Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-185/2024 05.02.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 457,80 manat borcun, 124,57 manat cərimə borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında göstərdi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 11 yanvar 2022-ci il tarixli, 663 saylı müqaviləyə əsasən cavabdeh 1,2 hektar torpaq sahəsində xam pambıq əkməyi və hər hektardan ən azı 30 sentner xam pambıq tədarük edib əvvəlcədən razılaşdırılmış qiymətə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Pambığın əkilməsi üçün iddiaçı tərəfindən cavabdehə avans olaraq 1050,80 manat pul və toxumluq çiyid avans verilmiş və xidmətlər göstərilmişdir. Müqaviləyə əsasən cavabdeh götürdüyü vəsaiti və göstərilən xidmətlərin əvəzini xam pambıqla 01 noyabr 2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş və iddiaçıya 1058 kq xam pambıq təhvil verərək cəmi 457,80 manat borclu qalmışdır. Borcun ödənilməsi barədə müraciət olunmasına baxmayaraq, cavabdeh iddiaçıya olan borcunu ödəməkdən yayınaraq üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Cavabdeh ilə bağlanmış 11 yanvar 2022-ci il tarixli, 663 saylı müqavilənin 3.4-cü bəndinə əsasən fermer üzərinə götürdüyü öhdəliklərdən az miqdarda xam pambıq verərsə, ödənilməyən xam pambığın dəyərinin 5%-i miqdarında zavoda cərimə ödəyir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müqavilə öhdəliyindən az pambıq verdiyinə görə 101,68 manat, borclu qaldığı 457,80 manatlıq xam pambığı təhvil vermədiyinə görə 22,89 manat, cəmi 124,57 manat cərimə borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq Cavabdeh 457,80 manat borcun, 124,57 manat cərimə borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məlum olmayan səbəbdən məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq Cavabdehnun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 11 yanvar 2022-ci il tarixli, 663 saylı 2022-ci il üzrə xam pambığın istehsalı və tədarükünə dair müqavilədən görünür ki, bu müqavilə ilə Cavabdeh 1,20 hektar torpaq sahəsində 30 sentner pambıq becərməyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığı avansı və hər hansı formada göstərilən xidmətlərin dəyərini istehsal etdiyi xam pambıqla 01 noyabr 2022-ci il tarixədək, müstəsna hallarda 01 dekabr 2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında elan olunmuş 22 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 663 saylı xam pambığın istehsalı və alqı-satqısı üzrə müqaviləyə əsasən 457,80 manat əsas borcu, 124,57 manat cərimə borcu, cəmi 582,37 manat borcu vardır. İşdə olan və məhkəmə iclasında elan olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 457,80 manat əsas borcu vardır. İşdə olan və məhkəmə iclasında elan olunmuş iş aktlarından, məxaric xəzinə orderindən və qəbzlərdən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehə şum, mala, becərmə, səpin, dərmanlama xidmətləri göstərilmiş, çiyid, gübrə və avans vəsait verilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 30 noyabr 2023-cü il tarixli 0167 saylı məktubdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh məktub göndərilmiş, cavabdehin 11 yanvar 2022-ci il tarixli, 663 saylı müqavilə üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 457,80 manat borcunun qalması göstərilmiş və 10 dekabr 2023-cü il tarixədək borcun ödənilməsi cavabdehdən xahiş olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmədə işin araşdırılan halları ilə müəyyən olundu ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 11 yanvar 2022-ci il tarixli, 663 saylı müqaviləyə əsasən cavabdeh 1,2 hektar topraq sahəsində xam pambıq əkməyi və hər hektardan ən azı 30 sentner xam pambıq tədarük edib əvvəlcədən razılaşdırılmış qiymətə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Pambığın əkilməsi üçün iddiaçı tərəfindən cavabdehə avans olaraq 1050,80 manat pul və toxumluq çiyid avans verilmiş və xidmətlər göstərilmişdir. Müqaviləyə əsasən cavabdeh götürdüyü vəsaiti və göstərilən xidmətlərin əvəzini xam pambıqla 01 noyabr 2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş və iddiaçıya 1058 kq xam pambıq təhvil verərək cəmi 457,80 manat borclu qalmışdır. Borcun ödənilməsi barədə müraciət olunmasına baxmayaraq, cavabdeh iddiaçıya olan borcunu ödəməkdən yayınaraq üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Cavabdeh ilə bağlanmış 11 yanvar 2022-ci il tarixli, 663 saylı müqavilənin 3.4-cü bəndinə əsasən fermer üzərinə götürdüyü öhdəliklərdən az miqdarda xam pambıq verərsə, ödənilməyən xam pambığın dəyərinin 5%-i miqdarında zavoda cərimə ödəyir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müqavilə öhdəliyindən az pambıq verdiyinə görə 101,68 manat, borclu qaldığı 457,80 manatlıq xam pambığı təhvil vermədiyinə görə 22,89 manat, cəmi 124,57 manat cərimə borcu yaranmışdır. Ona görə də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 457,80 manat əsas borcun, 124,57 manat cərimə borcunun, cəmi 582,37 manat pulun alınmasını tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 457,80 manat əsas borcu, 124,57 manat cərimə borcunu, cəmi 582,37 manat pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə Cavabdeh tələb olunan 124,57 manat cərimənin tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, cərimə (dəbbə pulu) 30 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 457,80 manat əsas borc, 30 manat cərimə borcu, cəmi 487,80 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan və məhkəmə iclasında elan olunmuş 21 dekabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 457,80 manat əsas borc, 30 manat cərimə borcu, cəmi 487 (dörd yüz səksən yeddi) manat 80 (səksən) qəpik alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-185/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-185/2024
05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver