Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-182/2024 05.02.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Əlhüseyn oğluna qarşı pul tələbinə dair kiçik iddia ərizəsinə dair işə baxaraq M ü ə y y ə n e t d i: İddiaçı “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh Əlhüseyn oğluna qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 961 manat əsas borc, 380 manat faiz borcu, 201 manat cərimə və 36 manat ödənilmiş dövlət rüsumu, cəmi 1578 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh Əlhüseyn oğlu ilə "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 22 may 2023-cü il tarixli 195/01 saylı kredit müqaviləsi bağlanılaraq ona 3 ay müddətinə bərabər miqdarda qaytarmaq şərti ilə 1000 manat məbləğində kredit verilmişdir. Ödəniş qrafikinə uyğun olaraq borclu Cavabdeh Əlhüseyn oğlu götürdüyü kreditə görə 1600 manat ödəniş etməklə qaytarmalı olduğu halda, 259 manat ödəniş etmiş, lakin qalan aylarda ödəmə etməyərək kredit müqaviləsinin şərtlərini pozmuş və üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Cavabdehlə bağlanmış kredit müqaviləsinin 5.4-cü maddəsinə əsasən cavabdeh krediti vaxtında ödəməzsə, qalıq məbləğin 0,5-1% həcmində gecikdirdiyi hər gün üçün penya ödəməlidir. Cavabdehin kredit müqaviləsi üzrə 60 gün gecikməsi olmuş, lakin 30 gün güzəşt olunmuş və gecikdirilmiş 30 gün üçün ən aşağı faizlə, yəni 0,5%-lə cavabdehə 201 manat cərimə hesablanmışdır. Cavabdehə kreditin ödənilməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməkdən imtina etmişdir. Ona görə də Cavabdeh Əlhüseyn oğlundan 961 manat əsas borc, 380 manat faiz borcu, 201 manat cərimə və 36 manat ödənilmiş dövlət rüsumu, cəmi 1578 manat məbləğində pulun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 22 may 2023-cü il tarixli, 195/01 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə 3 ay müddətinə aylıq 3% olmaqla 1000 manat məbləğində kredit verilməsi ilə bağlı kreditor "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh Əlhüseyn oğlu arasında bağlanmışdır. Həmin müqavilənin son ödəniş tarixi 22 avqust 2023-cü il müəyyən edilmişdir. İşdə olan 22 may 2023-cü il tarixli 349 saylı məxaric xəzinə orderindən görünür ki, 22 may 2023-cü il tarixli müqaviləyə əsasən iddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh Əlhüseyn oğluna 1000 manat məbləğində kredit verilmiş, həmin məbləğ cavabdeh tərəfindən təhvil alınmışdır. İşdə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh Əlhüseyn oğlu götürdüyü kreditdən 259 manat ödəniş etmiş, lakin onun "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə əsas və faiz borcu olmaqla, ödənilməmiş 1341 manat borcu qalmışdır. İşdə olan 22 noyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Əlhüseyn oğlunun "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə 961 manat əsas borcu, 380 manat faiz borcu, 201 manat dəbbə haqqı olmaqla, cəmi 1542 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh Əlhüseyn oğlu ilə "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 22 may 2023-cü il tarixli kredit müqaviləsi bağlanılaraq ona 3 ay müddətinə bərabər miqdarda qaytarmaq şərti ilə 1000 manat məbləğində kredit verilmişdir. Ödəniş qrafikinə uyğun olaraq borclu Cavabdeh Əlhüseyn oğlu götürdüyü kreditə görə 1600 manat ödəniş etməklə qaytarmalı olduğu halda, 259 manat ödəniş etmiş, lakin qalan aylarda ödəmə etməyərək kredit müqaviləsinin şərtlərini pozmaqla üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş və iddiaçı tərəfindən cavabdehə 201 manat cərimə hesablanmışdır. Ona görə də iddiaçı “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh Əlhüseyn oğlundan 961 manat əsas borc, 380 manat faiz borcu, 201 manat cərimə, cəmi 1542 manat borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh Əlhüseyn oğlundan 961 manat əsas borcu, 380 manat faiz borcunu və 201 manat cərimə borcunu, cəmi 1542 manat pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 22 may 2023-cü il tarixli müqavilə üzrə tələb olunan 201 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 90 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Əlhüseyn oğlundan 961 manat əsas borc, 380 manat faiz borcu, 90 manat cərimə (dəbbə pulu), cəmi 1431 manat alınaraq iddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan 22 dekabr 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 36 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 36 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh Əlhüseyn oğlundan 961 manat əsas borc, 380 manat faiz borcu, 90 manat cərimə (dəbbə pulu), cəmi 1431 (bir min dörd yüz otuz bir) manat alınaraq iddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-182/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-182/2024
05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver