Məhkəmə qərarları › İş №2(055)-303/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-303/2023

30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-303/2023 30.03.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı faktorinq müqaviləsi üzrə borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 189.82 manat məbləğində əsas borcun, 24.74 manat faiz borcunun, 28.47 manat cərimə borcunun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqının, cəmi 273.43 manat pulun alınıb iddaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 18 ay müddətinə 510 manat məbləğində kredit verilmişdir. Bununla bağlı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 200-ESM-0032-21 saylı kredit müqaviləsi bağlanmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazimi qaydada yerinə yetirmədiyinə görə cavabdehin iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 189.82 manat məbləğində əsas borcu, 24.74 manat faiz borcu, 28.47 manat cərimə borcu yaranmışdır. Borcun qaytarılması barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu qaytarmamışdır. Ona görə də, Cavabdeh 189.82 manat məbləğində əsas borcun, 24.74 manat faiz borcunun, 28.47 manat cərimə borcunun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqının, cəmi 273.43 manat pulun alınıb iddaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2021-ci il tarixli 200-ESM-0032-21 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə 18 ay müddətinə olmaqla 510 manat məbləğində istehlak kreditin verilməsi ilə əlaqədar iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 200-ESM-0032-21 saylı kredit müqaviləsi üzrə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 189.82 manat məbləğində əsas borcu, 24.74 manat faiz borcu, 28.47 manat cərimə borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmədə işin araşdırılan halları ilə müəyyən olundu ki, Cavabdeh 18 ay müddətinə 510 manat məbləğində kredit verilmişdir. Bununla bağlı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 200-ESM-0032-21 saylı kredit müqaviləsi bağlanmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazimi qaydada yerinə yetirmədiyinə görə cavabdehin İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 189.82 manat məbləğində əsas borcu, 24.74 manat faiz borcu, 28.47 manat cərimə borcu yaranmışdır. Borcun qaytarılması barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu qaytarmamışdır. Ona görə də, iddaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh 189.82 manat məbləğində əsas borcun, 24.74 manat faiz borcunun, 28.47 manat cərimə borcunun alınmasını tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh 189.82 manat məbləğində əsas borcu, 24.74 manat faiz borcunu, 28.47 manat cərimə borcunu pulu tələb etməkdə haqlıdır. Qeyd olunanlardan görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh 189.82 manat məbləğində əsas borcun, 24.74 manat faiz borcunun, 28.47 manat cərimə borcunun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən xx.xx.2021-ci il tarixli müqavilə üzrə tələb olunan 28.47 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 3 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 189.82 manat məbləğində əsas borc, 24.74 manat faiz borcu, 3 manat cərimə borcu alınaraq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 189.82 manat məbləğində əsas borc, 24.74 manat faiz borcu, 3 manat cərimə borcu, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı, cəmi 247 (iki yüz qırx yeddi) manat 96 (doxsan altı) qəpik pul alınıb Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: Mirlətif Sadıqov Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov Azərbaycan Respublikası Saatlı Rayon Məhkəməsi Poçt indeksi 4900, Saatlı şəhəri Tel: (02128) 5-31-83 H.Aslanov küçəsi № 1 Faks: (02128) 5-32-83 www. Elektron ünvan № 2(055)-303/2023 30 mart 2023-cü il Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ünvan: Bakı şəhəri Yasamal rayonu X3 küçəsi 73E Surəti: Saatlı şəhəri, M.Ağayev küçəsi ev 32-də yaşayan Cavabdeh Saatlı Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(055)-303/2023 saylı qətnaməsi məlumat üçün Sizə göndərilir. Qətnamənin şikayət verməyən şəxsin maraqlarına toxunan hissəsinin digər tərəfin şikayəti üzrə yoxlanılması, sonradan həmin hissə ilə bağlı verilmiş şikayətin baxılmadan geri qaytarılması ilə nəticələnəcəkdir. Qətnamədən şikayət verməyən işdə iştirak edən şəxs, digər tərəfin şikayəti üzrə hayata keçirilən məhkəmə icraatında iştirak etmək, maraqlarına toxunan va mübahisələndirilən hissə ilə baglı öz dəlillərini irəli sürmək hüququna malikdir. Qətnamənin şikayət verməyən şəxsin maraqlarına toxunan hissəsinin apellyasiya baxışının hədlərinə dair prosessual qanunvericiliyin tələblərinin pozulması ilə yoxlanılması apellyasiya şikayəti verməyən şəxsi kassasiya şikayəti vermək hüququndan məhrum etmir. Qoşma: “03” vərəqədə. Hakim: Mirlətif Sadıqov İş № 2(055)-303/2023 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL 30 mart 2023-cü il Saatlı şəhəri Saatlı Rayon Məhkəməsinin hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı faktorinq müqaviləsi üzrə borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə Saatlı Rayon Məhkəməsinin binasında baxaraq məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət başladı saat 15:10-dəqiqədə. Hakim iş materiallarını tədqiq etdi. Hakim iddianın təmin edilməsi barədə qətnamə qəbul etdi. Prosessual hərəkət saat 15:15-dəqiqədə qurtardı. Protokol 30 mart 2023-cü il tarixdə tərtib olundu. Hakim: Mirlətif Sadıqov İCRAVƏRƏQƏSİ Saatlı Rayon Məhkəməsinin 2(055)-303/2023 saylı 30 mart 2023-cü il tarixli qətnaməsindən çıxarış İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı faktorinq müqaviləsi üzrə borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən məhkəmə Q ə t e t d i: Cavabdeh 189.82 manat məbləğində əsas borc, 28.47 manat cərimə borcu, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı, cəmi 1218 (bir min iki yüz on səkkiz) manat 30 (otuz) qəpik pul alınıb Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarına öz vəzifələrini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Borclulun adı, ünvanı, bankda hesablaşma hesabının №-si xx.xx.1961-ci il təvəllüdlü Cavabdeh. Saatlı rayon Xanlarkənd kəndi. Tələbkarın adı, ünvanı, bankda hesablaşma hesabının №-si Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti. ünvan: Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 37 İcra vərəqəsi 13 fevral 2023-cü ildə verilmişdir. Məhkəmə möhürünün yeri Hakim: Mirlətif Sadıqov Azərbaycan Respublikası Saatlı Rayon Məhkəməsi Poçt indeksi 4900, Saatlı şəhəri Tel: (02128) 5-31-83 H.Aslanov küçəsi № 1 faks: (02128) 5-20-67 www. Elektron ünvan № 2(055)-303/2023 13 fevral 2023-cü il Saatlı rayon İcra və Probasiya Şöbəsinə Saatlı Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(055)-303/2023 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsi icra edilməsi üçün Sizə göndərilir. İcra vərəqəsinin icraata başlanması və icranın başa çatması barədə məhkəməyə məlumat verməyiniz xahiş olunur. Qoşma: 01 vərəqədə icra vərəqəsi. Hakim Mirlətif Sadıqov № 2(055)-303/2023 13 fevral 2023-cü il Saatlı rayon İcra və Probasiya Şöbəsinə Saatlı Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(055)-303/2023 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsi icra edilməsi üçün Sizə göndərilir. İcra vərəqəsinin icraata başlanması və icranın başa çatması barədə məhkəməyə məlumat verməyiniz xahiş olunur. Qoşma: 01 vərəqədə icra vərəqəsi. Hakim Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar