Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-3/2023 23.01.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” idarəsinin etibarnamə üzrə nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” idarəsinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi, mühafizə zonasının əvvəlki vəziyyətinə gətirilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” idarəsi Cavabdeh qarşı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” idarəsi, Astara Magistral X1 DŞ 219 mm-lik 12 atm yüksək təzyiqli “Azadkənd-İmişli” magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi, mühafizə zonasının əvvəlki vəziyyətinə gətirilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya qaytarılması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” idarəsinin etibarnamə üzrə nümayəndəsi X9 iddianı müdafiə edərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” idarəsi, Astara Magistral X1 DŞ 219 mm-lik 12 atm yüksək təzyiqli “Azadkənd-İmişli” magistral qaz kəmərinin 61-ci kilometrliyinin mühafizə zonasında Cavabdeh tərəfindən qanunsuz tikili tikilmişdir. Həmin tikili qanunvericiliyin tələbləri pozulmaqla tikilmişdir. Belə ki, 12 atm yüksək təzyiqli qaz kəmərinin mühafizə zonası ən azı 10 metr olmalıdır. İş üzrə ekspertiza rəyindən də görünür ki, cavabdehə məxsus obyektin yalnız bir divarının qaz kəmərindən 6.50 mter məsafədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” idarəsi, Astara Magistral X1 DŞ 219 mm-lik 12 atm yüksək təzyiqli “Azadkənd-İmişli” magistral qaz kəmərinin mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Ona görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi X10 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh mülkiyyətində olan və Saatlı rayon Molday kəndində yerləşən tikinti obyekti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” idarəsi, Astara Magistral X1 DŞ 219 mm-lik 12 atm yüksək təzyiqli “Azadkənd-İmişli” magistral qaz kəmərinin mühafizə zonasına düşsə də, həmin ərazi cavabdehin xüsusi mülkiyyətindədir və cavabdeh həmin tikinti obyektini rəsmi sənəd əsasında almışdır. Həmin tikinti obyekti qanunsuz olsaydı ona Azərbaycan Respublikası DƏDRX-dən çıxarış verilə bilməzdi. Odur ki, göstərdiklərinin nəzərə alınıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən Seriya RX № 0551172, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********73 olan 14 yanvar 2015-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.15 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən Seriya RX № 1032701, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********73-06301 olan 17 mart 2017-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 1126.6 kvadratmetr ümumi sahəsi olan qeyri-yaşayış binası Cavabdeh mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2016-cı il tarixli Saatlı RİH-nin Tikinti obyektinin istismarına “İcazə”dən görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixdən Saatlı şəhəri, M.P.Vaqif küçəsi-35 ünvanında yerləşən ticarət anbarının istismarına icazə verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı RİH başçısnın xx.xx.2016-cı il tarixli, 131 nömrəli sərəncamından görünür ki, Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Saatlı şəhəri, M.P.Vaqif küçəsi-35 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan torpaq sahəsində ticarət anbarının tikintisinə zəruri şərtlər təmin olunmaqla icazə verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş “Azəriqaz” X11 X14 idarəsinin xx.xx.2016-cı il tarixli rəyindən görünür ki, Cavabdeh məxsus Saatlı şəhəri, M.P.Vaqif küçəsi- 35 ünvanında xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən obyekt Saatlı Xidmət sahəsinin istismarında olan hər hansı yer altı və yerüstü qaz kəmərlərinə maneçilik törətmir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsinin xx.xx.2016-cı il tarixli, 14 saylı ekoloji rəyindən görünür ki, Saatlı RİH başçısnın xx.xx.2016-cı il tarixli, 131 nömrəli sərəncamından görünür ki, Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Saatlı şəhəri, M.P.Vaqif küçəsi-35 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan torpaq sahəsində ticarət anbarının tikintisinə icazə verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" MMC X3 xx.xx.2016-cı il tarixli, 02/416 saylı rəyindən görünür ki, Cavabdeh məxsus Saatlı şəhəri, M.P.Vaqif küçəsi-35 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan torpaq sahəsindən heç bir yeraltı telekommunikasiya xətti keçmir və tikinti işləri aparılmasına etiraz yoxdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC Saatlı Sukanal İdarəsinin xx.xx.2016-cı il tarixli, 01-152 saylı rəyindən görünür ki, Cavabdeh məxsus Saatlı şəhəri, M.P.Vaqif küçəsi-35 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan torpaq sahəsindən heç bir su xətti və kanalizasiya sistemi keçmir, su xəttindən 10 metr məsafəni nəzərə almaqla aralıda tikinti aparılmasına etiraz yoxdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş "xxxx" ASC X19 Təchizatı və Satışı İdarəsi Saatlı Elektrik Şəbəkəsi xx.xx.2016-cı il tarixli, 23/616 saylı rəyindən görünür ki, Cavabdeh məxsus Saatlı şəhəri, M.P.Vaqif küçəsi-35 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən ticarət anbarı yüksəsk gərginlikli elektrikveriliş xəttinin mühafizə zonasından kənarda yerləşir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Saatlı rayon GEM-in xx.xx.2016-cı il tarixli, 13 saylı rəyindən görünür ki, Cavabdeh məxsus Saatlı şəhəri, M.P.Vaqif küçəsi-35 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ticarət anbarının tikintisinə etiraz yoxdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş "xxxx" ASC "xxxx" MMC-nin xx.xx.2017ci il tarixli, 73 saylı rəyindən görünür ki, Cavabdeh məxsus Saatlı şəhəri, M.P.Vaqif küçəsi-35 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan torpaq sahəsində olsn ticarət anbarı yolun mühafizə zonasında yerləşmir. İşdə olan və məhkəmə iclasında elan edimiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2022-ci il tarixli, 10/5427 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh mülkiyyətində olan və Saatlı rayon Molday kəndində yerləşən tikilinin yalnız bir divarının qaz kəmərindən 6.50 mter məsafədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” idarəsi, Astara Magistral X1 DŞ 219 mm-lik 12 atm yüksək təzyiqli “Azadkənd-İmişli” magistral qaz kəmərinin mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «X12rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə konpensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququ faktiki tanınmışdır. «X13rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «Payn Velli developments Ltd şirkəti İrlandiyaya qarşı» işdə Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 1-ci bəndinə görə sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. İkinci bəndə görə mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Üçüncü bəndə görə bu maddənin 1-ci hissəsi tətbiq edilənə qədər mühafizə zonası və tədbirlərilə bağlı qüvvədə olan norma və qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin Qaydaların 2.23-cü bəndinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin Qaydaların 2.24-cü bəndinə əsasən, kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu Qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövləttikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir. Həmin Qaydaların 5 nömrəli Əlavəsinə görə 12 atmosfer təzyiqə qədər olan magistral qaz kəmərləri və ona bitişik qollar üçün kəmərin orta oxundan hər iki tərəfə olan məsafə 10 metr mühafizə zonası müəyyən edilir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına əsaslanaraq qeyd edir ki, hazırki iddia tələbinə hüquq qiymət verilməsi üçün, ilk növbədə, mülkiyyətçinin fərdi maraqları ilə cəmiyyətin maraqları arasında mütənasibliyin təmin edilməsi əsas götürülməlidir.Bu baxımdan nə üstünlüyü “Qaydalar”ın müvafiq bəndlərində nəzərdə tutulmuş tələblərə yönəldib baş vermiş nəticənin aradan qaldırılmasında ifadə olunan məsuliyyət yükünü yalnız cavabdehə aid edərək bunun üçün yetərli əsaslar olmadan onu açıq-aşkar əlverişsiz vəziyyətdə qoymaq, nə də əksinə etmək düzgün olar. Bu baxımdan məhkəmə diqqətə çatdırır ki, hazırki iddia tələbində cavabdeh nəinki başqa mülkiyyətdə olan torpaq sahəsində qanunsuz tikinti işləri aparmamışdır, o, sökülməsi xahiş edilən tikintini öz mülkiyyətində olan torpaq sahəsində tikmişdir və həmin torpaq sahəsi onun xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. Digər tərəfdən də, cavabdeh həmin tikilini qanunsuz deyil, müvafiq səlahiyyətli dövlət orqanının icazəsi ilə tikmişdir. Yəni iddiaçının sökülməsini tələb etdiyi qeyri-yaşayış sahəsi özbaşına tikinti olmamaqla cavabdehin qanuni mülkiyyətindədir. Tikintiyə başlanacaq obyektə icazə verilərkən, tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi zamanı səlahiyyətli orqanlar rəsmi qaydada öz münasibətini (etirazının olmadığını) bildirmişdir. İddiaçı tərəf əvvəlcədən bu hallardan xəbərdar olmuş, bu cür vəziyyətin qalmasına imkan yaratmaqla “dözümlülük” göstərmişdir. Həmçinin Avropa Məhkəməsinin presedentlərindən də göründüyü kimi, şəxslərin hətta dövlətə məxsus torpaq sahəsində heç bir icazə almadan inşa etmiş tikililərə dövlətin müvafiq qurumlarının heç bir mənfi reaksiyasının olmadığı halda, Avropa Məhkəməsi dövlətin susmaqla həmin tikiliyə şəxsin mülkiyyət hüququnu tanıması kimi qiymətləndirmişdir. Odur ki, hazırki halda iddiaçının hər hansı hüquqi əsas, o cümlədən mülkiyyətçinin razılığı olmadan öz mülkiyyətində inşa etdirdiyi əmlakın sökülməsini tələb etməsi sonuncunun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyət hüququnu kobud şəkildə pozmuş olur. Buradan da görünür ki, iddia tələbi əsassızdır və təmin oluna bilməz. Bununla yanaşı nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasını Konstitusiyasının 29-cu maddəsinin 6-cı bəndinə görə sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Konstitusiyanın 31-ci maddəsinin 1-ci bəndinə görə isə hər kəsin təhlükəsiz yaşamaq hüququu vardır. Həmçinin, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə mühafizə zonası və tədbirləri ilə bağlı qaydaları müəyyənləşdirir. Bu hal isə magistral qaz kəmərləri yüksək təhlükə mənbəyi olduğundan onların istismarına normal şəraitin yaradılması, zədələnmə hallarının qarşısını almaqla şəxslərin təhlükəsiz yaşamaq hüququnun təmin edilməsindən irəli gəlir. Odur ki, məhkəmə qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, həm mülkiyyət hüququnun müdafiəsi, həm də dövlətin və cəmiyyətin maraqlarının təmin olunması baxımından hazırki mübahisə qarşılıqlı razılaşma yolu ilə, o cümlədən tikililərin sökülməsi ilə bağlı müvafiq kompensasiya ödəmək, qaz kəmərinin yerini dəyişmək və s. şərtlər daxilində həll oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Ankerin» işində qeyd etmişdir ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarların qanunliyi və əsaslılığını təmin etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” idarəsi, Astara Magistral X1 DŞ 219 mm-lik 12 atm yüksək təzyiqli “Azadkənd-İmişli” magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi, mühafizə zonasının əvvəlki vəziyyətinə gətirilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. İşdə olan 03 fevral 2022-ci il tarixli qəbzdən görünür ki, X9 tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilmiş 12 dekabr 2022-ci il tarixli, 10/5427 nömrəli ekspertiza xərcinə dair bildirişdən isə görünür ki, məhkəmə mühəndis-texniki ekspertizasının tədqiqinin dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi X9 tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməli, məhkəmə mühəndis-texniki ekspertizasının tədqiqinin dəyəri olan 50 manat iddiaçıdan alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qətetdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” idarəsinin Cavabdeh qarşı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” idarəsi, Astara Magistral X1 DŞ 219 mm-lik 12 atm yüksək təzyiqli “Azadkənd-İmişli” magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi, mühafizə zonasının əvvəlki vəziyyətinə gətirilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” idarəsindən ekspertiza xərcinə görə 50 (əlli) manat alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Mirlətif Sadıqov Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №2(055)-3/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-3/2023
23.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver