Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-186/2023 09.03.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(008)-2503/2021 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay bir uşaq üçün 220 manat, cəmi 440 manat alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə aralarında olan narazılıqlara görə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli 2(008)- 2503/2021 saylı qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuş, xx.xx.2010-cu ildə doğulmuş X3 və xx.xx.2011-ci ildə doğulmuş X5 adlı iki nəfər uşaqlarının onun yanında qalması müəyyən edilmiş və həmin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi qət edilmişdir. Hal-hazırda uşaqları böyüdüyü üçün həmin alimentlə uşaqlarının saxlanılmasında maddi olaraq çətinlik çəkir. Ona görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə aralarında olan narazılıqlara görə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli 2(008)- 2503/2021 saylı qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuş, xx.xx.2010-cu ildə doğulmuş X3 və xx.xx.2011-ci ildə doğulmuş X5 adlı iki nəfər uşaqlarının iddiaçının yanında qalması müəyyən edilmiş və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin ondan alınaraq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda iddia tələbi ilə razı deyildir. Belə ki, DSX-nın N saylı hərbi hissəsində mülki işçi kimi işləyir və N,80 manat əmək haqqı alır. Hər ay 350 manat aliment ödəyir. İddiaçı ilə uşaqlarına qalması üçün ev vermiş, özü isə başqa şəxslə nikahda olmaqla kirayədə yaşayır. Aliment artırıldığı təqdirdə həmin məbləği ödəyə bilməyəcəkdir. Ona görə də, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli 2(008)-2503/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah qeydi pozulmuş, xx.xx.2010-cu ildə doğulmuş X3 və xx.xx.2011-ci ildə doğulmuş X5 adlı iki nəfər uşaqların İddiaçı yanında qalması müəyyən edilmiş və həmin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin N yanvar 2023-cü il tarixli, 01 saylı arayışından görünür ki, Cavabdeh həmin hərbi hissənin mülki işçisi kimi N,80 manat əmək haqqı alır. İşdə olan və məhkəmə iclasında elan edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, cavabdeh Əhmədov Cavabdeh Xəyalə Hican qızı ilə rəsmi nikahdadır və bu barədə xx.xx.2021-ci il tarixli, 3056 saylı nikah qeydi mövcuddur. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddiaçı iddia tələbində və məhkəmə baxışı zamanı izahatında alimentin məbləğinin uşaqlar üçün yaşayış minimumu əsas götürülərək 220 manat müəyyən edilməsini tələb edir. Cavabdeh isə imkanı olmadığından alimentin artırılmasına razı olmadığını göstərir. Məhkəmə diqqətə çatdırır ki, əvvəla, yaşayış minimumu özlüyündə alimentin məbləğini müəyyən etmək üçün əsas deyil. İkincisi, alimentin məbləği yaşayış minimumunun məbləğindən artıq da ola bilər, eləcə də aşağı olması da istisna deyil. Bu, yuxarıda qeyd olunduğu kimi bir sıra faktorlardan, yəni uşağın əvvəlki təminatı, uşaqların sayı, aliment ödəməli olan şəxsin maddi vəziyyəti və digər faktorlardan asıldır. Respublika üzrə təsdiq olunmuş “yaşayış minimumu”nun aliment münasibətlərinə tətbiq edilməsi hüquqi məntiqə ziddir və ailə qanunvericiliyinin tələblərinin pozulmasına səbəb ola bilər. Eyni zamanda onu da nəzərdən qaçırmaq olmaz ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir. Beləliklə, iddiaçının cavabdehin maddi vəziyyətinin yaxşılaşmasını təsdiq edən sübut növünü məhkəməyə təqdim edə bilməməsini, həmçinin də, məhkəmə tərəfindən aliment müəyyənləşdirilməsindən sonra uşaqların saxlanması üçün xərclərin nəzərə çarpan dərəcədə artmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin miqdarının artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən əsaslar yoxdur. Ona görə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №2(055)-186/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-186/2023
09.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver