Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1916/2025 02.02.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2450 manat borcun, 50 manat xidmət haqqının və ödədiyi 45 manat dövlət rüsumunun, cəmi 2545 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə təxminən iki il bundan əvvəl Saatlı bazarının qarşısında yerləşən “Muğan” parkında tanış olmuşlar. Həmin vaxt Cavabdeh mobil nömrəsini ona verərək bildirmişdir ki, onun əlillik pensiyasının bərpa olunmasına köməklik edəcəkdir. Bundan iki gün sonra İsa ona zəng edərək 500 manat pul gətirməyini bildirmişdir. O, da 500 manat evdən pul götürüb Saatlı bazarının qarşısında yerləşən avtobus dayanacağında İsaya vermişdir. Bundan başqa, 2012-ci ildə evlənməyinə baxmayaraq hal-hazıra kimi uşağı olmamışdır. Bunu bilən Cavabdeh ona demişdir ki, tanış həkimi var, onun yoldaşını müalicə etdirəcək və yoldaşı uşaq dünyaya gətirəcəkdir. Bununla əlaqədar İsa onu və həyat yoldaşını adını İbrahim dediyi həkimin yanına aparmışdır. O, və həyat yoldaşı İbrahim adlı şəxsin yanında olmuşlar. Dərmanların pulunun və həkimin zəhmət haqqının əvəzində İsa ondan iki dəfəyə 1950 manat pul verməli olduğunu bildirmişdir. O, da iki dəfəyə Cavabdeh 1950 manat pul vermişdir. Dərmanlar həyat yoldaşına kömək etmək əvəzinə onun səhhətini pisləşdirmişdir. Onun mədəsi bu günə kimi də ağırıyır. Cavabdeh dediyi adamın müalicəsinin həyat yoldaşına heç bir xeyri olmamışdır. Bundan sonra o, Cavabdeh verdiyi ümumilikdə 2450 manatı geri tələb etməyə başlamışdır. İsa onu müxtəlif bəhanələrlə aldadaraq ondan aldığı pulları qaytarmamışdır. Bundan sonra o, Cavabdeh barəsində polisə şikayət etmişdir. Araşdırma zamanı onun Cavabdeh pul verməyi öz təsdiqini tapmışdır. Daha sonra 30 avqust 2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və tələbiylə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Göstərilənlərə əsasən, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2450 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin cavabdehə 2450 manat pul verməsi barədə sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının izahatı hazırda cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyinin olmasını təsdiq etmir və mötəbər sübut kimi qəbul edilə bilməz. İddiaçının şikayəti əsasında Saatlı RPŞ-də aparılmış araşdırma zamanı Cavabdeh izahatında, iddiaçıdan əlilliyini bərpa etdirmək adı ilə 500 manat, müalicə adi ilə isə 1950 manat almadığını bildirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Ankerin» işində qeyd etmişdir ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarların qanunliyi və əsaslılığını təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı cavabdehdən 2450 manat borcun alınıb ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İşdə olan 11 dekabr 2025-ci il tarixli qəbzlərdən görünür ki, İddiaçı 45 manat dövlət rüsumu və 50 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığı halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 45 manat dövlət rüsumu və 50 manat xidmət haqqı iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı Cavabdeh qarşı cavabdehdən 2450 manat borcun, 50 manat xidmət haqqının və ödənilmiş 45 manat dövlət rüsumunun, cəmi 2545 manat pulun alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(055)-1916/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1916/2025
02.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver