Məhkəmə qərarları › İş №2(055)-178/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-178/2023

02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-178/2023 02.03.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 19 avqust 2020-ci il tarixli müqavilə üzrə 248 manat əsas borc, 24 manat cərimə və 25 yanvar 2021-ci il tarixli müqavilə üzrə 240 manat əsas borc, 24 manat cərimə, cəmi 536 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19 avqust 2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 35,40 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 637,20 manat, İMEİ kodu **********22118 olan “X2 8” markalı telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 25 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 67 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 40 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 547 manat, İMEİ kodu **********60068 olan “X1 A” markalı telefon almışdır. Lakin cavabdeh hər iki müqavilə üzrə ümumilikdə 696,20 manat ödəniş etsə də, iddiaçıya ödənilməmiş qalan 19 avqust 2020-ci il tarixli müqavilə üzrə 248 manat və 25 yanvar 2021-ci il tarixli müqavilə üzrə 240 manat, cəmi 488 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona hər iki müqavilə üzrə müvafiq olaraq 24 manat və 24 manat, cəmi 48 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 19 avqust 2020-ci il tarixli müqavilə üzrə 248 manat əsas borc, 24 manat cərimə və 25 yanvar 2021-ci il tarixli müqavilə üzrə 240 manat əsas borc, 24 manat cərimə, cəmi 536 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 19 avqust 2020-ci il tarixli, 21090776 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 35,40 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 637,20 manat, İMEİ kodu **********22118 olan “X2 8” markalı telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 25 yanvar 2021-ci il tarixli, 22231097 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə 67 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 40 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 547 manat, İMEİ kodu **********60068 olan “X1 A” markalı telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 11 yanvar 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 19 avqust 2020-ci il tarixli müqavilə üzrə 248 manat əsas borc, 24 manat cərimə və 25 yanvar 2021-ci il tarixli müqavilə üzrə 240 manat əsas borc, 24 manat cərimə, ümumilikdə ödənilməmiş 536 manat borcu qalmışdır. Cavabdeh 19 avqust 2020-ci il tarixli müqavilə üzrə cəmi 389,20 manat və 25 yanvar 2021-ci il tarixli müqavilə üzrə cəmi 307 manat ödəniş etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19 avqust 2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 35,40 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 637,20 manat, İMEİ kodu **********22118 olan “X2 8” markalı telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 25 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 67 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 40 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 547 manat, İMEİ kodu **********60068 olan “X1 A” markalı telefon almışdır. Lakin cavabdeh hər iki müqavilə üzrə ümumilikdə 696,20 manat ödəniş etsə də, iddiaçıya ödənilməmiş qalan 19 avqust 2020-ci il tarixli müqavilə üzrə 248 manat və 25 yanvar 2021-ci il tarixli müqavilə üzrə 240 manat, cəmi 488 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona hər iki müqavilə üzrə müvafiq olaraq 24 manat və 24 manat, cəmi 48 manat cərimə hesablanmışdır. Ona görə də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 19 avqust 2020-ci il tarixli müqavilə üzrə 248 manat əsas borc, 24 manat cərimə və 25 yanvar 2021ci il tarixli müqavilə üzrə 240 manat əsas borc, 24 manat cərimə, cəmi 536 manat pulun Cavabdeh tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 19 avqust 2020-ci il tarixli müqavilə üzrə 248 manat əsas borc, 24 manat cərimə və 25 yanvar 2021-ci il tarixli müqavilə üzrə 240 manat əsas borc, 24 manat cərimə, cəmi 536 manat pulun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 19 avqust 2020-ci il tarixli müqaviləyə əsasən 248 manat əsas borc, 24 manat cərimə və 25 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən 240 manat əsas borc, 24 manat cərimə, cəmi 536 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan 12 yanvar 2023-cü il tarixli AsanPay ödəniş qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 19 avqust 2020-ci il tarixli müqaviləyə əsasən 248 manat əsas borc, 24 manat cərimə və 25 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən 240 manat əsas borc, 24 manat cərimə, cəmi 536 (beş yüz otuz altı) manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar