Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-30/2023 12.01.2023 SAATLI RAYON MƏHKƏMƏSİ 12 yanvar 2023-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3016.93 manat əsas borcun, 5124.98 manat faiz borcunun, cəmi 8141.91 manat borcun və ödənilmiş 101.42 manat dövlət rüsumunun alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 dekabr 2019-cu il tarixli, 500804-817855/1 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, illik 23% dərəcəsi ilə 3500 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hazırkı vaxtadək cavabdeh banka olan borcunu ödəməmişdir. 30 sentyabr 2022-ci il tarixə cavabdehin kredit müqaviləsi üzrə iddiaçıya 3016.93 manat əsas borcu və 5124.98 manat faiz borcu, cəmi 8141.91 manat borcu vardır. Ona görə də Cavabdeh 3016.93 manat əsas borcun, 5124.98 manat faiz borcunun, cəmi 8141.91 manat borcun və ödənilmiş 101.42 manat dövlət rüsumunun alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq hazırki iş üzrə məhkəmə iclasının iddiaçının nünamyəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin xahişini nəzərə alaraq məhkəmə baxışının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 06 dekabr 2019-cu il tarixli, 500804-817855/1 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə illik 23% dərəcəsi ilə 12 ay müddətinə 3500 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 30 sentyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 06 dekabr 2019-cu il tarixli, 500804-817855/1 saylı kredit müqaviləsi üzrə 30 sentyabr 2022-ci il tarixə əsas borcu 3016.93 manat, faiz borcu 5124.98 manat, ümumi borcu 8141.91 manat təşkil edir. İşə əlavə edilmiş və məhkəmə iclasında elan edimiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 dekabr 2022-ci il tarixli, 9/8249 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 30 sentyabr 2022-ci il tarixə əsas borc üzrə 3291.61 manat, faiz borcu üzrə 1417.40 manat, cəmi 4709.01 manat borcunun olması müəyyən edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 dekabr 2019-cu il tarixli, 500804-817855/1 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, illik 23% dərəcəsi ilə 3500 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. İddiaçının hesablamalarına görə 30 sentyabr 2022-ci il tarixə cavabdehin kredit müqaviləsi üzrə iddiaçıya 3016.93 manat əsas borcu və 5124.98 manat faiz borcu, cəmi 8141.91 manat borcu yaranmış və iddiaçı cavabdehə qarşı həmin tələblə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 07 dekabr 2022-ci il tarixli, 9/8249 nömrəli məhkəmə ekspert rəyi ilə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 30 sentyabr 2022-ci il tarixə əsas borc üzrə 3291.61 manat, faiz borcu üzrə 1417.40 manat, cəmi 4709.01 manat borcunun olması müəyyən edilmişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş halları hüquqi cəhətdən dəyərləndirərək hesab edir ki, Cavabdeh 30 sentyabr 2022-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əsas borc üzrə 3291.61 manat, faiz borcu üzrə 1417.40 manat, cəmi 4709.01 manat borcu olması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 dekabr 2022-ci il tarixli, 9/8249 nömrəli məhkəmə ekspertizası rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 3016.93 manat əsas borc, 1417.40 manat faiz borcu, cəmi 4434.33 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3016.93 manat əsas borc, 1417.40 manat faiz borcu, cəmi 4434.33 manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddianın qalan hisssəsi təmin edilməməlidir. İşdə olan mədaxil qəbzlərindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 101.03 manat dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilmiş 07 dekabr 2022-ci il tarixli, 9/8249 nömrəli ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 101.03 manat dövlət rüsumunun 50 manat olan hissəsi cavabdehdən alınaraq iddiaçının, ekspertiza tədqiqinin dəyəri olan 100 manat ekspertiza xərci cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 3016.93 manat əsas borc, 1417.40 manat faiz borcu, cəmi 4434.33 (iki min beş yüz iyirmi üç) manat 23 (iyirmi üç) qəpik pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 50 (əlli) manat dövlət rüsumu alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh 100 (bir yüz) manat ekspertiza xərci alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Mirlətif Sadıqov Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №2(055)-30/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-30/2023
12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver