Məhkəmə qərarları › İş №2(055)-1857/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1857/2025

29.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1857/2025 29.12.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 790 manat əsas borc, 31,58 manat faiz məbləği, 6,40 manat cərimə olmaqla, cəmi 827,98 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, 12 aprel 2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 84 ay müddətinə, illik 29% faiz dərəcəsi ilə 300 manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və iddiaçıya 19 noyabr 2025-ci il tarixə 790 manat əsas borc, 31,58 manat faiz borcu, 6,40 manat cərimə olmaqla, cəmi 827,98 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin həll edilməsi cəhdləri (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Ona görə də, “X1” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 790 manat əsas borcun, 31,58 manat faiz məbləğinin, 6,40 manat cərimənin, cəmi 827,98 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb “X1” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 12 aprel 2019-cu il tarixli, 2539sSTB2/19 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə ilə iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 12 aprel 2019cu il tarixdə Cavabdeh müqavilənin 1.1-ci bəndinə əsasən 84 ay müddətinə 10000 manat kredit limiti ayrılmaqla kredit kartı verilmişdir. İşdə olan 13 aprel 2019-cu il tarixli SMS bildirişlərindən görünür ki, Cavabdeh həmin tarixə 84 ay müddətinə illik 29% dərəcəsi ilə 300 manat kredit xətti açılması təklif edilmiş və təsdiq edilməklə 2539sSTB2/19 saylı kredit müqaviləsi ilə 300 manat kredit xətti açılmışdır. İşdə olan 19 noyabr 2025-ci il tarixli arayışdan görünür ki, həmin tarixə Cavabdeh 2539sSTB2/19 saylı müqaviləyə əsasən “X1” Açıq Səhmdar Cəmiyyətinə 790 manat əsas borc, 31,58 manat faiz borcu, 6,40 manat cərimə, cəmi 827,98 manat borcu vardır. İşdə olan 25 sentyabr 2025-ci il tarixli bildirişdən və onun cavabdeh tərəfindən qəbul edilməsi ilə bağlı xəbərnamədən görünür ki, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh yaşadığı ünvana bildiriş göndərilərək 25 sentyabr 2025-ci il tarixə olan 790 manat əsas borc, 46,60 manat faiz borcu, 33,70 manat cərimənin, cəmi 870,30 manat borcun iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinə qaytarılması tələb edilməklə üç iş günü müddətində kredit müqaviləsini ləğv etməyi təklif etmiş və məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərimişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh 12 aprel 2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 84 ay müddətinə, illik 29% faiz dərəcəsi ilə 300 manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və iddiaçıya 19 noyabr 2025-ci il tarixə 790 manat əsas borc, 31,58 manat faiz borcu, 6,40 manat cərimə olmaqla, cəmi 827,98 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin həll edilməsi cəhdləri (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Ona görə də, “X1” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 790 manat əsas borcun, 31,58 manat faiz məbləğinin, 6,40 manat cərimənin, cəmi 827,98 manat borcun alınıb “X1” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 790 manat əsas borcu, 31,58 manat faiz borcunu və 6,40 manat cərimə məbləğini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 790 manat əsas borc, 31,58 manat faiz borcu və 6,40 manat cərimə, cəmi 827,98 manat alınıb iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə olan 19 noyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, “X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 790 manat əsas borc, 31,58 manat faiz borcu və 6,40 manat cərimə, cəmi 827 (səkkiz yüz iyirmi yeddi) manat 98 (doxsan səkkiz) qəpik alınıb iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar