Məhkəmə qərarları › İş №2(055)-308/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-308/2023

30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-308/2023 30.03.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 24 oktyabr 2020-ci il tarixli 00208753 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 2049 manat əsas borc, 331 manat faiz borcu, cəmi 2380 manat borc, 44.20 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 24 oktyabr 2020-ci il tarixli, 00208753 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehlərə həmin müqavilədə göstərilən mallar satılmışdır. Lakin cavabdehlər tərəfindən müqavilə şərtlərinə əməl edilməmiş, cavabdehlər borcun ödənilməsinə dair öhdəliyi tam və vaxtında icra etməmişlər. Nisyə alqı-satqı müqaviləsinin 6.2-ci bəndinə əsasən alıcı ödəmələrin həyata keçirilməsini gecikdirərsə, 10 gün gecikmədən sonra hər gecikdirilmiş gün üçün gecikən ödənişin 1%-i məhsula əlavə qiymət hesablanacaq. Buna görə də, cavabdehlərə gecikdirilmiş günlər üçün 331 manat faiz borcu hesablanmışdır. Ona görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 24 oktyabr 2020-ci il tarixli, 00208753 saylı müqavilə üzrə 2049 manat əsas borc, 331 manat faiz borcu, cəmi 2380 manat borcun, 44.20 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 24 oktyabr 2020-ci il tarixli, 00208753 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilə həmin müqavilədə göstərilən, ümumi dəyəri 4121 manat olan malların cavabdehlərə satılması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 24 oktyabr 2020-ci il tarixli, 00208753 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehlərə həmin müqavilədə göstərilən mallar satılmışdır. Lakin cavabdehlər tərəfindən müqavilə şərtlərinə əməl edilməmiş, cavabdehlər borcun ödənilməsinə dair öhdəliyi tam və vaxtında icra etməmişdir. Nisyə alqı-satqı müqaviləsinin 6.2-ci bəndinə əsasən alıcı ödəmələrin həyata keçirilməsini gecikdirərsə, 10 gün gecikmədən sonra hər gecikdirilmiş gün üçün gecikən ödənişin 1%-i məhsula əlavə qiymət hesablanacaq. Buna görə də, cavabdehlərə gecikdirilmiş günlər üçün 331 manat faiz borcu hesablanmışdır.Ona görə də, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 24 oktyabr 2020-ci il tarixli, 00208753 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 2049 manat əsas borc və 331 manat faiz borcu, cəmi 2380 manat borcu tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2049 manat əsas borc və 331 manat faiz borcu, cəmi 2380 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 24 oktyabr 2020-ci il tarixli, 00208753 saylınisyə alqısatqı müqaviləsinə əsasən 2049 manat əsas borc, 331 manat faiz borcu, cəmi 2380 manat pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 44.20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 44.20 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 24 oktyabr 2020-ci il tarixli, 00208753 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 2049 manat əsas borc, 331 manat faiz borcu, cəmi 2380 (iki min üç yüz səksən) manat pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 44 (qırx dörd) manat 20 (iyirmi) qəpik dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar