Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-296/2023 18.04.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 13540.54 manat borcun və ödənilmiş 130.62 manat dövlət rüsumunun, cəmi 13671.16 manat pulun alınıb iddaiçı İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ilə cavabdeh X5 arasında bağlanmış 26 fevral 2021-ci il tarixli, 158 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh 24.00 hektar topraq sahəsində pambıq əkib-becərməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götümüşdür. Pambığın əkilməsi üçün iddiaçı tərəfindən cavabdehə 1064.00 manat məbləğində 1-ci şum, 964.80 manat məbləğində 2-ci şum, 30.00 manat məbləğində diskli mala, 884.00 manat məbləğində mala, 322.00 manat məbləğində çiyid səpini, 691.20 manat məbləğində kultivasiya, 306.00 manat məbləğində gübrə ilə kultivasiya, 693.00 manat məbləğində rotasiyon kultivasiya, 890.50 manat məbləğində dərman səpini, 265.60 manat məbləğində çöp doğrama, 1980.00 manat məbləğində kombaynla 1-ci üz pambıq yığımı, 1062.00 manat məbləğində kombaynla 2-ci üz pambıq yığımı, 200.00 manat məbləğində tirə vurma, 12520.00 manat məbləğində pambığın suvarılma və becərilməsi, arat və avans ödənilən vəsait, 6923.39 manat məbləğində dərman, 1972.90 manat məbləğində pestisidlər, 1280.00 manat dəyərində lifsiz toxum BA-440, 3635.20 manat məbləğində lifsiz toxum “Lotos”, 156.00 manat məbləğində lifli toxum BA-440, 4800.00 manat məbləğində dizel yanacağı, ümumilikdə 40.640.59 manat məbləğində vəsait avans olaraq verilmişdir. Müqaviləyə əsasən cavabdeh götürdüyü vəsaiti xam pambıqla ödəməklə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə iddiaçıdan almalı idi. Lakin mövsüm başa çatsa da, cavabdeh 27100.05 manat məbləğində xam pambıq təhvil vermiş, iddiaçıya 13540.54 manat borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq, cavabdeh iddiaçıya olan borcunu ödəməkdən yayınaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Göstərilənləri nəzərə alaraq Cavabdeh 13540.54 manat borcun və ödənilmiş 130.62 manat dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məlum olmayan səbəbdən məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan 26 fevral 2021-ci il tarixli, 158 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh 35 hektar torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə İddiaçı MMC-yə təhvil verməyi, İddiaçı MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan məktubdan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş və məktubda məhsul yığımının başa çatandan sonra cavabdehin 26 fevral 2021-ci il tarixli, 158 nömrəli alqısatqı müqaviləsi üzrə İddiaçı MMC-yə 13540.54 manat borcunun qalması göstərilmiş və qısa müddətə borcun ödənilməsi cavabdehdən xahiş olunmuşdur. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmədə işin araşdırılan halları ilə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 26 fevral 2021-ci il tarixli, 158 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh 24 hektar topraq sahəsində pambıq əkib-becərməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Pambığın əkilməsi üçün iddiaçı tərəfindən cavabdehə 1064.00 manat məbləğində 1-ci şum, 964.80 manat məbləğində 2-ci şum, 30.00 manat məbləğində diskli mala, 884.00 manat məbləğində mala, 322.00 manat məbləğində çiyid səpini, 691.20 manat məbləğində kultivasiya, 306.00 manat məbləğində gübrə ilə kultivasiya, 693.00 manat məbləğində rotasiyon kultivasiya, 890.50 manat məbləğində dərman səpini, 265.60 manat məbləğində çöp doğrama, 1980.00 manat məbləğində kombaynla 1-ci üz pambıq yığımı, 1062.00 manat məbləğində kombaynla 2-ci üz pambıq yığımı, 200.00 manat məbləğində tirə vurma, 12520.00 manat məbləğində pambığın suvarılma və becərilməsi, arat və avans ödənilən vəsait, 6923.39 manat məbləğində dərman, 1972.90 manat məbləğində pestisidlər, 1280.00 manat dəyərində lifsiz toxum BA-440, 3635.20 manat məbləğində lifsiz toxum “Lotos”, 156.00 manat məbləğində lifli toxum BA-440, 4800.00 manat məbləğində dizel yanacağı, ümumilikdə 40.640.59 manat məbləğində vəsait avans olaraq verilmişdir. Müqaviləyə əsasən cavabdeh götürdüyü vəsaiti xam pambıqla ödəməklə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə iddiaçıdan almalı idi. Lakin mövsüm başa çatsa da, cavabdeh 27100.05 manat məbləğində xam pambıq təhvil vermiş, bununla da iddiaçıya 13540.54 manat borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq, cavabdeh iddiaçıya olan borcunu ödəməkdən yayınaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Borcun qaytarılması barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu qaytarmamışdır. Ona görə də İddiaçı ilə Cavabdeh arasında bağlanmış 26 fevral 2021-ci il tarixli, 158 nömrəli alqı-satqı müqaviləsinə əsaslanaraq Cavabdeh 13540.54 manat məbləğində borcun alınmasını tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı 26 fevral 2021-ci il tarixli, 158 nömrəli alqısatqı müqaviləsi əsasında Cavabdeh 13540.54 manat pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 26 fevral 2021-ci il tarixli, 158 nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 13540.54 manat məbləğində borc alınaraq İddiaçınə ödənilməlidir. İş materiallarına əlavə edilmiş 17 fevral 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 130.62 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 130.62 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 13540.54 manat məbləğində borc, ödənilmiş 130.62 manat məbləğində dövlət rüsumu, cəmi 13671 (on üç min altı yüz yetmiş bir) manat, 54 (əlli dörd) qəpik pul alınıb İddiaçı xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №2(055)-296/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-296/2023
18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver