Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-334/2023 19.04.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 4250 manat əsas borc, 2400 manat faiz borcu, 1200 manat cərimə, cəmi 7850 manat pulun və 98,50 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 29 yanvar 2022-ci il tarixli, 50/28 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh3 24 ay müddətinə aylıq 3% olmaqla 6000 manat məbləğində kredit vermişdir. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə zaminlər Cavabdeh2 və Cavabdeh1 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 29 yanvar 2022-ci il tarixli 50/28 saylı zaminlik müqaviləsi bağlanmışdır və həmin müqaviləyə əsasən Cavabdeh3 kredit öhdəliklərini tam yerinə yetirənədək zaminlər borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Cavabdeh3 götürdüyü 6000 manat kreditə görə 3600 manat faiz ödəməklə, cəmi 9600 manat kredit öhdəliyini yerinə yetirməli olduğu halda, götürdüyü krediti tam ödəməmiş, kredit müqaviləsinin şərtlərini pozmuş və kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina etmişdir. Kredit müqaviləsinin şərtlərinə görə cavabdeh götürdüyü öhdəliyi yerinə yetirmədiyi halda ona dəbbə pulu da hesablanır, bu səbəbdən də iddiaçı tərəfindən cavabdehə 1200 manat cərimə hesablanmışdır. Beləliklə, Cavabdeh3 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 4250 manat əsas borcu, 2400 manat faiz borcu, 1200 manat cərimə borcu yaranmışdır. Ona görə də cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 4250 manat əsas borc, 2400 manat faiz borcu, 1200 manat cərimə, cəmi 7850 manat pulun və 98,50 manat ödənilmiş dövlət rüsumunun alınıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmirlər və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 29 yanvar 2022-ci il tarixli, 50/28 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə 24 ay müddətinə aylıq 3% olmaqla 6000 manat məbləğində kreditin verilməsi ilə bağlı iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 29 yanvar 2022-ci il tarixli, 50/28 saylı zaminlik müqaviləsindən görünür ki, zaminlər Cavabdeh2 və Cavabdeh1 29 yanvar 2022-ci il tarixli, 50/28 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qarşısında borcalan Cavabdeh3 ilə birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. İşdə olan və məhkəmə iclasında elan edilmiş 02 fevral 2023-cü il tarixli, 113 saylı məktubdan görünür ki, 29 yanvar 2022-ci il tarixli, 50/28 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə əsas borcu 4250 manat, faiz borcu 2400 manat, cərimə borcu 1200 manat, cəmi borcu 7850 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 29 yanvar 2022-ci il tarixli, 50/28 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə aylıq 3% olmaqla 6000 manat məbləğində kredit verilmişdir. Kreditin qaytarılmasını təmin etmək məqsədi ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə zaminlər Cavabdeh2 və Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Lakin, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozaraq kredit müqaviləsi üzrə götürdükləri öhdəlikləri tam yerinə yetirməmişlər. Bu səbəbdən də, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4250 manat əsas borcun, 2400 manat faiz borcunun, 1200 manat cərimənin, cəmi 7850 manat pulun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlərdən müştərək qaydada 4250 manat əsas borcun, 2400 manat faiz borcunun və 1200 manat cərimənin, cəmi 7850 manat pulun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə 29 yanvar 2022-ci il tarixli, 50/28 saylı kredit və zaminlik müqavilələri üzrə cavabdehlərdən tələb olunan 1200 manat dəbbə pulunun tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 400 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək 29 yanvar 2022-ci il tarixli, 50/28 saylı kredit və zaminlik müqavilələri üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4250 manat əsas borc, 2400 manat faiz borcu, 400 manat cərimə, cəmi 7050 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir və iddianın qalan hissəsi təmin edilməməlidir. İşdə olan 16 fevral 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 98,50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 98,50 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4250 manat əsas borc, 2400 manat faiz borcu, 400 manat cərimə, cəmi 7050 (yeddi min əlli) manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 98 (doxsan səkkiz) manat 50 (əlli) qəpik dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(055)-334/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-334/2023
19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver