Məhkəmə qərarları › İş №2(055)-172/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-172/2023

16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-172/2023 16.02.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış 26 yanvar 2022-ci il tarixli 339535-CNS- 31523 saylı “nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi”nə əsasən 15 dekabr 2022-ci il tarixə banka borclu olduğu 1246,75 manat əsas borc, 144,27 manat faiz borcu və 157,20 manat cərimə, cəmi 1548,22 manat borcun və 35,48 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, 26 yanvar 2022-ci il tarixli 339535-CNS-31523 saylı “nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi”nə əsasən Cavabdeh 24 ay müddətinə illik 25% dərəcəsi ilə 1500 manat məbləğində kredit verilmişdir. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini lazımınca icra etməmiş və müqavilə üzrə ödənişləri tam və vaxtında yerinə yetirməmişdir. Nəticədə, cavabdehin iddiaçıya 1246,75 manat əsas borcu, 144,27 manat faiz borcu və 157,20 manat cərimə, cəmi 1548,22 manat borcu yaranmışdır. Ona görə də, Cavabdeh 26 yanvar 2022-ci il tarixli 339535-CNS-31523 saylı “nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi”nə əsasən 1246,75 manat əsas borc, 144,27 manat faiz borcu və 157,20 manat cərimə, cəmi 1548,22 manat borcun və 35,48 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 26 yanvar 2022-ci il tarixli 339535-CNS-31523 saylı “nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi”ndən görünür ki, bu ərizə əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 24 ay müddətinə illik 25% dərəcəsi ilə 1500 manat məbləğində kredit verilmişdir. İşdə olan 15 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, 26 yanvar 2022-ci il tarixli 339535-CNS-31523 saylı “nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi” üzrə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 1246,75 manat əsas borc, 144,27 manat faiz borcu və 157,20 manat cərimə, cəmi 1548,22 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin arasında bağlanmış 26 yanvar 2022-ci il tarixli 339535-CNS-31523 saylı “nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi”nə əsasən Cavabdeh 24 ay müddətinə illik 25% dərəcəsi ilə 1500 manat məbləğində kredit verilmişdir. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və müqavilə üzrə ödənişləri tam və vaxtında yerinə yetirməmişdir. Nəticədə, cavabdehin iddiaçıya 15 dekabr 2022-ci il tarixə 1246,75 manat əsas borcu, 144,27 manat faiz borcu və 157,20 manat cərimə, cəmi 1548,22 manat borcu yaranmışdır. Ona görə də, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 26 yanvar 2022-ci il tarixli 339535-CNS-31523 saylı “nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi”nə əsasən 1246,75 manat əsas borc, 144,27 manat faiz borcu və 157,20 manat cərimə, cəmi 1548,22 manat borcun tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 26 yanvar 2022-ci il tarixli 339535-CNS-31523 saylı “nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi”nə əsasən 1246,75 manat əsas borc, 144,27 manat faiz borcu və 157,20 manat cərimə, cəmi 1548,22 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərdən 26 yanvar 2022-ci il tarixli 339535-CNS-31523 saylı “nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi” üzrə tələb olunan 157,20 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 120 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 26 yanvar 2022-ci il tarixli 339535-CNS-31523 saylı “nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi”nə əsasən 1246,75 manat əsas borc, 144,27 manat faiz borcu və 120 manat cərimə, cəmi 1511,02 manat alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan 20 dekabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 35,48 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 35,48 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 26 yanvar 2022-ci il tarixli 339535-CNS-31523 saylı “nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi”nə əsasən 1246,75 manat əsas borc, 144,27 manat faiz borcu və 120 manat cərimə, cəmi 1511 (bir min beş yüz on bir) manat 02 (iki) qəpik alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 35 (otuz beş) manat 48 (qırx səkkiz) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: İxtiyar Abuşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar