Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-245/2023 16.03.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin ləğv edilməsi, Cavabdeh 6581.50 manat əsas borcun, 586.81 manat faiz borcunun, 189.54 manat cərimə borcunun, cəmi 7357.85 manat borcun və ödənilmiş 93.58 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27 aprel 2022-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 36 ay müddətinə, aylıq 1.625% olmaqla 7000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hazırkı vaxtadək cavabdeh banka olan 6581.50 manat əsas borcu, 586.81 manat faiz borcunu, 189.54 manat cərimə borcunu, cəmi 7357.85 manat borcunu ödəməmişdir. Ona görə də, Cavabdeh 6581.50 manat əsas borcun, 586.81 manat faiz borcunun, 189.54 manat cərimə borcunun, cəmi 7357.85 manat borcun və ödənilmiş 93.58 manat dövlət rüsumunun alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsinin məhkəməyə ünvanladığı ərizədən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməməsinin nəzərə alınaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və təqdim olunmuş sübutlar əsasında işə baxılaraq iddianın tam təmin olunasını məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinin xahişini nəzərə alaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh iddianın etiraf edilməsi barədə ərizə təqdim edərək izahatında göstərdi ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin ona qarşı pul tələbi barədə iddiasını tam şəkildə qəbul edir və təmin edilməsinə etirazı yoxdur. Məhkəmə cavabdehin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə baxışı zamanı cavabdeh iddianı etiraf etdiyindən və bu etiraf məhkəmə tərəfindən təsdiq olunduğundan iddiaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş tarixli ödəniş qəbzlərindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 93.58 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 93.58 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 6581.50 manat əsas borc, 586.81 manat faiz borcu, 189.54 manat cərimə borcu, cəmi 7357.85 manat və 93.58 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27 aprel 2022-ci il tarixli müqavilə ləğv edilsin. Cavabdeh 6581.50 manat əsas borc, 586.81 manat faiz borcu, 189.54 manat cərimə borcu, cəmi 7357.85 manat borc və ödənilmiş 93.58 manat dövlət rüsumu, ümumilikdə 7451 (yeddi min dörd yüz əlli bir) manat 43 (qırx üç) qəpik pul alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: Mirlətif Sadıqov Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov Əsli
Məhkəmə qərarları › İş №2(055)-245/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-245/2023
16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver