Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-183/2024 31.01.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsinə dair işə baxaraq M ü ə y y ə n e t d i: İddiaçı “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 430 manat əsas borc, 301 manat faiz borcu, 219 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 980 manat məbləğində pulun alınıb iddiaçı “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 27 iyul 2022-ci il tarixli, 89/01 saylı kredit müqaviləsi bağlanılaraq ona 3 ay müddətinə bərabər miqdarda qaytarmaq şərti ilə 1000 manat məbləğində kredit verilmişdir. Lakin sonradan cavabdeh maddi vəziyyətinin pisləşməsini və borcu ödəməkdə çətinlik çəkdiyini bildirərək kredit müddətinin uzadılması barədə müraciət etmiş, müraciətin nəticəsi olaraq əsas kreditin müddəti əlavə olaraq 12 ay və aylıq 3% olmaqla uzadılmışdır. Ödəniş qrafikinə uyğun olaraq borclu Cavabdeh götürdüyü kreditə görə 1200 manat ödəniş etməklə qaytarmalı olduğu halda, 770 manat ödəniş etmiş, lakin qalan aylarda ödəmə etməyərək kredit müqaviləsinin şərtlərini pozmuş və üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş, nəticədə onun iddiaçıya 430 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehə kreditin ödənilməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməkdən imtina etmişdir. Ona görə də, Cavabdeh 430 manat əsas borc, 301 manat faiz borcu, 219 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 980 manat məbləğində pulun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları bildirilmişdir. Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 27 iyul 2022-ci il tarixli, 89/01 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə 3 ay müddətinə aylıq 10% olmaqla 1000 manat məbləğində kredit verilməsi ilə bağlı kreditor "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə 430 manat əsas borc, 301 manat faiz borcu, 219 manat cərimə, cəmi 950 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 27 iyul 2022-ci il tarixdə müqavilə bağlanılaraq ona 3 ay müddətinə bərabər miqdarda qaytarmaq şərti ilə 1000 manat məbləğində kredit verilmişdir. Lakin sonradan cavabdeh maddi vəziyyətinin pisləşməsini və borcu ödəməkdə çətinlik çəkdiyini bildirərək kredit müddətinin uzadılması barədə müraciət etmiş, müraciətin nəticəsi olaraq əsas kreditin müddəti əlavə olaraq 12 ay və aylıq 3% olmaqla uzadılmışdır. Ödəniş qrafikinə uyğun olaraq borclu Cavabdeh götürdüyü kreditə görə 1200 manat ödəniş etməklə qaytarmalı olduğu halda, 770 manat ödəniş etmiş, lakin qalan aylarda ödəmə etməyərək kredit müqaviləsinin şərtlərini pozmuş və üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş, nəticədə onun iddiaçıya 430 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməkdən imtina etmişdir. Ona görə də, iddiaçı “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 430 manat əsas borc, 301 manat faiz borcu, 219 manat cərimə, cəmi 950 manat borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh oğlundan 430 manat əsas borcu, 301 manat faiz borcunu və 219 manat cərimə borcunu, cəmi 950 manat pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 27 iyul 2022-ci il tarixli müqavilə üzrə tələb olunan 219 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 21 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 430 manat əsas borc, 301 manat faiz borcu, 21 manat cərimə (dəbbə pulu), cəmi 752 manat alınaraq iddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan ödəniş qəbzindən görünür ki, “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 430 manat əsas borc, 301 manat faiz borcu, 21 manat cərimə (dəbbə pulu), cəmi 752(yeddi yüz əlli iki) manat alınaraq iddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30(otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-183/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-183/2024
31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver