Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 2(055)-276/2025 27.02.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 7000 manat pulun və ödənilmiş 90 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki iş Saatlı Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı torpaqdan qanunsuz istifadənin dayandırılması və oradan çıxarma tələbinə dair mülki işə birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in169.3-cü maddəsinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. İş materialları ilə müəyyən olunmuşdur ki, Saatlı Rayon Məhkəməsinin icraatında iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı torpaqdan qanunsuz istifadənin dayandırılması və oradan çıxarma tələbinə dair 2(055)-158/2025 saylı mülki iş vardır. Məhkəmə baxışı zamanı tərəflər də hazırkı mülki işin Saatlı Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı torpaqdan qanunsuz istifadənin dayandırılması və oradan çıxarma tələbinə dair mülki işə birləşdirilməsinə etiraz etmədilər. Beləliklə, məhkəmə hesab edir ki, Saatlı Rayon Məhkəməsinin icraatında olan 2(055)-158/2025 saylı və 2(055)-276/2025 saylı mülki işlərdə tərəflər eyni olduğundan, həmçinin tərəflər arasında mövcud olan hər iki mübahisə bir-biri ilə bağlı olduğundan (torpaqdan çıxarma və həmin torpağa görə ödənilmiş pulun geri qaytarılması) həm ədalətli məhkəmə araşdırılmasının təmin edilməsi, həm də əsassız vaxt itkisinin qarşısının alınması üçün həmin işlər bir icraatda birləşdirilməklə baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 169 və 263- 264-cü maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair 2(055)-276/2025 saylı mülki iş Saatlı Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı torpaqdan qanunsuz istifadənin dayandırılması və oradan çıxarma tələbinə dair 2(055)-158/2025 saylı mülki işə birləşdirilsin.
Məhkəmə qərarları › İş №2(055)-276/2025
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №2(055)-276/2025
27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver