Məhkəmə qərarları › İş №2(055)-252/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-252/2023

29.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-252/2023 29.03.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 40.80 manat ziyanın, hüquqi xidmət və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat pulun, 30 manat ödənilmiş dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, cəmi 171 manat 20 qəpik pulun alınıb İddiaçınə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçıMəhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, “K@TV 1” əmtə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətlərinin göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və Radio Yayımı haqqında” Qanununa uyğun olaraq 22 avqust 2005-ci il və 22 avqust 2011-ci il tarixdə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasından TR 057 və TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Həmin lisenziyaların əsasında şirkər bakı şəhəri ərazisində yaşayış və qeyri-yaşayış sahələrinə kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında kabel xətləri çəkir. Cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yaşayan Fuad Rzayev adlı şəxslə İddiaçı MMC arasında kabel televiziyasının yayımlanmasına dair xx.xx.2009-cu il tarixdə bağlanmış müqaviləyə əsasən qeyd edilən mənzildə kabel televiziyası xidmətləri İddiaçı MMC tərəfindən həyata keçirilmişdir. Həmin müqavilə əsasında son ödəniş xx.xx.2010-cu il tarixdə olmaqla, xx.xx.2010-cu il tarixdə şəbəkədən 27 manat borc ilə ayrılmışdır.xx.xx.2013-cü il tarixdə şirkətin əməkdaşları və mütəxəssislərin iştirakı ilə həmin mənzilin kabel televiziyasının şəbəkəyə qanunsuz qoşulması faktı aşkar edilmiş və bu barədə 0994 KA saylı akt tərtib edilmişdir. Cavabdehin K@TV 1” Əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə olmadan qanunsuz olaraq qoşulması nəticəsində İddiaçı MMC-nə 40,80 manat məbləğində maddi ziyan vurulmuşdur. Ona görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsi X3 məhkəməyə ünvanladığı ərizədən görünür ki, İddiaçı cavabdeh X1 qarşı kredit borcunun tutulması tələbinə dair təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməməsinin nəzərə alınaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və təqdim olunmuş sübutlar əsasında işə baxılaraq iddianın tam təmin olunasını məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi X3 xahişini nəzərə alaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 22 fevral 2013-cü il tarixli, 0994 KA saylı aktdan görünür ki, Cavabdeh məxsus ünvan 1-a MMC-nin əməkdaşları və mütəxəssis tərəfindən keçirilən baxış zamanı mənzilin müvafiq müqavilə olmadan qanunsuz olaraq kabel televiziyası şəbəkəsinə qoşulması aşkar edilmişdir. Bununla da cavabdeh MMC-yə 40.80 manat dəyərində zərər vurmuşdur. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının mövcud olmasını, daha sonra isə onların pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. İş materialları araşdırılarkən və məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh məxsus ünvan 1-a İddiaçı MMC-nin əməkdaşları və mütəxəssis tərəfindən keçirilən baxış zamanı mənzilin müvafiq müqavilə olmadan qanunsuz olaraq kabel televiziyası şəbəkəsinə qoşulması aşkar edilmişdir. Bununla da cavabdeh İddiaçı MMC-nə 40.80 manat dəyərində maddi ziyan vurmuşdur. Cavabdehin iddiaçıya maddi ziyan vurması İddiaçı MMC-nin “K@TV 1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 22 fevral 2013-cü il tarixli, 0994 KA saylı akt ilə tam sübuta yetirilir. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh vurulan maddi ziyana görə 40.80 manat pulun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh vurduğu maddi ziyana görə 40.80 manat pul alınaraq İddiaçınə verilməlidir. İşdə olan qəbzlərdən görünür ki, İddiaçı 30.40 manat dövlət rüsumu və 100 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 30.40 manat dövlət rüsumu və 100 manat xidmət haqqı Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 40.80 manat pul, 30.40 manat ödənilmiş dövlət rüsumu və 100 manat xidmət haqqı, cəmi 171 (yüz yetmiş bir) manat 20 (iyirmi) qəpik pul alınaraq İddiaçınə verilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar