Məhkəmə qərarları › İş №2(055)-212/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-212/2023

09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-212/2023 09.03.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi Əzizov Amid Yavər oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı nümayəndəsi X2 Cavabdeh qarşı 812.46 manat borcun, 40 manat dəbbə pulunun, 50 manat xidmət haqqının və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 932.46 manat pulun alınaraq İddiaçı xeyrinə ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı iddiaçı ŞÖVQİ-MP” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə nümayəndəsi olduğu İddiaçı arasında bağlanmış 30 avqust 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh 812.46 manat məbləğində tikinti materialı almış və həmin məbləği hissə-hissə ödəmək şərti ilə 29 sentyabr 2021-ci il tarixə qədər ödəyib qurtaracağını öhdəsinə götürmüşdür. Cavabdehə dəfələrlə bu barədə xəbərdarlıq edilməsinə baxmayaraq o, borcunu ödəməmişdir. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianın etiraf edilməsi barədə ərizə təqdim edərək izahatında göstərdi ki, İddiaçı ona qarşı pul tələbi barədə iddiasını tam şəkildə qəbul edir və təmin edilməsinə etirazı yoxdur. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə baxışı zamanı cavabdeh iddianı etiraf etdiyindən və bu etiraf məhkəmə tərəfindən təsdiq olunduğundan iddiaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış 30 avqust 2021-ci il tarixli alqı-satqı müqaviləsində borclunun (mal alanın) borcunu xx.xx.2021-ci il tarixə qədər hissə-hissə ödəyəcəyini öhdəsinə götürdüyü göstərilmişdir. İş materiallarına əlavə edilmiş tarixli ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən 50 manat xidmət haqqı və məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, 50 manat xidmət haqqı və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 812.46 manat borc, 40 manat dəbbə pulu, 30 manat ödənilmiş dövlət rüsumu və 50 manat xidmət haqqı, cəmi 932.46 manat pul alınaraq İddiaçınə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 812.46 manat borc, 40 manat cərimə, 30 manat ödənilmiş dövlət rüsumu və 50 manat xidmət haqqı, cəmi 932 ( doqquz yüz otuz iki) manat 46 (qırx altı) qəpik pul alınaraq İddiaçınə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar