Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1776/2025 11.12.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2000 manat əsas borc, 291,15 manat faiz borcu, cəmi 2291,15 manat borcun və 42,92 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh 21 iyun 2024-cü il tarixli ərizə-anketi imzalamaqla kredit xəttinin açılması üzrə standart şərtlər ilə razı oldugunu təsdiq (aksept) etmiş, bununla həmin şərtlərlə müqavilə bağlanılmış olub ona 35 ay müddətinə, illik 27,60% dərəcəsi ilə 1000 manat məbləğində kredit xətti açılmışdır. “Ərizə-anket” və “standart şərtlərə” əsasən borcverən qeyd olunan məbləğdə və faizlə kredit xətti açır və borcalan isə müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və iddiaçıya 11 dekabr 2025-ci il tarixə 2000 manat əsas borc, 291,15 manat faiz məbləği olmaqla, cəmi 2291,15 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin həll edilməsi cəhdləri (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Ona görə də, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh 2000 manat əsas borcun, 291,15 manat faiz məbləğinin, cəmi 2291,15 manat borcun və 42,92 manat ödənilmiş dövlət rüsumunun alınıması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 02 avqust 2025-ci il tarixli arayışdan görünür və ki, 21 iyun 2024-cü il tarixli ərizə-anketə əsasən iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən 21 iyun 2025-ci il tarixdə Cavabdeh illik 27,60% dərəcəsi ilə 35 ay müddətinə 2000 manat məbləğində AGİD**********0 saylı kredit xətti ayrılmışdır. İşdə olan elektron bildirişlərin tarixçəsindən görünür ki, Cavabdeh kredit limiti 21 iyun 2024-cü il tarixə 1000 manat, 20 sentyabr 2024-cü il tarixə 2000 manat artırılmışdır. İşdə olan 11 dekabr 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh "xxxx" X1 Səhmdar Cəmiyyətinə AGİD**********0 saylı kredit xətti üzrə 2000 manat əsas borcu, 291,15 manat faiz borcu, cəmi 2291,15 manat borcu vardır. İşdə olan 18 avqust 2025-ci il tarixli bildirişdən və onun cavabdeh tərəfindən qəbul edilməsi ilə bağlı xəbərnamədən görünür ki, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh 2000 manat əsas borc, 291,15 manat faiz borcu olmaqla, cəmi 2291,15 manat borcun qaytarılması tələb edilməklə beş iş günü müddətində kredit müqaviləsinin ləğv edilməsini təklif edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh 21 iyun 2024-cü il tarixli ərizə-anketi imzalamaqla kredit xəttinin açılması üzrə standart şərtlər ilə razı oldugunu təsdiq (aksept) etmiş, bununla həmin şərtlərlə müqavilə bağlanılmış olub ona 35 ay müddətinə, illik 27,60% dərəcəsi ilə 1000 manat məbləğində kredit xətti açılmışdır. “Ərizəanket” və “standart şərtlərə” əsasən borcverən qeyd olunan məbləğdə və faizlə kredit xətti açır və borcalan isə müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və iddiaçıya 11 dekabr 2025-ci il tarixə 2000 manat əsas borc, 291,15 manat faiz məbləği olmaqla, cəmi 2291,15 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin həll edilməsi cəhdləri (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Ona görə də, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh 2000 manat əsas borcun, 291,15 manat faiz məbləğinin, cəmi 2291,15 manat borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh 2000 manat əsas borcu və 291,15 manat faiz borcunu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 2000 manat əsas borc, 291,15 manat faiz məbləği olmaqla, cəmi 2291,15 manat borc alınıb iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə olan 20 oktyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən 42,92 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 42,92 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2000 manat əsas borc, 291,15 manat faiz borcu, cəmi 2291(iki min iki yüz doxsan bir) manat 15 (on beş) qəpik alınıb iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 42 (qırx iki) manat 92 (doxsan iki) qəpik ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. undu..
Məhkəmə qərarları › İş №2(055)-1776/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1776/2025
11.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver