Məhkəmə qərarları › İş №2(055)-184/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-184/2023

15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-184/2023 15.02.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 24 iyul 2021-ci il tarixli müqavilə üzrə 181,60 manat əsas borc, 18,40 manat cərimə, 09 oktyabr 2021-ci il tarixli müqavilə üzrə 290,50 manat əsas borc, 29,50 manat cərimə və 08 yanvar 2022-ci il tarixli müqavilə üzrə 317 manat əsas borc, 31 manat cərimə, cəmi 868 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 iyul 2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 17,20 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 309,60 manat, İMEİ kodu **********45580 olan “NOKİA C20” markalı telefon, “VMAX TPU Matte Film” almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 22,53 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 405,54 manat, İMEİ kodu **********35308 olan “Samsung Galaxy A02S” markalı telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 08 yanvar 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 18,66 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 335,88 manat, İMEİ kodu **********33262 olan “Samsung Galaxy A03 Core” markalı telefon almışdır. Lakin Cavabdeh 24 iyul 2021-ci il tarixli, 09 oktyabr 2021-ci il tarixli və 08 yanvar 2022-ci il tarixli müqavilələr üzrə ümumilikdə 261,92 manat ödəniş etsə də, iddiaçıya ödənilməmiş qalan 24 iyul 2021-ci il tarixli müqavilə üzrə 181,60 manat, 09 oktyabr 2021-ci il tarixli müqavilə üzrə 290,50 manat və 08 yanvar 2022ci il tarixli müqavilə üzrə 317 manat, cəmi 789,10 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona hər üç müqavilə üzrə müvafiq olaraq 18,40 manat, 29,50 manat və 31 manat, cəmi 78,90 manat cərimə hesablanmışdır. Ona görə də Cavabdeh 24 iyul 2021-ci il tarixli müqavilə üzrə 181,60 manat əsas borc, 18,40 manat cərimə, 09 oktyabr 2021-ci il tarixli müqavilə üzrə 290,50 manat əsas borc, 29,50 manat cərimə və 08 yanvar 2022-ci il tarixli müqavilə üzrə 317 manat əsas borc, 31 manat cərimə, cəmi 868 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 24 iyul 2021-ci il tarixli, 23245624 saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 17,20 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 309,60 manat, İMEİ kodu **********45580 olan “NOKİA C20” markalı telefon, “VMAX TPU Matte Film”in alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 09 oktyabr 2021-ci il tarixli, ******* saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 22,53 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 405,54 manat, İMEİ kodu **********35308 olan “Samsung Galaxy A02S” markalı telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 08 yanvar 2022-ci il tarixli, ******* saylı müqavilədən və ona əlavədən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 18,66 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 335,88 manat, İMEİ kodu **********33262 olan “Samsung Galaxy A03 Core” markalı telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 12 yanvar 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 09 oktyabr 2021-ci il tarixli müqavilə üzrə 290,50 manat əsas borc, 29,50 manat cərimə, 08 yanvar 2022-ci il tarixli müqavilə üzrə 317 manat əsas borc, 31 manat cərimə və 24 iyul 2021-ci il tarixli müqavilə üzrə 181,60 manat əsas borc, 18,40 manat cərimə, ümumilikdə ödənilməmiş 868 manat borcu qalmışdır. Cavabdeh 09 oktyabr 2021-ci il tarixli müqavilə üzrə 115,04 manat, 08 yanvar 2022-ci il tarixli müqavilə üzrə 18,88 manat və 24 iyul 2021-ci il tarixli müqavilə üzrə 128 manat, ümumilikdə 261,92 manat ödəniş etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 iyul 2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 17,20 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 309,60 manat, İMEİ kodu **********45580 olan “NOKİA C20” markalı telefon, “VMAX TPU Matte Film” almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 oktyabr 2021ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 22,53 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 405,54 manat, İMEİ kodu **********35308 olan “Samsung Galaxy A02S” markalı telefon almışdır. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 08 yanvar 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 18,66 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 335,88 manat, İMEİ kodu **********33262 olan “Samsung Galaxy A03 Core” markalı telefon almışdır. Lakin Cavabdeh 24 iyul 2021-ci il tarixli, 09 oktyabr 2021-ci il tarixli və 08 yanvar 2022-ci il tarixli müqavilələr üzrə ümumilikdə 261,92 manat ödəniş etsə də, iddiaçıya ödənilməmiş qalan 24 iyul 2021-ci il tarixli müqavilə üzrə 181,60 manat, 09 oktyabr 2021ci il tarixli müqavilə üzrə 290,50 manat və 08 yanvar 2022-ci il tarixli müqavilə üzrə 317 manat, cəmi 789,10 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona hər üç müqavilə üzrə müvafiq olaraq 18,40 manat, 29,50 manat və 31 manat, cəmi 78,90 manat cərimə hesablanmışdır. Ona görə də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 24 iyul 2021-ci il tarixli müqavilə üzrə 181,60 manat əsas borc, 18,40 manat cərimə, 09 oktyabr 2021-ci il tarixli müqavilə üzrə 290,50 manat əsas borc, 29,50 manat cərimə və 08 yanvar 2022-ci il tarixli müqavilə üzrə 317 manat əsas borc, 31 manat cərimə, cəmi 868 manat pulun Cavabdeh tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 24 iyul 2021-ci il tarixli müqavilə üzrə 181,60 manat əsas borc, 18,40 manat cərimə, 09 oktyabr 2021-ci il tarixli müqavilə üzrə 290,50 manat əsas borc, 29,50 manat cərimə və 08 yanvar 2022-ci il tarixli müqavilə üzrə 317 manat əsas borc, 31 manat cərimə, cəmi 868 manat pulun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 24 iyul 2021-ci il tarixli müqaviləyə əsasən 181,60 manat əsas borc, 18,40 manat cərimə, 09 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən 290,50 manat əsas borc, 29,50 manat cərimə və 08 yanvar 2022-ci il tarixli müqaviləyə əsasən 317 manat əsas borc, 31 manat cərimə, cəmi 868 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan 13 yanvar 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 24 iyul 2021-ci il tarixli müqaviləyə əsasən 181,60 manat əsas borc, 18,40 manat cərimə, 09 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən 290,50 manat əsas borc, 29,50 manat cərimə və 08 yanvar 2022-ci il tarixli müqaviləyə əsasən 317 manat əsas borc, 31 manat cərimə, cəmi 868 (səkkiz yüz altmış səkkiz) manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: İxtiyar Abuşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar