddiaçı verdiyi pulu həm cinayət işinin istintaqı zamanı, həm də, bundan sonra mülki qaydada tələb edə bilər. Qərardaddan onun tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar