Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-330/2023 26.04.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Cavadehlər Cavabdeh3 və Cavabdeh2 iştirakı ilə, İddiaçı X3-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı X3-Bank Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 4361 manat əsas borcun, 1341.56 manat faiz borcunun, 270.81 manat cərimə borcunun, cəmi 5973.37 manat borcun və ödənilmiş 79.74 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3-Bank Kredit Təşkilatı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı X3-Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 16 avqust 2022-ci il tarixli, **********6544 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 28% olmaqla 4500 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə İddiaçı X3-Bank Kredit Təşkilatı ilə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında 16 avqust 2022-ci il tarixli, **********6***-******* və **********6***-******* saylı zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən zaminlər kredit alanın öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında kredit alanla birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. Cavabdeh1 kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hazırkı vaxtadək cavabdeh banka olan 4361 manat əsas borc, 1341.56 manat faiz borcu, 270.81 manat cərimə borcu, cəmi 5973.37 manat borcunu ödəməmişdir. Ona görə də, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 4361 manat əsas borcun, 1341.56 manat faiz borcunun, 270.81 mant cərimə borcunun, cəmi 5973.37 manat borcun və ödənilmiş 79.74 manat dövlət rüsumunun alınıb İddiaçı X3-Bank Kredit Təşkilatınin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsi X1 məhkəməyə ünvanladığı teleqramdan görünür ki, İddiaçı X3-Bank Kredit Təşkilatınin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməməsinin nəzərə alınaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın tam təmin olunasını məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı X3-Bank Kredit Təşkilatınin nümayəndəsi X1 xahişini nəzərə alaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh3 izahatında göstərdi ki, İddiaçı X3-Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 16 avqust 2022-ci il tarixli, kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 28% olmaqla 4500 manat məbləğində kredit verilmiş, o və digər Cavabdeh2 kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə İddiaçı X3-Bank Kredit Təşkilatı qarşısında zaminlik öhdəliyi götürmüşlər və bununla bağlı 16 avqust 2022-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Lakin hazırda hesab edir ki, əsas borclu digər Cavabdeh1 olduğundan iddia ona qarşı yönəlməli, iddiaçıya olan kredit borcu da Cavabdeh1 tərəfindən ödənilməlidir.Odur ki, iddianın ona aid olan hissədə rədd olunmasını xahiş etdi. Məhkəmə baxışı zamanı digər Cavabdeh2 da Cavabdeh3 ilə eyniməzmunlu izahat verərək iddianın ona aid olan hissədə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 16 avqust 2022-ci il tarixli, **********6544 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə illik 28% olmaqla 24 ay müddətinə 4500 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı X3-Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 16 avqust 2022-ci il tarixli, **********6***-******* və **********6***-******* saylı zaminlik müqavilələrindən görünür ki, cavabdeh (kredit alan) Cavabdeh1 İddiaçı X3-Bank Kredit Təşkilatı ilə bağladığı 16 avqust 2022-ci il tarixli, **********6544 saylı kredit müqaviləsi ilə əlaqədar zaminlər (cavabdehlər) Cavabdeh3 və Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə kredit alan-Cavabdeh1 ilə birlikdə İddiaçı X3-Bank Kredit Təşkilatı qarşısında birgə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. İşdə olan və məhkəmə iclasında elan edilmiş 13 fevral 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı X3-Bank Kredit Təşkilatınə 16 avqust 2022-ci il tarixli, **********6544 saylı kredit müqaviləsi üzrə əsas borcu 4361 manat, 1341.56 manat faiz borcu, 270.81 manat cərimə borcu, cəmi 5973.37 manat təşkil edir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı X3-Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 16 avqust 2022-ci il tarixli, **********6544 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 28% olmaqla 4500 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hazırkı vaxtadək cavabdeh banka olan 4361 manat əsas borc, 1341.56 manat faiz borcu, 270.81 manat cərimə borcu, cəmi 5973.37 manat borcunu ödəməmişdir və hazırda İddiaçı X3-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 4361 manat əsas borc, 1341.56 manat faiz borcu, 270.81 manat cərimə borcu, cəmi 5973.37 manat borcun tutulmasını tələb edir. Məhkəmə baxışı zamanı cavabdehlər Cavabdeh3 və Cavabdeh2 əsas borclu digər Cavabdeh1 olduğundan iddianın ona qarşı yönəlməli olduğunu, iddiaçıya olan kredit borcunun da Cavabdeh1 tərəfindən öədnilməli olduğunu bildirib iddianın onlara aid hissədə rədd olunmasını xahiş etmişlər. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarından göründüyü kimi, kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə İddiaçı X3-Bank Kredit Təşkilatı ilə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında 16 avqust 2022-ci il tarixli, **********6***-******* və **********6***-******* saylı zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən zaminlər kredit alanın öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında kredit alanla birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər.Ona görə də məhkəmə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 etirazını əsassız hesab etməklə İddiaçı X3-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 4361 manat əsas borc, 1341.56 manat faiz borcu, 270.81 manat cərimə borcu, cəmi 5973.37 manat borcun tutulmasını tələb etməkdə haqlı olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 4361 manat əsas borc, 1341.56 manat faiz borcu, 270.81 manat cərimə borcu, cəmi 5973.37 manat borc alınaraq İddiaçı X3-Bank Kredit Təşkilatına ödənilməlidir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı X3-Bank Kredit Təşkilatı tərəfindən 79.74 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 79.74 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 4361 manat əsas borc, 1341.56 manat faiz borcu, 270.81 manat cərimə borcu, cəmi 5973.37 manat borc və ödənilmiş 79.74 manat dövlət rüsumu, cəmi, 6053 (altı min əlli üç) manat 11 (on bir) qəpik alınıb İddiaçı X3-Bank Kredit Təşkilatının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №2(055)-330/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-330/2023
26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver