Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-176/2024 06.02.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh 1500 manat pulun, 35 manat ödənilmiş dövlət rüsumunun və 100 manat xidmət haqqının, cəmi 1635 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh onun qonşusudur. Ona görə də cavabdehlə münasibətləri yaxşı olmuşdur. Cavabdeh 2022-ci ilin avqust ayının əvvəllərində təcili olaraq 1500 manat pul lazım olduğunu, 2023-cü ilin fevral ayında bankdan kredit götürərək qaytaracağını bildirmişdir. O da cavabdehə güvəndiyindən 1500 manat pulu qonşuları X5 və X1 yanında cavabdehə vermişdir. Lakin cavabdeh həmin pulu ona qaytarmamışdır. Bundan sonra da cavabdeh müxtəlif bəhanələrlə onu aldadaraq vədinə əməl etmədiyi üçün o da məcbur qalıb Saatlı rayon polis şöbəsinə müraciət etmişdir. Saatlı rayon polis şöbəsində cavabdehlə aralarında olan pul mübahisəsi ilə əlaqədar Saatlı Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmuşdur. 2018-ci ildə cavabdehə 600 manat faizə pul verəsi barədə deyilənlər isə yalandır. Sonda iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, İddiaçı 2018-ci ildə hər ay 60 manat faiz ödəməklə 600 manat pul (sələm) almışdır. 350 manat heyvanını satıb iddiaçıya ödəmiş, əri tərəfindən iddiaçının həyətində 400 manatlıq iş görülmüş, 200 manat isə qonşudan borc alıb vermişdir. Beləliklə də, iddiaçıdan aldığı 600 manat pulu faizi ilə birlikdə iddiaçıya qaytarmışdır. Hazırda da iddiaçıya hər hansı məbləğdə borcu qalmamışdır.Əgər iddiaçıdan 1500 manat borc pul almışsa iddiaçı bu barədə yazılı sübut təqdim etməlidir. Ona görə də, göstərdiklərinin nəzərə alınıb iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, tərəflərin hər ikisi ilə eyni kənddə yaşamaqla qonşudur. Cavabdeh həm də onun xalasının gəlinidir. Aralarında ədavət və düşmənçilik olmamışdır. Cavabdehin problemi olduğundan 2022-ci ilin avqust ayının əvvəllərində səhər tezdən onun avtomobili ilə o, arvadı Zümrüd və cavabdehlə birlikdə iddiaçının evinə gedib ondan 2023-cü ilin fevral ayında qaytarmaq şərti ilə 1500 manat pul almışlar. İddiaçı cavabdehə pulu verərkən arvadı Zümrüdlə birlikdə şəxsən orada olmuşlar. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X4 şahid X2 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə tərəflərin izahatını və şahidlərin ifadəsini dinləyib, işdə olan materialları hərtərəfli araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə araşd İddia tələbinin əsaslılığına gəlincə məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Yuxarda qeyd olunduğu kimi, iş üzrə yazılı sübutlar olmadığından hazırki iddia tələbinə tərəflərin izahatları və şahidlərin ifadələri konteksində qiymət verilməlidir. Tərəflərin izahatlarına münasibətdə məhkəmə qeyd edir ki, MPM-in 106.1-ci maddəsinin tələblərindən göründüyü kimi, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İddiaçının özünəinamlı şəkildə verdiyi izahatı ilə müqayisədə cavabdeh qeyrisəmimilik təəssüratını yaradaraq 2022-ci ilin avqust ayında idiaçıdan 1500 manat pul almadığını bildirmiş və iddia tələbinə münasibətdə hər hansı əks-arqument irəli sürmədən məhkəmə iclasında dəfələrlə məhz cavabdehin bu barədə yazılı sübut təqdim etməsini tələb etmişdir.Doğrudur, cavabdehin tələbin əsaslılığı baxımından iddiaçıdan sübut tələb etməsi onun hüququ olsa da, cavabdehin məhkəmə iclasındakı davranışları məhkəmədə onun bu hüququndan istifadəsinin prosessual özünümüdafiə çərçivəsində edilmədiyi, əksinə vicdanlılıq göstərilməyərək məhz yazılı sübut olmamasına istinadən aldığı pulu qaytarmaq istəməməsi, hüquqdan sui-istifadə etməsi qənaətini yaratmışdır. Ona görə də məhkəmə hazırki mübahisə üzrə iddiaçının izahatını mötəbər sübut kimi qəbul edir. İddia tələbi üzrə digər sübut olan şahidlərin ifadələrinə münasibətdə isə məhkəmə qeyd edir ki, MPM-in 76.2-ci maddəsinin tələbindən göründüyü kimi, şahid ifadələri ilə müəyyən edilən məlumatlar mülki prosesdə əsas sübut növlərindən biri hesab olunur. Digər sübutlar kimi şahid ifadələrinin də məhkəmə üçün qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur. Lakin MPM-in 88-ci maddəsinə əsasən əgər məhkəmə şahid ifadələrini mötəbər sübut kimi qəbul etmirsə, bununla bağlı mövqeyini əsaslandırmalıdır. Şahid ifadələri qiymətləndirilərkən, ilk növbədə, şahidlərin tərəflərlə faktiki münasibətləri, qohumluq əlaqələrinin olub-olmaması, işin nəticəsində maraqlı olubolmamaları və s. hallar yoxlanılmalıdır. Çünki konkret işin hallarından asılı olaraq tərəf işin müəyyən hallarını yalnız ona yaxın və ya qohum olan şəxslərin şahid ifadələri əsasında sübut etmək imkanına malik ola, yaxud ona yaxın insanlar da işin halları ilə bağlı mötəbər məlumatlar verə bilər. Nəzərə alınmalıdır ki, tərəflərdən birinin yaxını və ya qohumu olsa da, məhkəmə iclasında şahid qismində ifadə verməyə razılıq vermiş şəxslər MPM-in 194.1-ci maddəsinə əsasən digər şahidlər kimi bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdar edilirlər və onlardan bu barədə iltizam alınır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi şahidlərin isə nəinki iddiaçı ilə qohum olmadığı, əksinə cavabdehlə qohumluq münasibətlərində olması müəyyən edilmişdir. Belə ki, cavabdeh şahid Mehman Quliyevin xalası gəlini, şahid Zümrüd Şükürovanın isə qardaşının arvadıdır. Digər tərəfdən şahidlər məhkəmə iclasında olarkən özlərinə əmin şəkildə ifadə verərək cavabdehin iddiaçıdan borc pul almasında şəxsən iştirak etmələrini göstərməklə yanaşı, borc alınma prosesini iddiaçının özündən daha detallı şəkildə ifadə etmişlər. Odur ki, məhkəmə hazırki mübahisə üzrə şahidlərin ifadələrinin obyektivliyinə və inandırıcılığına şübhə ilə yanaşmağa əsas verən halları, həmin ifadələrə tənqidi yanaşmaq üçün əsasları müəyyən etməməklə hesab edir ki, həmin ifadələr mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı cavabdeh iddia tələbini qəbul etməsə də, iddiaçının izahatı və şahidlərin dəqiq, aydın və inandırıcı ifadələri ilə Cavabdeh İddiaçı 1500 manat pul alması və hal-hazıradək qaytarmaması öz təsdiqini tapmışdır. Cavabdeh məhkəmə araşdırma zamanı 1500 manat məbləğində pul almadığını göstərsə də, öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, əksinə iddia tələbinin əsaslılığı iddiaçının izahatı, iş materialları və şahidlərin ifadələri ilə bir daha təsdiq olunmuşdur. Odur ki, məhkəmə cavabdehin göstərdiklərini tələbdən yayınmaq üçün özünü müdafiə halı kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməklə Cavabdeh 1500 manat pul alınaraq İddiaçı verilməlidir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı 35 manat dövlət rüsumu və 100 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 35 manat dövlət rüsumu və 100 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 1500 manat pul, ödənilmiş 35 manat dövlət rüsumu və 100 manat xidmət haqqı, cəmi 1635 (bir min altı yüz otuz beş) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. İş № 2(055)-176/2024 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 06 fevral 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 1500 manat pul, ödənilmiş 35 manat dövlət rüsumu və 100 manat xidmət haqqı, cəmi 1635 (bir min altı yüz otuz beş) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-176/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-176/2024
06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver