Məhkəmə qərarları › İş №2(055)-242/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-242/2024

06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-242/2024 06.05.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək 6300 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun, cəmi 6400 manat pulun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2002-ci il tarixli 02 saylı qərarı ilə JN-523A, KOD 90806018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X1 və ailə üzvlərinin mülkiyyətinə Saatlı rayonu Qara Nuru kəndi ərazisindən 0,22 hektar həyətyanı torpaq sahəsi verilmişdir. X1 həmin torpaq sahəsini və üzərində olan fərdi yaşayış evini sonralar Cavabdeh, Cavabdeh isə 2005-ci ilin sentyabr ayında “9 paçka şirvan” müqabilində ona satmışdır. Həmin vaxtdan bu günə kimi həyətyanı torpaq sahəsindən və üzərində olan evdən öz mülkiyyəti kimi istifadə etmişdir. Lakin 2023-cü ildə X1 ona qarşı torpaq sahəsindən və üzərində olan fərdi yaşayış evindən qanunsuz istifadənin dayandırılaraq çıxarılması tələbinə dair iddia qaldırmış və iddiası Saatlı Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(055)-805/2023 saylı qətnaməsinə əsasən təmin edilmişdir. Cavabdeh aldığı həyətyanı torpaq sahəsindən və üzərində olan evdən məhrum olduğundan bu barədə Cavabdeh məlumat vermiş və pulunun qaytarılmasını tələb etmişdir. Cavabdeh ona ona 1800-2000 manat pul verə biləcəyini bildirmişdir. Dövlət Statistika Komitəsinin rəsmi internet saytından əldə edilmiş məlumata əsasən 2023-cü ilin noyabr ayında 2005-ci ilin oktyabr ayına nisbətən istehlak qiymətləri indeksi 351 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 3,5 dəfə artmışdır. Bu da o dəməkdir ki, 2005-ci ildə “9 paçka şirvan” (9000000 AZM), yəni hazırkı manatla 1800 AZN istehlak qiymətlərinə nisbətən 2023-cü ildə 3,5 dəfə artaraq (1800 azn x 3,5) 6300 manat olmuşdur. Ona görə də hazırda Cavabdeh 6300 manat pul tələb edir. Ona görə də, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2002-ci il tarixli 02 saylı qərarı ilə JN-523A, KOD 90806018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,22 hektar həyətyanı torpaq sahəsini Səbinə Alməmmədovanın mərhum əri Kamal xəstə olduğundan sonuncular satmaq qərarına gəlmişlər. Həmin vaxt mərhum anası Güldəstə həmin torpaq sahəsini və fərdi yaşayış evini almağı məsləhət gördüyü üçün təxminən 1997-1998-ci illərdə Səbinə Alməmmədova və ailə üzvlərinə şifahi alqı-satqı əsasında “15 paçka şirvan” verib torpaq sahəsini və fərdi yaşayış evini almış, 2005-2006-cı illərdə şifahi alqı-satqı əsasında “9 paçka şirvan” müqabilində deyil, təxminən 2000 manat müqabilində iddiaçıya satmışdır. İddiaçının hazırki tələbi ilə razı deyil. Çünki qeyd etdiyi kimi torpaq sahəsi “9 paçka şirvan” müqabilində satılmamışdır. Səbinə Aməmmədovanın mülki iddiası üzrə işə Saatlı Rayon Məhkəməsində işə baxılarkən sonuncu iddiadan imtina etsin deyə yalandan torpaq sahəsini “9 paçka şirvan” müqabilində hazırkı iddiaçılara satdığını bildirmişdir. Hazırda torpaq sahəsinə görə iddiaçıya 2000 manat ödməyə razıdır. Ona görə də, göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı şahid X9 ifadəsində göstərdi ki, iddiaçı həyat yoldaşıdır. Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2002-ci il tarixli 02 saylı qərarı ilə JN-523A, KOD 90806018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Saatlı rayonu Qara Nuru kəndi ərazisində yerləşən 0,22 hektar həyətyanı torpaq sahəsini və üzərində olan fərdi yaşayış evini Cavabdeh 2005-ci ilin sentyabr ayında “9 paçka şirvan” müqabilində onlara satmışdır. Alqı-satqı prosesində şəxsən iştirak etmişdir. Məhkəmə baxışı zamanı şahid X4 ifadəsində göstərdi ki, iddiaçı doğma qardaşıdır.Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2002-ci il tarixli 02 saylı qərarı ilə JN-523A, KOD 90806018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Saatlı rayonu Qara Nuru kəndi ərazisində yerləşən 0,22 hektar həyətyanı torpaq sahəsi sahəsini və üzərində olan fərdi yaşayış evini Cavabdeh 2005-ci ilin sentyabr ayında “9 paçka şirvan” müqabilində qardaşı Səlimə satmışdır. Alqı-satqı prosesində şəxsən iştirak etmişdir. Pul Sakitin evində sonuncuya təqdim edilmişdir. İşdə olan JN-523A, KOD 90806018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2002-ci il tarixli 02 saylı qərarı ilə Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 0.22 hektar torpaq sahəsi X8, X1, X3 və X2 mülkiyyətinə verilmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(055)-805/2023 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2002-ci il tarixli 02 saylı qərarı ilə JN-523A, KOD 90806018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X8, X1, X3 və Mahmudova(Alməmmədova) Züleyxa Kamal qızının ümumi birgə mülkiyyətinə verilmiş, Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 0.22 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən cavabdehlər İddiaçı, X9 və onların ailə üzvlərinin qanunsuz istifadələrinin dayandırılaraq çıxarılmaları qət edilmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(055)-805/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh izahatında mübahisə predmeti olan torpaq sahəsi və fərdi yaşayış evini 2005-2006-cı illərdə şifahi alqı-satqı əsasında “9 paçka şirvan” müqabilində iddiaçıya satdığını etiraf etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə görə əsassız varlanma mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. İşin araşdırılan halları və tərəflərin izahatları ilə müəyyən olunur ki, Cavabdeh Saatlı rayon X6 03 may 2002-ci il tarixli 02 saylı qərarı ilə JN-523A, KOD 90806018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Saatlı rayonu Qara Nuru kəndi ərazisindən 0,22 hektar həyətyanı torpaq sahəsini 2005-ci ilin sentyabr ayında “9 paçka şirvan” müqabilində, yəni hazırki məzənnə ilə 6300 manata iddiaçıya satmışdır. Lakin torpaq mülkiyyətçisi olan X1 hazırki iddiaçıya qarşı torpaq sahəsindən və üzərində olan fərdi yaşayış evindən qanunsuz istifadənin dayandırılaraq çıxarılma tələbinə dair iddia qaldırmış və həmin iddia Saatlı Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(055)-805/2023 saylı qətnaməsinə əsasən təmin edilmişdir. İddiaçı torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin alınmasına görə verdiyi və indiki məzənnə ilə 6300 manat məbləğində pulu cavabdehdən tələb etsə də, nəticə olmadığından hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə həmçinin diqqətə çatdırır ki, 2005-ci ildən sonra Azərbaycan manatının alıcılıq dəyəri müəyyən dəyişikliyə uğramış, infilyasiya və digər iqtisadi təsirlərə məruz qalmışdır. İş materiallarından olan Dövlət Statistika Komitəsindən infilyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi haqqında məlumatdan görünür ki, 2023-cü ilin noyabr ayında 2005-ci ilin oktyabr ayına nisbətən istehlak qiymətləri indeksi 351 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 3,5 dəfə artmışdır. Beləliklə, qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 6300 manat məbləğində pulu əsassız varlanma qaydalarına uyğun olaraq tələb etməkdə haqlıdır. Cavabdeh X10 məhkəmə baxışı zamanı verdiyi izahatında mübahisə predmeti olan torpaq sahəsini 2005-2006-cı illərdə şifahi alqı-satqı əsasında “9 paçka şirvan” müqabilində deyil, təxminən 2000 manat müqabilində iddiaçıya satdığını və Səbinə Aməmmədovanın mülki iddiası üzrə işə baxılarkən sonuncu iddiadan imtina etsin deyə yalandan torpaq sahəsini “9 paçka şirvan” müqabilində hazırkı iddiaçılara satdığını bildirdiyini göstərsə də, bu barədə hər hansı sübut təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan hissədə sübutetmə yükü cavabdehin üzərinə düşsə də, cavabdeh öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Odur ki, məhkəmə cavabdehin izahatında göstərdiyi xüsusatları tələbdən yayınmaq üçün özünü müdafiə kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 6300 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində vəkil xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat vəkil xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 6300 manat məbləğində pul və ödənilmiş 100 manat dövlət rüsumu, cəmi 6400 (altı min dörd yüz) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. İş № 2(055)-242/2024 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 06 may 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 6300 manat məbləğində pul və ödənilmiş 100 manat dövlət rüsumu, cəmi 6400 (altı min dörd yüz) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar