Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1763/2025 24.12.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, İddiaçı, Cavabdeh1, Cavabdeh X2 və onun vəkili X3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 11408 manat pulun, 125 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlər Cavabdeh1 və X7 ilə qohumluq əlaqələri vardır. Cavabdeh X7, digər Cavabdeh1 qaynatasıdır. O, qazanc əldə etmək məqsədi ilə 2018-ci ildən 2025-ci ilin fevral ayına kimi cavabdehlərlə mütamadi olaraq xırda ticarətlə, torpaq sahəsini icarəyə götürərək pambıqçılıqla və sair kənd təsərrüfatı məhsullarının alqı-satıqısı ilə məşğul olmuş, aralarında bu ticarətlə bağlı notarial qaydada təqdiqlənmiş və ya hüquqi sənəd olmamış və sonda da cavabdehlər onun ümumilikdə 11408 manat məbləğində pulunu qaytarmamışlar. Belə ki, Cavabdeh1 2018-ci ildə məişət əşyalarının alqı-satqısına görə 1208 manat məbləğində pulunu, 2019-cu ildə ot kipinin alqı-satqısına görə 2000 manat məbləğində pulunu, 2020-ci ildə dərmir darvazaya görə 1600 manat, vitrin üçün şüşələrə görə 600 manat, cəmi 2200 manat məbləğində pulunu, 2021-ci ildə torpaq sahəsini suvarmaq üçün alınan 2500 manat dəyərində su matorunu və kənd təsərrüfatı məhsullarının alqı-satqısına görə 1500 manat məbləğində pulunu, ümumilikdə 9408 manat məbləğində pulunu qaytarmamışdır. İcarəyə götürdüyü torpaq sahəsinə görə 2021-ci ildə torpağın icarə haqqını icarədara çatdırılması üçün Cavabdeh1 şəxsən verdiyi 9000 manat pulun, 7000 manatını cavabdeh X7 icarədara versə də, qalan 2000 manat pulu verməmiş, bu günə qədər həmin pulu ona qaytarmamışdır. Belə işlərə görə cavabdehlərlə onun arasında narazılıq yarandıqdan sonra Cavabdeh1 9408 manat pulunu, digər cavabdeh X1 2000 manat pulunu tələb etmiş, amma cavabdehlər pulu qaytarmaqdan imtina etdikləri üçün məcbur qalıb DİN-nin “102” xidmətinə məlumat vermiş, onun şikayəti əsasında Saatlı RPŞ-də araşrıma aparılmış, cavabdehlərin izahatları alınmış, şikayəti mülki xarakterli olduğundan cavabdehlərə qarşı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi barədə ona məktub verilmişdir. Ona görə də, göstərdiklərinin nəzərə alınıb iddianın tam təmin olunmaqla Cavabdeh1 9408 manat, digər cavabdeh X1 2000 manat pulun və cavabdehlərdən ödəmiş olduğu 125 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh1 iddianı etiraf etməyərək izahatında göstərdi ki, İddiaçı və onun ailəsi ilə kirvədirlər. O, kənd məhsullarından süd, qatıq, pendir və sair Bakı şəhərinə aparıb sataraq ailəsini dolandırır. İddiaçının ona qarşı iddia ərizəsində göstərdiklərini yalan hesab edir. 2018-ci ildə məişət əşyalarının alqı-satqısına görə 1208 manat məbləğində pulu iddiaçıdan almamış, ümumiyyətlə iddiaçı ilə onun arasında məişət əşyalarının alqı-satqısı ticarəti olmamışdır. 2019-cu ildə iddiaçı və onun həyat yoldaşı satdığı ot kiplərini onun həyətində olan çardağın altına yığmışlar və özləri də müştəri tapıb satmışlar. Həmin ot kiplərinin satışından və neçə dənə olmasından məlumatı olmamışdır. 2020-ci ildə iddiaçının Bakı şəhərində yaşadığı evin həyətində “ağ lay” vurarkən, iddiaçı ona təklif etmişdir ki, həyətyanı sahəsi kiçik olduğu üçün həyətində olan vitrin şüşələrini Saatlı rayonuna aparıb onun həyətinə yığsın, o da iddiaçı ilə razılaşmış və iddia ərizəsində göstərilən 1600 manat dəyərində olan həmin vitirin şüşələr hazırda onun həyətindədir. Bundan başqa, həmin vaxt iddiaçı Bakı şəhərində yaşadığı evin həyət darvazasını yenisi ilə əvəz etdikdə köhnə darvazanı ona pulsuz vermiş və iddia ərizəsində göstərilən 600 manat dəyərində olan həmin darvazada hazırda onun həyətindədir. İddiaçı icrarəyə götürdüyü torpaq sahəsində 2021-ci ildə suvarma və alaq işlərinin aparılması üçün 2400 manata aldığı su matorunun satılıb pulunun həmin işlərə sərf edilməsini ondan xahiş etmiş, o da üç il müddətində işlənmiş həmin su matorunu 1300 manata sataraq iddiaçının icarəyə götürdüyü torpaq sahəsinə xərcləmişdir. Habelə, həmin vaxt iddiaçı torpaqda o işlərin görülməsi üçün ondan əlavə olaraq 1700 manat pul da almışdır. 2021-ci ildə iddiaçı ona kənd məhsullarının alqı-satqısı üçün maya olaraq 1500 manat pul verməmiş, əvvəllər bu işlə özü məşğul olmuş, bu gündə həmin işlə məşğuldur. Bundan başqa, İddiaçı ona torpaq icarəsi üçün verdiyi 9000 manat icarə pulundan 2000 manatı qaynatası X7 ona qaytarmış, o da həmin vaxt 2000 manatı iddiaçının əri Eldənizə şəxsən vermişdir. Ona görə də göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdeh X7 iddianı etiraf etməyərək izahatında göstərdi ki, İddiaçı ona bir manat da olsa belə pul verməmiş, əksinə iddiaçı üçün görmüş olduğu işlərə görə zəhmət haqqı olaraq iddiaçı ona on qəpik belə verməmişdir. Belə ki, onun nə iddiaçı, nə də iddiaçının əri Eldənizlə nə xırda, nə böyük ticarəti olmamışdır. Yeznəsi Cavabdeh1 və iddiaçının əri Eldəniz ondan xahiş etmişlər ki, hektarı 250 manatdan icarəyə götürmək üçün onlara torpaq sahəsi tapsın. O, da əvvəllər tanıdığı Xanbala adlı şəxsin belə torpaq sahəsi olduğunu onlara demişdir. Daha sonra torpaq sahəsinin icarəsi ilə bağlı şəxsən Əlizamin ona 9000 manat pul versə də o, Eldənizin və Əlizaminin hektarı 250 manat istədikləri torpaq sahəsini, hektarı 180 manatdan, cəmi 7000 manata icarəyə götürmək üçün Xanbalanı razı salmış, qalan 2000 manat pulu da Əlizaminə şəxsən qaytarmışdır. Bundan sonra onun nə iddiaçı Xatirə, nə iddiaçının əri Eldəniz, nə də yeznəsi Əlizaminlə heç bir ticarət əlaqəsi olmamışdır. Ona görə də göstərdiklərinin nəzərə alınaraq iddianın ona aid hissədə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı şahid X8 ifadəsində göstərdi ki, İddiaçı onun arvadıdır, Cavabdeh1 və X5 tanıyır. Hər iki cavabdehlə aralarında ədavətləri yoxdur. 2020-ci ildə beş il müddətinə torpaq icarəyə götürmək məqsədi ilə İddiaçı, Cavabdeh1 bank vasitəsi ilə 6000 manat və 3000 manat, cəmi 9000 manat pul göndərmiş, daha sonra onlar torpağı icarəyə götürmüş və üç il müddətində həmin torpaqdan istifadə etmişlər. Cavabdeh1 həmin vaxt torpaq sahəsinin 7000 manata icarəyə götürülməsini ona deməmiş, həmin 9000 manat puldan qalan 2000 manatı ona qaytarmamışdır. Cavabdeh1 onlara qaytardığı 2600 manat Əlizaminin özünə avtomobil almaq üçün iddiaçıdan aldığı 2000 manat və onun anasından aldığı 600 manat pul olmuşdur. Həmin 2600 manat pulun torpağın icarəyə verilməsi üçün Əlizamində olan 2000 manata aidiyyəti olmamışdır. O, cavabdeh X4 şəxsən 9000 manat pul verməmişdir, nə Əlizamindən, nə də Mayıldan 2000 manat pul almamışdır. Amma torpağın icrayə götürülməsində Mayıl onlara köməklik etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı sübut olaraq iş materialına əlavə etdiyi “CD disklərdə olan səslər dinlənilərkən müəyyən edildi ki, İddiaçı cavabdehlər Cavabdeh1 və X7 ilə telefon danışığı aparmış, həmin danışıqlarda İddiaçı Cavabdeh1 məbləğini qeyd etmədiyi su matorunun pulunu və torpaq icarəsindən qalan pulun geri qaytarılmasını tələb etmiş, Əlizamin də iddiaçının tələb etdiklərini yerinə yetirəcəyini deyərək iddiaçını yaşadığı Saatlı rayonundakı evinə qonaq dəvət etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon Polis Şöbəsinin və Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2025-ci, xx.xx.2025-ci, xx.xx.2025-ci il tarixli məktublarından və iş üzrə cavabdehlərin izahatlarından görünür ki, İddiaçı müvafiq qaydada müraciətlərinə baxılmış və araşdırma zamanı müraciətin həlli daxili işlər orqanlarının səlahiyyətinə aid olmadığı müəyyən edildiyindən İddiaçı izah edilmişdir ki, mülki qaydada məhkəməyə müracət etmək hüququ vardır. Məhkəmə iddiaçının və cavabdehlərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə görə əsassız varlanma mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iclasında tərəflərin izahatları və şahidin ifadəsi ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdehlər arasında yaranan mübahisə 2018-ci ildən 2025-ci ilin fevral ayına kimi qazanc əldə etmək məqsədi ilə hər hansı hüquqi sənədə əsaslanmayan və ya notarial qaydada təqdiqlənmiş müqavilə olmadan xırda ticarət və torpaq sahəsinin icarəyə götürülməsi ilə bağlı yaranmış 11408 manat məbləğində pulun qaytarılmasından ibarətdir. İş üzrə Cavabdeh1 iddianı etiraf etməsə də, məhkəmədə verdiyi izahatında iddia ərizəsində göstərilmiş 1600 manatlıq vitirin şüşələrinin və 600 manatlıq darvazanın halhazırda Saatlı rayonunda Soltanabad kəndində yaşadığı evinin həyətində olduğunu, torpaq sahəsini suvarmaq üçün iddiaçı tərəfindən alınmış su matorunu 1300 manat satdığını və iddiaçının topraq icarəsi üçün ona verdiyi 9000 manat puldan qalan 2000 manat pulu iddiaçının əri Eldənizə qaytardığını bildirmiş, lakin Cavabdeh1 iddianın bu hissəsinə qarşı etirazının əsasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddianın bu hissəsinin Cavabdeh1 etirafı kimi nəzərə alaraq işin mübahisəsiz halı kimi qəbul edir və iddianın həmin hissəsi ilə bağlı hesab edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmasa da, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 satılmış su matoruna görə 1300 manat pulun, torpoq icarəsindən qalan 2000 manat pulun və 1600 manatlıq vitirin şüşələrinin, 600 manatlıq darvazanın və ya onlar olmadıqda 2200 manat pulun Cavabdeh1 alınmasını tələb etməkdə haqlıdır. İddia tələbinin qalan hissəsinin əsaslılığına gəlincə isə məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. İşin araşdırılan halları ilə həmçinin müəyyən olundu ki, İddiaçı 2018-ci ildə məişət əşyalarının alqı-satqısına görə 1208 manat məbləğində pulun, 2019-cu ildə ot kipinin alqısatqısına görə 2000 manat məbləğində pulun, 2021-ci ildə kənd təsərrüfatı məhsullarının alqı-satqısına görə 1500 manat məbləğində pulun Cavabdeh1 alınmasını tələb etsə də, cavabdeh bununla razılaşmayaraq iddianın bu hissəsini təkzib etmiş, iddiaçı isə bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddianın bu hissəsinə dair sübut etmə yükünün iddiaçının üzərinə düşdüyünü nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə əsaslı hesab edilməyindən təmin edilməməlidir. Bundan başqa, İddiaçı tələbinin əsası kimi cavabdeh X1 torpaq sahəsinin icarə pulundan qalan 2000 manat alınmasını tələb etmiş, lakin məhkəmədə tərəflərin izahatları və şahidin ifadəsi ilə təsdiq olunmuşdur ki, torpaq icarəsi üçün iddiaçı tərəfindən 9000 manat pul şəxsən Mayıl Həşimova deyil, Cavabdeh1 verilmiş, həmin pulu Əlizamin Mayıla vermiş, Mayıl da 9000 manat pulun 7000 manatını torpağın icarədarı Xanbalaya vermiş, qalan 2000 manatı Əlizaminə qaytarmışdır. Məhkəmə bununla bağlı da qeyd edir ki, iddiaçının hazırki tələbi üzrə X7 qanunla nəzərdə tutulmuş qaydada heç bir məsuliyyət daşımadığından iddia ona münasibətdə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh1 3300 manat məbləğində pul və 1600 manat dəyərində vitirin şüşələri, 600 manat dəyərində darvaza və ya onlar olmadıqda onların dəyəri 2200 manat alınaraq İddiaçı verilməli, iddia qalan hissədə və digər cavabdeh X4 münasibətdə təmin edilməməlidir. İşdə olan 27 oktyabr 2025-ci tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 125 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 125 manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 3300 (üç min üç yüz) manat məbləğində pul və 1600 (bir min altı yüz) manat dəyərində vitirin şüşələri, 600 (altı yüz) manat dəyərində darvaza və ya onlar olmadıqda onların dəyəri 2200 (iki min iki yüz) manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə və digər cavabdeh X4 münasibətdə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 125 (bir yüz iyirmi beş) manat dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(055)-1763/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1763/2025
24.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver