Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-230/2025 17.02.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı «X2» Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6129,16 manat əsas borcun, 931,40 manat faiz borcunun, cəmi 7060,56 manat borcun və ödənilmiş 90,61 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı «X2» Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, 28 dekabr 2021-ci il tarixli ümumi oferta müqaviləsinə və 24 oktyabr 2022-ci il tarixli ərizəsinə əsasən Cavabdeh 36 ay müddətinə illik 26% ödəmək şərti ilə 6500 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh 15 avqust 2023-cü il tarixdə ərizə (aksept) imzalamaqla «X2» X3 Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsində yerləşdirilmiş 28 dekabr 2021ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini vaxtında və lazimi qaydada icra etməyərək kredit müqaviləsinin tələblərini pozmuşdur. Tərəflər arasında yaranmış mübahisənin həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Ona görə də, Cavabdeh 6129,16 manat əsas borcun, 931,40 manat faiz borcunun, cəmi 7060,56 manat borcun və ödənilmiş 90,61 manat dövlət rüsumunun alınıb iddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin məhkəməyə ünvanladığı ərizədən görünür ki, iddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəməyə təkrar gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan 24 oktyabr 2022-ci il tarixli müqavilədən görünür ki, iddiaçı «X2» X3 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh müqavilə üzrə 36 ay müddətinə illik 26% ödəmək şərti ilə 6500 manat məbləğində kredit xətti açılmışdır. İşdə olan 24 dekabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 24 oktyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh «X2» Açıq Səhmdar Cəmiyyətinə əsas borcu 6129,16 manat, faiz borcu 931,40 manat, cəmi borcu 7060,56 manat təşkil edir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. İş materialları araşdırılarkən müəyyən olundu ki, 24 oktyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik 26% ödəmək şərti ilə 6500 manat məbləğində kredit xətti açılmışdır. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini vaxtında və lazimi qaydada icra etməyərək kedit müqaviləsinin tələblərini pozmuşdur. Tərəflər arasında yaranmış mübahisənin həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Ona görə də Cavabdeh müqavilənin şərtlərini pozaraq kredit müqaviləsi üzrə borcu vaxtında və lazımi qaydada ödəməyərək üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən onun iddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinə 6129,16 manat əsas borcu, 931,40 manat faiz borcu, cəmi 7060,56 manat borcu yaranmışdır və iddiaçı həmin borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı 6129,16 manat əsas borcun, 931,40 manat faiz borcunun, cəmi 7060,56 manat borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 6129,16 manat əsas borc, 931,40 manat faiz borcu, cəmi 7060,56 manat borc alınaraq iddiaçının xeyrinə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı «X2» Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 90,61 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 90,61 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 6129,16 manat əsas borc, 931,40 manat faiz borcu, cəmi 7060 (yeddi min altmış) manat 56 (əlli altı) qəpik alınaraq iddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh ödənilmiş 90 (doxsan) manat 61 (altmış bir) qəpik dövlət rüsumu alınaraq iddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-230/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-230/2025
17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver