Məhkəmə qərarları › İş №2(055)-210/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-210/2023

09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-210/2023 09.03.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 iştirakı ilə İddiaçı «FİNCA Azerbaijan» X4-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı «FİNCA Azerbaijan» X4-Bank Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3872 manat əsas borcun, 1143 manat faiz borcunun, 117 manat cərimə borcunun, cəmi 5132 manat borcun və ödənilmiş 71.32 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «FİNCA Azerbaijan» X4-Bank Kredit Təşkilatı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı «FİNCA Azerbaijan» X4-Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 06 aprel 2022-ci il tarixli, **********1195 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 28% olmaqla 4000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə iddiaçı «FİNCA Azerbaijan» X4-Bank Kredit Təşkilatı ilə digər Cavabdeh2 arasında 06 aprel 2022-ci il tarixli, **********1***-******* saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin kredit alanın öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında kredit alanla birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh1 kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hazırkı vaxtadək cavabdeh banka olan 3872 manat əsas borc, 1143 manat faiz borcu, 117 manat cərimə borcu, cəmi 5132 manat borcunu ödəməmişdir. Ona görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3872 manat əsas borcun, 1143 manat faiz borcunun, 117 mant cərimə borcunun, cəmi 5132 manat borcun və ödənilmiş 71.32 manat dövlət rüsumunun alınıb iddiaçı «FİNCA Azerbaijan» X4- Bank Kredit Təşkilatınin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsi X1 məhkəməyə ünvanladığı teleqramdan görünür ki, iddiaçı «FİNCA Azerbaijan» X4-Bank Kredit Təşkilatınin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməməsinin nəzərə alınaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın tam təmin olunasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı «FİNCA Azerbaijan» X4-Bank Kredit Təşkilatınin nümayəndəsi X1 xahişini nəzərə alaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 06 aprel 2022-ci il tarixli, **********1195 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə illik 28% olmaqla 24 ay müddətinə 4000 manat məbləğində kreditin verilməsi ilə əlaqədar «FİNCA Azerbaijan» X4-Bank Kredit Təşkilatı ilə X2 arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 06 aprel 2022-ci il tarixli, **********1***- ******* saylı zaminlik müqaviləsindən görünür ki, cavabdeh (kredit alan) Cavabdeh1 iddiaçı «FİNCA Azerbaijan» X4-Bank Kredit Təşkilatı ilə bağladığı 06 aprel 2022-ci il tarixli, **********1195 saylı kredit müqaviləsi ilə əlaqədar zamin (cavabdeh) Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə kredit alan-Cavabdeh1 ilə birlikdə iddiaçı «FİNCA Azerbaijan» X4-Bank Kredit Təşkilatı qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş 12 yanvar 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 «FİNCA Azerbaijan» X4-Bank Kredit Təşkilatınə 06 aprel 2022-ci il tarixli, **********1195 saylı kredit müqaviləsi üzrə əsas borcu 3872 manat, 1143 manat faiz borcu, 117 manat cərimə borcu, cəmi 5132 manat təşkil edir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçı «FİNCA Azerbaijan» X4- Bank Kredit Təşkilatı ilə cavabdeh X2 arasında bağlanmış 06 aprel 2022-ci il tarixli, **********1195 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 28% olmaqla 4000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə iddiaçı «FİNCA Azerbaijan» X4-Bank Kredit Təşkilatı ilə digər Cavabdeh2 arasında 06 aprel 2022-ci il tarixli, **********1***-******* saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin kredit alanın öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında kredit alanla birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh1 kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hazırkı vaxtadək cavabdeh banka olan 3872 manat əsas borc, 1143 manat faiz borcu, 117 manat cərimə borcu, cəmi 5132 manat borcunu ödəməmişdir və hazırda iddiaçı «FİNCA Azerbaijan» X4-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3872 manat əsas borc, 1143 manat faiz borcu, 117 manat cərimə borcu, cəmi 5132 manat borcun tutulmasını tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, iddiaçı «FİNCA Azerbaijan» X4-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3872 manat əsas borc, 1143 manat faiz borcu, 117 manat cərimə borcu, cəmi 5132 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tələb olunan 117 manat cərimə (dəbbə pulu) 20 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3872 manat əsas borc, 1143 manat faiz borcu, 20 manat cərimə borcu, cəmi 5035 manat borc alınaraq iddiaçı «FİNCA Azerbaijan» X4-Bank Kredit Təşkilatına ödənilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı «FİNCA Azerbaijan» X4-Bank Kredit Təşkilatı tərəfindən 71.32 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 71.32 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3872 manat əsas borc, 1143 manat faiz borcu, 20 manat cərimə borcu, cəmi 5035 manat borc və ödənilmiş 71.32 manat dövlət rüsumu, cəmi, 5106 (beş min yüz altı) manat 32 (otuz iki) qəpik alınıb iddiaçı «FİNCA Azerbaijan» X4-Bank Kredit Təşkilatının xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar