Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 2(055)-198/2023 23.02.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən əmlakın çıxarılması tələbinə dair mülki işə Saatlı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən əmlakın çıxarılması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı göstərilən mülki işin məhkəmə hazırlıq iclasında iştirak etməsə də, məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, Cavabdeh qarşı fərdi yaşayış evindən əmlakın çıxarılması tələbi barədə qaldırdığı iddiadan imtina edir və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırkı mülki iş üzrə İddiaçı iddiasından imtina etməsi barədə məhkəməyə ərizə ünvanlamış və bu imtina qanuna zidd olmamaqla tərəflərin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıçının iddiasından imtina etməsi məhkəmə tərəfindən qəbul olunmaqla İddiaçınun Cavabdeh qarşı fərdi yaşayış evindən əmlakın çıxarılması tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərarverdi: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən əmlakın çıxarılması tələbinə dair mülki iş üzrə icraata iddiaçı iddiadan imtina etdiyindən xitam verilsin. Qərardaddan onun tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirlətif Sadıqov H
Məhkəmə qərarları › İş №2(055)-198/2023
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №2(055)-198/2023
23.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver