Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1728/2025 22.12.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə məhkəmə müraciət edərək, Cavabdehdan 500 manat pulun və 300 manat mənəvi ziyanın alınıb ona verilməsi barədə qətnamə qǝt edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, yaşadığı ünvana yaxın evdə kirayədə qalan Saatlı rayonunda qeydiyyatda olmaqla yaşayan Cavabdeh 2024-cü ilin may ayının əvvəlində ona yaxınlaşaraq telefonunun suya düşməsini bildirərək may ayının axırınadək kömək məqsədilə 500 manat məbləğində borca pul istəmişdir. Cavabdeh ona həmin pulu ayın axırında işlədiyi yerdən maaşını alaçağını və pulu qaytaracağına söz verdiyini bildirdiyi üçün o, ona 500 manat məbləğində borca pul vermişdir. May ayının axırında Cavabdeh axşam vaxtı Saatlı rayonuna getdiyini bildikdən sonra onunla mobil telefon vasitəsilə əlaqə saxlayaraq ona olan borcunu vermədən niyə getdiyini bildirəndə o, ona anasının xəstə olduğu üçün təcili olaraq axşam vaxtı getdiyini deyərək, tezliklə bir həftə ərzində qayıdacağını və ona olan 500 manat məbləğində borcu qaytaracağını bildirmişdir. O, bir neçə həfətə keçdikdən sonra Cavabdeh ilə yenidən mobil telefon vasitəsilə əlaqə saxlayaraq, ona olan borcu nə vaxt qaytaracağını soruşduqda o ondan götürdüyü 500 manat məbləğində borcu qaytarmayacağını bildirmişdir. O, Cavabdeh ilə dəfələrlə əlaqə saxlamağa çalışsa da onunla danışa bilmədiyi üçün 2024-cü ildə Saatlı rayonuna gedərək Saatlı RPŞ-nə bu bardə ərizə ilə müraciət edərək məlumat vermişdir. Saatlı RPŞ-nin rəisi onu qəbul edərək, onun müraciəti əsasında ərazi üzrə sahə müvvəkili polis mayoru Qorxmaz adlı polis əməkdaşına araşdırma apararaq köməklik göstərməsi üçün göstəriş vermişdir. Qorxmaz ona Bakıya getməyini onun pulunu qaytarılmasına köməklik edəcəyini bildirdikdən sonra onun ünvanına gedəcəyini ona dəymiş ziyanı bir həftəyə həll edərək göndərəcəyini bildirmişdir. Qorxmaz Cavabdeh ünvanında getmiş və Cavabdeh atası Saməddin onunla telefon vasitəsilə danışaraq oğlu Əzullanın ona olan 500 manat məbləğində borcu bir həftə ərzində qaytaracağını bildirsə də, sonradan onunla əlaqə saxlasa da onu nalayiq ifadələrlə işlədərək onun zənglərimi rədd etmişdir. O, bu barədə yenidən Qorxmaz ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq, Cavabdeh atası Saməddin onun pulunu qaytaracağına söz versə də dediyi sözlərə əməl etmədiyini qaytarmayacağını ona bildirmişdir. O, bu barədə Nərimanov RPİ-nin 18-ci PB-nə rəsmi olaraq müraciət etdikdə, onlar ona, aralarında olan 500 manat məbləğində olan borcla bağlı mülki qaydada məhkəməyə müraciət etməyini bildirmişlər. Göstərdiklərini nəzərə alaraq iddianın təmin olunmasını xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahatında göstərmişdir ki, iddianı qismən qəbul edir. O, Bakı şəhərində iddiaçı ilə qonşu olmuşdur. İddiaçı məhəllədə mağaza işlətmiş və O, ondan 100 manatlıq alver etmiş, 50 manatda əl borcu almışdır. Onun hazırda iddiaçıya 150 manat borcum var. İddanın qalan hissədə rədd olunmasını xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinin tələbinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan halları, cavadehin izahatı ilə müəyyən olundu ki, Cavabdeh İddiaçı məxsus ərzaq dükanından 100 manatlıq nisyə ərzaq almış və eyni zamanda iddiaçı cavabdehə 50 manat borc vermişdir. Məhkəmə iddianın məbləği ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iddiaçının cavabdehə 500 manat borc verməsi barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Lakin, məhkəmə iclasında verdiyi izahatında, cavabdeh iddiaçının dükanından 100 manatlıq nisyə ərzaq aldığını və iddiaçının ona 50 manatda borc verdiyini etiraf etmişdir. Məhkəmə, cavabdehin etirafını əsas götürərək hesab edir ki, 150 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia təsdiq olunur. Məhkəmə iddianın mənəvi zərərin tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, həmin hissədə də iddia tələbi rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, mənəvi ziyanla bağlı gəldiyi nəticə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə verilmiş tövsiyyələrə də uyğundur. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddiasının mənəvi ziyan tələbi ilə bağlı hissəsini əsasını təşkil edən halları sübuta yetirə bilməmiş, cavabdehin törətdiyi əməl nəticəsində ona mənəvi ziyan vurulduğunu, mənəvi iztirab çəkdiyini qeyd etsə də, qeyd olunan halları sübuta yetirəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş və iddia ərizəsində göstərilənlər işin hər hansı halı ilə məhkəmə iclasında müəyyən edilməmişdir. Həmçinin iddiaçı tərəf cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar məhkəməyə sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 150 manat pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə müharibə veteranları dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, hazırki iddia qiymətləndirilməyən iddia olduğundan və iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavbadeh Cavabdeh 150 (bir yüz əlli) manat pul alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(055)-1728/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1728/2025
22.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver