Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-254/2024 27.02.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı Ağayeva (Qasımova) Razilə Rabil qızının, Cavabdeh iştirakı ilə İddiaçı Ağayeva (Qasımova) Razilə Rabil qızının Cavabdeh qarşı qət edilmiş alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Ağayeva (Qasımova) Razilə Rabil qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı Rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli 2(055)-794/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq 25 yanvar 2010-cu il təvəllüdlü X2 və 21 may 2011-ci il təvəllüdlü X3 adlı iki nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlaması üçün cavabdehdən hər ay hər bir uşaq üçün 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ağayeva (Qasımova) Razilə Rabil qızı iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Saatlı Rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli 2(055)-794/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq 25 yanvar 2010-cu il təvəllüdlü X2 və 21 may 2011-ci il təvəllüdlü X3 adlı iki nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlaması üçün cavabdehdən hər ay hər bir uşaq üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində alimentin alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı Ağayeva (Qasımova) Razilə Rabil qızı izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli 2(055)- 794/2020 saylı qətnaməsinə əsasən Cavabdeh ilə onun arasında olan nikah qeydi pozulmuş, onların birgə nikahından anadan olmuş 25 yanvar 2010-cu il təvəllüdlü X2 və 21 may 2011-ci il təvəllüdlü X3 adlı iki nəfər uşaqların onun yanında qalması müəyyən edilmiş və Cavabdeh həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün 90 (doxsan) manat, cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment alınıb onun xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş aliment uşağın ehtiyaclarını ödəmir və xərcləri artmışdır. Ona görə də göstərdiklərini nəzərə alaraq Saatlı Rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli 2(055)-794/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq 25 yanvar 2010-cu il təvəllüdlü X2 və 21 may 2011-ci il təvəllüdlü X3 adlı iki nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlaması üçün cavabdehdən hər ay hər bir uşaq üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində alimentin alınaraq onun xeyrinə tutulması barədə barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli, 2(055)-794/2020 saylı qətnaməsinə əsasən iddiaçı ilə onun arasında olan nikah qeydi pozulmuş, onların birgə nikahından anadan olmuş 25 yanvar 2010-cu il təvəllüdlü X2 və 21 may 2011-ci il təvəllüdlü X3 adlı iki nəfər uşaqların iddiaçı Ağayeva (Qasımova) Razilə Rabil qızının yanında qalması müəyyən edilmiş, ondan həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün 90 (doxsan) manat, cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment alınıb iddiaçı Ağayeva (Qasımova) Razilə Rabil qızının xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda 25 yanvar 2010-cu il təvəllüdlü X2 və 21 may 2011-ci il təvəllüdlü X3 adlı iki nəfər uşaqlarının saxlanması üçün hər ay hər bir uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimenti iddiaçıya ödəməyə razıdır. Ona görə də, bu halın nəzərə alınmasını məhkəmədən xahiş etdi. İşdə olan Saatlı Rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli, 2(055)- 794/2020 saylı qətnaməsinin surətindən görünür ki, Ağayeva (Qasımova) Razilə Rabil qızı ilə Cavabdeh arasında olan nikah qeydi pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş 25 yanvar 2010-cu il təvəllüdlü X2 və 21 may 2011-ci il təvəllüdlü X3 adlı iki nəfər uşaqların anası Ağayeva (Qasımova) Razilə Rabil qızının yanında qalması müəyyən edilmiş, Cavabdeh 25 yanvar 2010-cu il təvəllüdlü X2 və 21 may 2011-ci il təvəllüdlü X3 adlı iki nəfər uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün 90 (doxsan) manat, cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin alınıb iddiaçı Ağayeva (Qasımova) Razilə Rabil qızının xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, Saatlı Rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli 2(055)-794/2020 saylı qətnaməsinə əsasən 25 yanvar 2010-cu il təvəllüdlü X2 və 21 may 2011-ci il təvəllüdlü X3 adlı iki nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 90 manat, cəmi 180 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Ağayeva (Qasımova) Razilə Rabil qızının xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı həmin aliment məbləği ilə uşağının saxlanmasında çətinlik çəkdiyi üçün alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. Saatlı Rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli 2(055)-794/2020 saylı qətnaməsi ilə 25 yanvar 2010-cu il təvəllüdlü X2 və 21 may 2011-ci il təvəllüdlü X3 adlı iki nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün təyin olunmuş alimentin miqdarı artırılarkən məhkəmə alimentin məbləğini tərəflərin maddi və ailə vəziyyətini, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq müəyyən etməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Saatlı Rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli 2(055)-794/2020 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq 25 yanvar 2010-cu il təvəllüdlü X2 və 21 may 2011-ci il təvəllüdlü X3 adlı iki nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment alınıb iddiaçı Ağayeva (Qasımova) Razilə Rabil qızının xeyrinə ödənilməli, artırılmış alimentin tutulmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı Ağayeva (Qasımova) Razilə Rabil qızı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli 2(055)-794/2020 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq 25 yanvar 2010-cu il təvəllüdlü X2 və 21 may 2011-ci il təvəllüdlü X3 adlı iki nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 125 (bir yüz iyirmi beş) manat, cəmi 250 (iki yüz əlli) sabit pul məbləğində aliment tutulub iddiaçı Ağayeva (Qasımova) Razilə Rabil qızının xeyrinə ödənilsin. Artırılmış alimentin tutulmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Cavabdeh 50 (əlli) manat mediasiya xərci alınaraq Ağayeva (Qasımova) Razilə Rabil qızının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. çıxarış İş № 2(055)-254/2024 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 27 fevral 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı Ağayeva (Qasımova) Razilə Rabil qızının, Cavabdeh iştirakı ilə İddiaçı Ağayeva (Qasımova) Razilə Rabil qızının Cavabdeh qarşı qət edilmiş alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli 2(055)-794/2020 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq 25 yanvar 2010-cu il təvəllüdlü X2 və 21 may 2011-ci il təvəllüdlü X3 adlı iki nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 125 (bir yüz iyirmi beş) manat, cəmi 250 (iki yüz əlli) sabit pul məbləğində aliment tutulub iddiaçı Ağayeva (Qasımova) Razilə Rabil qızının xeyrinə ödənilsin. Artırılmış alimentin tutulmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Cavabdeh 50 (əlli) manat mediasiya xərci alınaraq Ağayeva (Qasımova) Razilə Rabil qızının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-254/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-254/2024
27.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver