Məhkəmə qərarları › İş №2(055)-246/2025

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №2(055)-246/2025

24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 2(055)-246/2025 24.02.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 30020 (otuz min iyirmi) manat pulun və ödənilmiş 180 (yüz səksən) manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 şifahi qaydada vəsatət verərək hazırkı mülki işin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Qumru Əliyeva) icraatında olan iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı əmlakın qaytarılması və pul tələbinə dair mülki işlə birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etdilər. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili vəsatətə etiraz etmədi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Saatlı Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Qumru Əliyeva) icraatında olan iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı əmlakın qaytarılması və pul tələbinə dair mülki işlə birləşdirilməlidir. İş materialları ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qumru Əliyevanın icraatında (xx.xx.2024-cü il tarixində icraata qəbul edilmişdir) iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı əmlakın qaytarılması və pul tələbinə dair e- 2(007)-352/2025 saylı mülki iş vardır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan e-2(007)-352/2025 saylı və Saatlı Rayon Məhkəməsinin icraatında olan 2(055)-246/2025 saylı mülki işlərdə həm tərəflər eyni olduğundan, həm də tərəflər arasında mövcud olan hər iki mübahisə bir-biri ilə bağlı olduğundan (əmlakın geri qaytarılması və həmin əmlaka görə ödənnilmiş pulun geri qaytarılması) həmin mübahisələrə birlikdə baxılması ədalət mühakiməsinin düzgün həyata keçirilməsi, habelə mübahisələrə daha tez və düzgün baxılması üçün daha əhəmiyyətli olduğundan həmin işlər bir icraatda birləşdirilməklə baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 43.1-ci maddəsində də göstərilir ki, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. İş materiallarından da bəlli olur ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı əmlakın qaytarılması və pul tələbinə dair mülki iş xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsində (hakimi Qumru Əliyeva), hazırkı mülki iş isə xx.xx.2025-ci il tarixdə Saatlı Rayon Məhkəməsində (hakim Vüqar Qasımov) icraata götürülmüşdür. Odur ki, hər iki mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılan Cavabdeh2 cavabdeh İddiaçı qarşı əmlakın qaytarılması və pul tələbinə dair mülki işlə birləşdirilməlidir. Mülki Prosessual Məcəllənin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 43.1-43.2 və 263-264-cü maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı əmlakın qaytarılması və pul tələbi barədə iddiası üzrə e-2(007)- 352/2025 saylı mülki işə Saatlı Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı pul tələbi barədə iddiası üzrə 2(055)- 246/2025 saylı mülki iş birləşdirilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar