Məhkəmə qərarları › İş №2(055)-315/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-315/2023

30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-315/2023 30.03.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixli, BL157824 saylı müavilə üzrə 168.87 manat əsas borcun, 16.88 manat cərimənin, ümumilkdə 185.75 manat borcun, xx.xx.2018-ci il tarixli, BL189384 saylı müqavilə üzrə 243.45 manat əsas borcun, 24.34 manat hesablanmış cərimənin, ümumilikdə 267.79 manat borcun, hər iki müqavilə üzrə ümumilikdə 453.54 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 483.54 manat pulun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BL157824 saylı və xx.xx.2018-ci il tarixli, BL189384 saylı nisyə satış müqavilələrinə və həmin müqaviləyə 01 saylı əlavəyə əsasən cavabdeh iddiaçıdan aldığı əşyanın dəyərini hər iki müqavilə üzrə müvafiq olaraq 12 ay müddətinə aylıq 48 manat və 12 ay müddətinə aylıq 38 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh hər iki müavilə üzrə götürdüyü öhdəliyi lazımınca icra etməyərək aylıq ödənişləri vaxtında ödəməmiş və müqavilə şərtlərini pozmuşdur. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də Cavabdeh xx.xx.2018-ci il tarixli, BL157824 saylı müavilə üzrə 168.87 manat əsas borcun, 16.88 manat cərimənin, ümumilkdə 185.75 manat borcun, xx.xx.2018-ci il tarixli, BL189384 saylı müqavilə üzrə 243.45 manat əsas borcun, 24.34 manat hesablanmış cərimənin, ümumilikdə 267.79 manat borcun, hər iki müqavilə üzrə ümumilikdə 453.54 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 483.54 manat pulun alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2018-ci il tarixli, BL157824 saylı və xx.xx.2018-ci il tarixli, BL189384 saylı nisyə satış müqavilələrindən və həmin müqavilələrə 01 saylı əlavədən görünür ki, bu müqavilələr müvafiq olaraq 12 ay müddətinə hər ay 48 manat və 12 ay müddətinə hər ay 38 manat ödəməklə məhsulun alınması ilə əlaqədar İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 10 fevral 2023-cü il tarixli borca dair arayışdan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli, BL157824 saylı və xx.xx.2018-ci il tarixli, BL189384 saylı müqavilələr üzrə ümumilikdə 453.54 manat əsas borcu qalmışdır. İşə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Cavabdeh İddiaçı borcunun alınması barədə kiçik iddiasını məhkəmə bildirişi ilə birlikdə 02 mart 2023-cü il tarixdə qəbul etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018ci il tarixli, BL157824 saylı və xx.xx.2018-ci il tarixli, BL189384 saylı nisyə satış müqavilələri üzrə ümumilikdə 453.54 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də Cavabdeh xx.xx.2018-ci il tarixli, BL157824 saylı və xx.xx.2018-ci il tarixli, BL189384 saylı nisyə satış müqavilələrinə əsasən ümumilikdə 453.54 manat borcun alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh 453.54 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli, BL157824 saylı və xx.xx.2018-ci il tarixli, BL189384 saylı nisyə satış müqavilələrinə əsasən, ümumilkdə 453.54 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 483.54 manat pul alınaraq İddiaçınə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli, BL157824 saylı və xx.xx.2018-ci il tarixli, BL189384 saylı nisyə satış müqavilələrinə əsasən 453.54 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 483.54 (dörd yüz səksən üç) manat (əlli dörd) qəpik pul alınaraq İddiaçınə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar